4 sonuçtan 1 ile 4 arası

Kişilərə 70 məsləhət (yalnız kişilər)

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Kişilərə 70 məsləhət (yalnız kişilər)

    Çalışın aşağda sadalanan məsləhətlərdən faydalanın.

    1. Evə döndüyünüz zaman ilk öncə onu qucaqlayın daha sonra işlə məşqul olun.
    2. Günün necə keçdiyini soruşun, bir necə müəyyən suallar verin.
    3. Qulaq asmağa və sual verməyi öyrənin.
    4. Problemlərini həll etmək üçün yalnız sözlərlə kifayətlənməyin.
    5. Ona müəyyən vaxt ayırıb diqqət yetirin (fikrinizi ona cəm edərək).
    6. Bayram günlərində olduğu kimi adi günlərdə də güllər verin.
    7. Birgə işlərinizi əvvəlcədən planlaşdırın.
    8. Əgər onun nahar hazırlayarkən yorğunluğunu görürsünüzsə bu zaman ona bu işdə yardımçı olun.
    9. Ona komplimentlər söyləyin.
    10. Əgər onun məyus olduğunu görərsənizsə, hisslərinə hörmətlə yanaşın
    11. Ev işlərində ona yardımcı olun.
    12. Onu tələsməyə vadar etməyin (xüsusən də harasa getməyə hazırlaşırsanızsa).
    13. Əgər siz gecikirsinizsə bunu ona bildirin.
    14. Xahişinə cavab olaraq könlünə dəymədən ya �bəli� ya da �xeyr� cavabını verin.
    15. Əgər siz onun qəlbinə dəymisinizsə, bunun sizin günahınız olmadığını deməyin. Deyin: �Bağışla xətrinə dəymək istəmədim�.
    16. Əgər siz tənha qalmaq istəyirsinizsə bunu ona bildirin.
    17. Əgər siz soyuq münasibətdəsinizsə sizi narahat edən problemləri müzakirə edin.
    18. Əgər sizinlə danışırsa bu zaman oxuduğunuz qəzeti kənara qoyun və yaxud da baxdığınız televizordan üzünüzü ona tərəf çevirin.
    19. Əgər adətən qab-qacaq yuyursa, arabir ona öz xidmətlərinizi təklif edin (əsasən də yorğun olarsa).
    20. Əgər onun nədənsə pərişan olduğunu görərsənizsə onu narahat edən səbəbləri soruşun.
    21. Evdən çıxarkən nəyinsə almaq lazım olduğunu soruşun və tapşırıqlarını yerinə yetirməyi unutmayın.
    22. Harasa getməyə hazırlaşırsınızsa bu barədə ona bildiriş verin.
    23. Heç olmasa gündə 3 dəfə onu oxşayın.
    24. İşdən ona zəng edib hal-əhvalını öyrənin və yaxud da sadəcə olaraq �Mən Səni Sevirəm� deyin.
    25. Gündə bir dəfədən az olmayaraq ona: �Səni sevirəm deyin�.
    26. Öz yataq otağınızda səliqə-səhman edin.
    27. Zibil qutusunu özünüz atın.
    28. Gələcəkdə ezamiyyətdə olduğunuz zaman qaldığınız yerin telefon nömrəsini ona bildirin ki, sizinlə əlaqə saxlaya bilsin.
    29. Bir yerdə vaxt keçirəcəyiniz otaqda səliqə-səhman edin.
    30. Ona xoş gələn odekolondan istifadə edin.
    31. Əgər xətrinə dəyiblərsə onun rəyi ilə razılaşın.
    32. Onu masaj etməyi təklif edin.
    33. İntim əlaqəni işarə etmədən bəzən onu sığallayın.
    34. Onun hekayələrini dinləyərkən səbirli olun.
    35. Sizinlə hər hansı bir proqrama birgə baxdığı zaman digər proqrama keçid verməyin.
    36. Ona kollektiv içində incəlik göstərməkdən çəkinməyin.
    37. Əgər siz onun əlindən tutmusunuzsa öz əlinizin boşalmasına və iradəsiz olmasına yol verməyin.
    38. Onun hansı içkini sevdiyini yadda saxlayın ki, daha sonra ona bu içkini təklif edəsiniz.
    39. İstirahət üçün məsləhət gördüyünüz bir neçə yeri ona təklif edin.
    40. Teatra, konsertə və onun xoşuna gələn başqa yerlərə getmək üçün bilet alın.
    41. Onun geyim imicinin dəyişməsinə təbii yanaşın.
    42. Cəmiyyət içində ona digərlərindən daha çox diqqət yetirin.
    43. Qoy o sizin üçün uşaqlardan da vacib olsun.
    44. Ona cüzi hədiyyələr verin.
    45. Ona geyim hədiyyə edin.
    46. Öz kitabçanızda onun şəklini saxlayın və çalışın ki, o bunu bilsin.
    47. Əgər onunla bir oteldə qalarsanızsa, ona şampan qədəhi təklif edin.
    48. Onunla bağlı olan əlamətdar günləri və illəri unutmayın.
    49. Əgər onu maşında aparırsınızsa maşını təhlükəsiz və yavaş sürün.
    50. Onun əhval-ruhiyyəsinə nəzər saldıqdan sonra deyin: �Sən bu gün sevincli görünürsən� və ya �Nədənsə qəmginsən. Nə isə baş verib?�.
    51. Əgər siz hər hansı bir yerə gedirsinizsə yadda saxlayın ki, yolu itirməyinizə cavabdeh sizsiniz.
    52. Ona rəqs etməyi təklif edin.
    53. Ona şeir yazın.
    54. Özünü ilk tanışlıqdakı kimi göstərin.
    55. Uzun sürən qəzet oxunuşundan sonra onu maraqlandıra biləcək hər hansı bir məqaləni onunla müzakirə edin.
    56. Qapını açarkən ilk olaraq ona yol verin.
    57. Onun hazırladığı naharı tərif edin.
    58. O sizinlə söhbət edərkən nəzərinizi ondan yayındırmayın.
    59. Söhbət əsnasında onun incə əllərinə toxunun.
    60. Gün ərzinə onun nə ilə məşqul olduğu barədə maraqlanan.
    61. Ona qulaq asarkən söhbətin maraqlı olduğunu ona bildirin.
    62. Ondan soruşun: �Özünü necə hiss edirsən?�.
    63. Əgər o yorulubsa ona kofe hazırlayın.
    64. Yatmağa gedərkən eyni vaxtda gedin.
    65. Qapıdan çıxmazdan öncə onu öpməyi unutma.
    66. Onun zarafatlarına gülün.
    67. Onun sizə etdiklərinə görə öz minnətdarlığınızı bildirin.
    68. Onunla ikilikdə qalmaq üçün vaxt ayırın.
    69. Onsuz darıxdığınızı ona bildirin.
    70. Onun sevdiyi şirniyyatları alın.


    Beləliklə də xırdalıqlara nəzər yetirdikdə qadınlar özlərini sevimli olduqlarının hiss edib, sizə daha çox diqqət yetirməyə başlayırlar. Kişilər üçün də bu xırdalıqlar böyük əhəmiyyət kəsb edir � o özünü daha güclü hiss edir və sevgisinə inanır. Bu xırdalıqları unutmayın.



  2. #2
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Kişilərə 70 məsləhət (yalnız kişilər)

    Bütün bular ürekden gelmelidi.Neyese göre edilirse artistlikden başqa bi şey deyil
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  3. #3
    Junior Member
    Üyelik tarihi
    Nov 2009
    Mesajlar
    1

    Re: Kişilərə 70 məsləhət (yalnız kişilər)

    Məsləhətə görə təşəkkürlər ... Nəzərə alarıq. BAYRAMINIZ MÜBARƏK

  4. #4
    Junior Member
    Üyelik tarihi
    Nov 2009
    Yer
    Azerbaycan
    Mesajlar
    5

    Re: Kişilərə 70 məsləhət (yalnız kişilər)

    turkler demishken layt erkekler bele edirler erkekler bele etmirler

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.