Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Qol saatı və düymə

  1. #1
    Member
    Üyelik tarihi
    Oct 2009
    Yer
    Azərbaycan
    Mesajlar
    98

    Qol saatı və düymə

    İnsanlar saatlarını nəyə görə sol qola taxırlar? Bunun üçün çoxda vacib bir şey fikir irəli sürülməmişdir. Çünki çoxluq insan sağ əlindən daha çox istifadə edir. Bu zaman da qol çox hərəkətdə olduğundan bir yerə dəyib zədələnmə ehtimalı çoxdur. Həmiçinin saaatın qurma düyməsi 3 rəqəminin yanındadır. İnsanlar saatı qurmaq istədikləri zaman onu biləkdən çıxarmadan sağ əllə uzatdıqları sol qollarındakı saatı düzəldə bilirlər.

    Düymə niyə sağda və solda olur? Həqiqətəndə kişilərin bütün geyimlərində düymələr sağda, hilgə isə solda olur. Bəs nəyə görə qadınlarda tam əksinədir?
    Deməli belə, insanların daha çox sağ əllərini istifadə etmək atıq bir vərdiş halı olub. Sağ əlini istifadə edən bir insan üçün, sağdakı düyməni, soldakı hilgəyə keçirmək daha asandır. Buna görə də kişilərin düymələri daima sağdadır.
    Bəs qadınlarda niyə solda? İlk dəfə geyimlərdə düymələrin istifadə olunduğu zamanlarda, düymələr həm tez qırıla bilir, həm də hərkəsin ala bilməyəcəyi qədər bahalı idi. Düymə ala biləcək varlı qadınlar da, uzun paltarlarını ancaq xidmətçilərinin köməyi ilə geyinə bilirdilər. Xidmətçilər xanımlarının qarşısında, onların düymələrini, sağ əllərini istifadə edərək daha tez və daha rahat bağlaya bilirdilər. Bununla dərzilər düymələri xidmətçinin sağına, xanımının isə soluna gələcək formada tikmiş oldular. Günümüzdə hər qadın özü geyinib-soyunduğuna baxmayaraq, adət dəyişmədi.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.