Amerikanın məşhur R&B ifaçısı Rihanna yeni ili BƏƏ-lərində keçirəcək,buna səbəb isə orada edəcəyi çıxışıdır.Onun şousu dekabrın 31 də Abu-Dabidə yerləşən Emirates Palace otelində olacaq.Deyilənə görə,konsertin təşkilatçıları ifaçıya yarım milyon dollar qanarar verəcəklər.
Bu Rihannanın yaxın şərqdə keçirilən ilk çıxışı olacaq.O bu ilin mayında da Dubayda konsert vermeli idi,lakin sevgilisi Kris Braunla olan rüsvayçılığından sonra o,bu proqramı ləğv etdi.
Rihanna-bağlı ziyafətlərdə elədiyi çıxışa görə belə böyük miqdarda qonorar alan tək ifaçı deyil.Belə ki rus oliqarxı Vladimir Potaninin ziyafətində 13 mahnı oxumaq üçün 2006 cı ildə Jorg Maykla 2.6 milyon dollar pul ödəmişdilər.
1 ay sonra PHİLİP GREEN maqazinlərinin sahibinin 55 yaşında da ifaçıya daha 2.5 milyon dollar qonorar ödəmişdilər.Bundan əlavə Roman Abramoviçin rəfiqəsi olan Dari Jukovun yığıncağında Emi Uanhaya 1.6 milyon dollar qonorar ödəmişdilər.
Yer imleri