Qizi evde yuk bilib,gozel terbiyye,ali savad vermek evezine tez evlendiren valideyinler geri zekalidirlar.Maddi durumun ne qeder cetin olub olmamagindan asili olmayaraq bu onlara haqq qazandirmir."Ovladlarınızın en yaxshısı qızlarınızdır". Bashqa bir hedisde İmam Sadiq (e) buyurur: «Qız ovladları rehmet, oğlanlar ise nemetdir. Allah nemete gore sorğu-sual eder, rehmete gore ise mukafatlandırar». İster qız, isterse de oğlan ovladı valideyn ucun Allahın emanetidir. Her bir valideynin vezifesi ovladlarina duzgun terbiyye vermek, cemiyyet ucun faydali insan yetishdirmekdir.Da ovladi dunyaya getirdin,15yashina chatdi ere verdim getdi yukum azaldi yox. Allah ovladarıni duzgun terbiye edib-etmediyimiz baresinde bizleri axiretde sorğu-sual edeekdir.
6 sonuçtan 1 ile 6 arası
-
01-06-2010, 10:51 AM #1
«Qız yükü, duz yükü»
Azərbaycanda erkən nigahların sayı artmağa başlayıb. Bu gün regionlarda, lap elə paytaxtın özündə
qızların 14-15 yaşda ərə verilməsi halları çoxalır. Nəticədə erkən yaşda qurulan ailələr sonradan acınacaqlı problemlərlə üz-üzə qalır. Bəs, çixiş yolu nədir?
«Qız yükü,duz yükü». Bu gün Azərbaycanda bir çox valideynlər qızlarını erkən yaşda ərə verərək, bu «yük»dən xilas olmağa çalışır. Artıq Azərbaycanın hər bölgəsində 14-15-16 yaşda qızların ərə verilməsi adət halını alıb. Əvvəllər bu problemə yalnız cənub zonasında rast gəlinirdisə, indi demək olar ki, bütün bölgələrdə, hətta Bakı şəhərində erkən nigah probleminə rast gəlmək mümkündür.
Nəticə isə göz qabağındadır – qızların təhsildən ayrılması, nigahdan kənar uşaqların doğulması, tez dağılan ailələr, heç bir hüququnu tələb edə bilməyən gənc qadınlar. Rəsmi nigahı olmadığı üçün bu gənc qadınlar hüquqsuz şəkildə küçəyə atılırlar. Onlar öz uşaqlarının atalarından-ərlərindən heç nə tələb edə bilmirlər.
Araşdirmalar göstərir ki, bu yaşda qızlar ailə həyatına hazır deyil. Əvvəla, erkən nikaha bioloji faktorlar mane olur. Qızların 14-15-16 yaşında ərə verilməsi tibbi baxımdan düzgün deyil. Bu yaşda qadının hamilə olması, uşaq dünyaya gətirməsi təhlükəlidir. Bu zaman ana və uşaq ölümü baş verir, ya da dünyaya gələn uşaqlar zəif və azçəkili olur. Çünki qızların fizioloji cəhətdən formalaşması 18 yaşdan sonra baş verir.
Bu yaşda ərə verilən qızlar ailə həyatı üçün psixoloji cəhətdən də hazır olmur. Bu gənclər ailənin nə olduğunu, övladın məsuliyyətini dərk etmirlər. Aydın məsələdir ki, ailənin çətinlikləri var. Çətinliyin öhdəsindən gəlmək üçün insan hərtərəfli hazır olmalıdır. Əgər bu çətinliklərin öhdəsindən gələ bilmiriksə, insanın daxili tarazlığı pozulur. Daxili tarazlığın pozulması nəticəsində isə stress vəziyyəti yaranır. Stress vəziyyəti isə sonralar müxtəlif psixi pozulmalara gətirib çıxarır.
Bəs, problemin qarşisini necə almalı, cəmiyyəti erkən nigah problemindən necə xilas etməli? Milli Məclis ailə məcəlləsinə dəyişiklik edərək qızlarin nigah yaşını 17-dən 18-ə qaldırmağa hazırlaşır. Ekspertlər isə bunun yetərli olmadığı qənaətindədir. Çünki qanun elə indi də erkən nigahi qadağan edir, amma buna riayət olunmur.
Ekspertlər bu yöndə ciddi maariflənmə işlərinin aparılmasina ehtiyac görürlər. Erkən nigaha qarşı mübarizə aparmağın ən effektli yolu isə qızlarin yaxşi təhsil almasıdır. Unutmayaq ki, təhsilli ana yaxşı tərbiyə olunmuş övlad və möhkəm ailə deməkdir.
P.S deyerli fikirlernizi bildirmeyi unutmayın
-
01-06-2010, 11:10 AM #2
Re: «Qız yükü, duz yükü»
Yollar uzak, mevsim soğuk, hava kar...Yüzyüze gelmeden ölmek de mi var..?

-
01-06-2010, 11:12 AM #3
Re: «Qız yükü, duz yükü»
vayy üreyin dolu imiş
ama bu hedisin yeri heqiqeten var
-
02-16-2010, 03:41 PM #4Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2009
- Mesajlar
- 1.955
Re: «Qız yükü, duz yükü»
qiz yuk deyil yalnis fikirdir bir valideyinki ovladini yuk bilir daha o valideyinlere sozum yox


-
02-16-2010, 05:26 PM #5Member
- Üyelik tarihi
- Jan 2010
- Mesajlar
- 67
Re: «Qız yükü, duz yükü»
SOMMET DUZ DEYİR QİZ HECDE YUK DEYİL
-
02-28-2010, 09:05 PM #6Junior Member
- Üyelik tarihi
- Feb 2010
- Mesajlar
- 11
Re: «Qız yükü, duz yükü»
_SoMMeT_ Nickli Üyeden Alıntı


LinkBack URL
About LinkBacks




Alıntı ile cevapla
Yer imleri