3 sonuçtan 1 ile 3 arası

Din Elmə, Elm İmana götürər

  1. #1
    Junior Member
    Üyelik tarihi
    Nov 2009
    Mesajlar
    13

    Din Elmə, Elm İmana götürər



    Din Elmə, Elm İmana götürər

    Elmdəki son inkişafların, kainatın və insanın yaradılışında təsadüfi ortadan qaldırdığı açıqlandı.Kainatın müəyyən bir proqram içində meydana gəldiyi və təsadüfə əsla yer olmadığı bildirildi.

    Fransız həftəlik Paris Match Jurnalının manşetində, iki elm adamı tərəfindən yazılmış olan bir kitabın təqdimatına yer verildi və yazıçılarıyla bir reportaj edildi.

    Jurnalın "İnsan, kainatın məqsədidirmi?" başlığıyla verdiyi dörd səhifəlik yazının girişində belə deyildi: "Müasir filosoflara görə dünya axmaqdır və insan bu dünyada bir təsadüf nəticəsi ortaya çıxmışdır. Müasir elm isə bunun tam əksinəni yəni: Kainatın, həyatın (yəni insanın) doğulması üçün şəkilləndirilmiş olduğunu qətiliklə qəbul edir. Bu görüş 'Antropik Prinsip' adı altında ələ alınmaqdadır. Buna görə bir yaratma, big bang və bu yaratmanın son bir məqsədi vardır."

    Müasir elm, big bangın (dünyanın yaradılışı əvvəlindəki ilk böyük partlamanın) müəyyən bir 'plana' görə olub olmadığını araşdırır. Jacques demaret ilə Dominique Lambert adlarındakı iki professor tərəfindən qələmə alınan 'Antropik Prinsip' kitabı, Armand Colin nəşrləri arasında çıxdı. Burada, bu iki professorun mövzu ilə əlaqədar verdikləri məlumatları oxuyacaqsınız:

    Dominique Lambert bu xəbərdarlıq edir: "Kitabımızın başında, son illərdə ortaya çıxan böyük fəlsəfi axınların insan haqqında tutarlı bir görüş ortaya qoya bilmədiklərini xatırlatdıq. Bu cür axınlar və bu şəkildə fikir irəli sürən filosoflar, insan hadisəsi haqqında bir narahatlıq və axmaqlıq duyğusuna qapılmaqdan özlərini saxlaya bilmədilər. Şərhləri də müvəffəqiyyətsizliklə nəticələndi. Onlara görə insan, kainatda kor bir şəkildə, bir təsadüf əsəri və axmaq olaraq ortaya çıxdı. Məşhur Jean-Paul Sartre, bütün şöhrətini, fəlsəfisinin təməlini meydana gətirən 'az qala heçə, Nihilizme və axmaqlığa borclu deyilmi' Həqiqətən də Sartrenin əsərlərindəki qəhrəmanlar, bir mənadan məhrum dünyanı seyr edərkən bir bulanma hissi eşidərlər. Halbuki müasir elm, bu gün dünyanın axmaq olmadığı fikirini mənimsəyir və bu fikiri yayır."

    Prof. Dr. Lambert, danışmasını belə davam etdirir: "Kor təsadüfü və axmaqlığı müdafiə edən filosofların əksinə, günümüzdəki elm ətraflarında, xüsusilə də kosmologiyadakı mütəxəssislər arasında, kainatın meydana gəlməsi və dolayısilə qədəri mövzusunda başqa görüşlər inkişafa başlamışdır."

    Prof. Dr. Jaques Demaret bunlara bunu əlavə edir: "Elm baxımından baxıldığında, kainat ilə insan arasında möhkəm bir bağ vardır. Kainatla insan iç içədir. Məsələn, indiki vaxtda kainatın bir şar kimi şişərək habire genişləməkdə olduğu bilinir. Əgər bu gün kainat bu qədər genişsə, doğumundan bu yana bir çox zaman keçmiş olduğu üçündür. Bu müddət, əsla bir təsadüfün əsəri deyil. Həyatın ortaya çıxması və insanın dünyaya gəlməsi üçün müəyyən bir müddətin keçməsi lazım idi. Demək ki bu müddət, həyatın bir şərtidir."

    Prof. Dr. Jaques Demaret, təsadüfün qeyri-mümkünlüyü üzərində dayanaraq bunları söyləyir: "Əgər yer üzündə həyatın ortaya çıxışını ehtimal hesablarına vursaq, bizim var olmamızın qətiliklə qeyri-mümkün olduğunu görərik. Trinity Collegedə Amerikalı Prof. Michael Hart, ehtimal hesabıyla bir canlı orqanizmin ortaya çıxmasının qətiliklə qeyri-mümkün olduğunu isbat etmişdir. Hələ belə canlı bir molekulun min bir məlumatı daşıya bilməsi, ağılın götürəcəyi və gerçək elmin qəbul edə biləcəyi bir şey deyil. Qısacası təsadüflə bunu açıqlamaq qeyri-mümkündür. Prof. Harta görə, yer üzündə həyatın ehtimal hesablarına görə təbiət bilməsi üçün, o qədər çox milyardlarla il və milyardlarla təsadüfün olması lazımdır ki, beləsi bir təsadüf də möcüzə olacağından, təsadüf özbaşına ortadan qalxar."

    Daha sonra iki professor, bu kainatın və bu kainat içində insanın ortaya çıxışının heç bir şəkildə təsadüfə bağlana bilməyəcəyini, çünki elmin buna icazə vermədiyini söylədilər. "Əlinizdəki mədən pulu bir milyon dəfə havaya atacaqsınız və bu pul bir milyon dəfə eyni şəkildə dövrə olaraq düşəcək. Əgər belə bir şeyə imkan varsa, təsadüfə də imkan bəlkə olar" deyən professorlar, elmin həddini aşaraq təsadüfü müdafiə edə bilməyəcəyini ifadə etdilər.

    İki elm adamı son olaraq bu şərhdə oldular: Ən kiçik varlıqdan ən böyük varlığa, atomdan ulduzlara qədər bütün kainat çox mükəmməl bir nizam, xariqüladə bir sistem içində olur. Üstəlik bu kainatın ağlasığmaz gerçəkləri hər keçən gün daha da artır. Onun üçün biz bu kainata 'antropik kainat' deməyi daha uyğun hesab edirik. Çünki bu kainatın bir məqsədi var. O məqsəd də həyatı və insanı ortaya çıxarmışdır. Elə biz burada dayanırıq.

    Bundan sonra isə metafizik başlayır. Bununla birlikdə elm naməlumunun sahilində dilsiz və ağızsız dayanmaz. Ona görə bizlər, 'kainatın fiziki quruluşu həyat və insanı nəticə verəcək şəkildə yaradılmışdır' dediyimizdə, kainat bir anda axmaq olmaqdan xilas olar və o andan etibarən dərin bir məna qazanar. Və işdə bizlər, insan olaraq bu dərin mənanın açarlarından biriyik."

  2. #2
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Re: Din Elmə, Elm İmana götürər

    cox sagolun maraqli yazilardir.

  3. #3
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Re: Din Elmə, Elm İmana götürər

    cox maraqli idi teshekkur edirem
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.