4 sonuçtan 1 ile 4 arası

Mənə elçi gələcək...

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Mənə elçi gələcək...


    Mənə elçi gələcək..

    İndi elə bir dövrə gəlib çıxmışıq ki , az qala qızlar oğlanlara elçi gedir.

    Uzun zamanlıq əlaqələrin ardından oğlandan evlilik təklifi görməyən qızlar artıq özləri oğlana ailə qurmaq barədə təkliflər edirlər.Sizcə bu nə dərəcə düzgündür?Qızın oğlana ailə qurmaq təklif etməsini normal qarşılamaq olarmı?

    Son zamanlarda ətrafda baş verənlərə bir nəzər saldım.Bir çox qızlar oğlana bir başa evlilik təklif etməsə də bunu üstü örtülü şəkildə qarşı cinsin nümayəndəsinə bildirməyi bacarırlar .

    Necə?Məsələn...

    Oğlan:Nə olub sənə niyə qanın qaradır?Niyə mənimlə soyuq danışırsan?

    Qız:Heç bilmirəm sənə necə deyim.Bir uzaq qohumumuz var Mənə elçi gəlmək istəyir.

    Halbu ki nə elçi var nə də ki qızı sevən başqa bir oğlan.Bəs bu nə deməkdir?Bu üstü örtülü şəkildə məni itirmək istəmirsənsə elçini göndər deməkdir... Bunu eşidən ,fikri ciddi olan oğlan təbii ki qızı itirməməkdən ötürü “Elçilərinə Yox de Evdə de ki Sevdiyim biri var”...deyəcək və öz elçilərini göndərəcək...beləcə qız da öz istədiyinə nail olacaq.


    Xarici ölkələrdə bu kimi halları çox adi qarşılayırlar.Bu hal onlarda qəbul olunub.Qızların oğlana sevgi yaxud da evlilik təklif etməsi ,ailəsinin fikirini belə soruşmaması çox normal haldır.Bəs bizdə?Artıq 21 ci əsrdir deyib cəmiyyətin bir çox çirkin əməllərini müasir dövr adı ilə maskalayırıq.Bəs bizim Millimentalitetimiz?Bəs o necə olacaq?Çox təəsüf ki bu barədə düşünənlərin sayı günü gündən azalmağa doğru gedir.

    Bəs siz əziz userlər “Mənə elçi gələcək” deyib oğlana bir növ ,”Tez bir zamanda elçini göndər” demək istəyən qızlar haqqında nə düşünürsünüz?Varmı ətrafınızda belələri?
    [

  2. #2
    Moderlər Deli_UREK - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2008
    Yer
    Latvia Riga
    Mesajlar
    1.485

    Re: Mənə elçi gələcək...

    Sabanin 1 kinosu var ha /1cox kinosu var ama o yadima dusdu/ kim baxib qizi ne qede isteyir Atasi vermir axirda ele olur ki Sabandan asili olurlar Sabanda deyir qizin Atasi men elci gelsin

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Mənə elçi gələcək...

    bir gul bir cikolatda getirsinler qiz evi her sey tamam
    [

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Mənə elçi gələcək...


Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.