Əsas məzmuna keç
2 sonuçtan 1 ile 2 arası

Fransız qadınlarının 10 sirri

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Fransız qadınlarının 10 sirri

    10 yuxu məsləhəti
    Gün ərzində hərəkətdə olun.
    Sübut olunub ki, fiziki məşqlər yuxuya tez getməyə faydalıdır. Marafon məsafəsində qaçmaq və ya saatlarla idman zalında tər tökməyə ehtiyac yoxdur. 20-30 dəqiqə cəld yeriş və ya yoqa ilə məşğul olsanız bu kifayət edər. Yatmamışdan öncə məşq etməyə ehtiyac yoxdur. Çünki əks nəticə verə bilər.



    Nikotin, alkoqol və kofeindən imtina edin.
    Bunlar bizim yatmağımıza və ya gecələr tez-tez oyanmağımıza səbəb olur. Bəzi insanlar gümrah olmaq üçün kofe içirlər. Lakin yaddan çıxarırlar ki, bu içkidəki kofein 12 saat öz təsirini göstərir, daha sonra isə yataqda o yan bu yana çevrilirlər.

    Çalışın eyni vaxtda uzanıb eyni vaxtda qalxasınız.
    Bizim orqanizmimizə balans vacibdir. Hətta ilk əvvəl səhərlər yuxulu olsanız
    belə zamanla bədəniniz buna vərdiş edəcək.

    Yataq otağını yalnız yuxu üçün istifadə edin.
    Maraqlı da olsa yataq otağında televizora baxmaq və ya bank hesablarını götür-qoy etmək,
    həmçinin digər məşğuliyyət yuxuya getməyinizi əngəlləyə bilər.
    Çünki yeni informasiyadan tam uzaqlaşa bilmirsiniz.

    Ot çayları möcüzə edir.
    Çobanyastığı, anis və ya pişikotu çayı yuxu problemi olan xanımların ən yaxşı dostudur.
    Bu çaylar apteklərdə, supermarketlərdə satılır.

    İşığı mümkün qədər tez söndürün.
    Beynimiz işığı bilirsiniz necə qəbul edir? Sanki gündüzdür və oyanmaq vaxtıdır.
    Bu orqanizmi yanlış yola apara bilər və yatmağa maneə yaradır.

    Yatmamışdan ən azı yarım saat əvvəl kompyuteri və televizoru keçirin.
    Əks halda beyin yatmaq əvəzinə yeni informasiyanı həzm etməyə başlayacaq.

    Yarım saat ərzində yata bilməsəniz ayağa qalxın.
    Belə halda ən yaxşısı ayağa qalxıb kitab oxumaq və ya sakitləşdirici musiqiyə qulaq asmaq məsləhətdir.
    Əgər yataqda fırlanaraq yatmağa can atsanız yuxunu qaçıra bilərsiniz.

    Şam yeməyində çalışın çox yeməyəsiniz.
    Yatmamışdan 2 saat, ən yaxşısı isə 3 saat əvvəl yeyin.
    Əks halda həzmlə məşğul olan orqanizm yuxuya getməyinizə əngəl törədəcək.

    Yataq otağında yatmaq üçün münasib abu-hava yaradın.
    Havası təmiz olan yataq otağı tam qaranlıq və sərin olmalıdır.
    Əgər otaqda tam qaranlıq yaratmağa imkan yoxdursa, yuxu üçün maska geyinməyə çalışın.
    Səs-küylü küçədə yaşayırsınızsa sərinkeşi (ventilyator) yandırın və ya təbiət səslərinin
    videoyazısını dinləyin (məsələn: şəlalə, çay səsi).
    Ən əsası yadda saxlayın ki, pis yuxu insanı qıcıqlandırır, diqqətsizlik yaradır,
    stress və ürək-damar xəstəliklərinə səbəb ola bilər.

    Bon soir, mes amis!

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Fransız qadınlarının 10 sirri

    Melumatin ucun sag ol
    Ot çayları möcüzə edir.
    Çobanyastığı, anis və ya pişikotu çayı yuxu problemi olan xanımların ən yaxşı dostudur.
    Bu çaylar apteklərdə, supermarketlərdə satılır.
    bunu bilmirdim

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.