Müvafiq siyahı oxucuların və peşəkarların rəyi əsasında tərtib olunub
XXI əsrin 20 ən yaxşı kitabının siyahısı məlum olub. Bu siyahını ABŞ-ın “The Millions” jurnalı nəşr edib.
Kitabların birinci versiyası "Facebook"da jurnalın oxucuları, ikinci versiya isə yazıçılar, nəşriyyatçılar və tənqidçilər arasında keçirilən səsvermə nəticəsində tərtib olunub.
Ekspertlər birinci yerə 2001-ci ildə nəşr olunan amerikan yazıçısı Conatan Franzenanın müəllifi olduğu “Düzəlişlər” (The Corrections) əsərini layiq görüblər. Lakin oxucuların səsverməsində bu əsər 8 yeri tutub.
Juno Diasın “Oskar Uaonun qısa və qəribə həyatı” (The Brief Wondrous Life of Oscar Wao) əsəri isə oxucuların siyahısında birinci yerə layiq görülüb. Ekspertlərin siyahısında isə bu kitab 11-ci yerdə qərarlaşıb.
Yer imleri