Əsas məzmuna keç
5 sonuçtan 1 ile 5 arası

Nəzərdən necə qorunmalı?

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Nəzərdən necə qorunmalı?

    “Gözdəymə”,”Gözəgəlmə” və “Nəzər” kimi anlayışlar hələ çox qədim zamanlardan insanların psixologiyasında özünə yer tapıb.İnsanlar hər vasitə ilə gözdəymədən qorunmağa çalışıblar.

    Nəzər nədir və ona daha çox kimlər tutula bilər?

    Əlamətləri:

    Hərarətin qalxması,halsızlıq,yuxusuzluqdan əziyyət çəkilməsi,çəkinin azalması və bir-birinin ardınca baş verən uğursuzluqlar gözdəymənin ilkin əlamətləri sayıla bilər.Əksər görücülər gözdəyməni insana mənfi enerji verən proses hesab edirlər.Onların ehtimalına görə qadınlar və uşaqlar nəzərə daha tez tutulurlar.Energetik sahəsi zəif olan insanlara da tez nəzər dəyir.Elə insanlara sadəcə gözucu baxmaq yetər ki,nəzər öz işini görsün.
    Üzərlik,gözmuncuğu,dağdağan və...:

    Azərbaycan folklorunda nəzər anlayışı ilə bağlı çoxlu nümunələrə rast gəlmək mümkündür.İnanclara görə açıq mavi gözlü insanlarda nəzər gücü daha çoxdur.Bəzi mənbələrə əsaslanıb demək olar ki,qısqanclıq hissi də nəzər gücünü artırır.Hələ qədim zamanlardan insanlar nəzər ilə mübarizə aparıb və bunun üçün müxtəlif vasitələrdən istifadə ediblər.Həmin vasitələr bu gün də öz aktuallığını saxlamaqdadır.Məsələn,yeni doğulan körpənin 40 gün ərzində yad adama heç göstərilməməsi,yaxşı bir iş görəndə “Maşallah” kəliməsindən istifadə edilməsi və s.

    Gözdəymədən qorunmaq üçün digər vasitələr də var:

    1.Üzərlik
    2.Duz
    3.Gözmuncuğu
    4.Müxtəlif dualar
    5.Yumurta sındırmaq
    6.Dağdağan
    7.Bıçaq atmaq və s. (sizlər də bildiklərinizi yaza bilərsiniz)

    Gözmuncuğu ən geniş yayılmış üsullardan biridir.İnanclara görə,qədim zamanlarda Orta Asiyada göy tanrısı sayılan Tengri Ülgen göylərdə oturaraq öz xalqını pis əməllərdən,şərdən,böhtandan qoruyub.Elə bu səbəbdən də insanların göy rəngə inamı artıb.
    Xalq arasında bu gün də geniş yayılmış daha bir üsul var.Bu da gözdəymədən qorunmaq üçün üç dəfə tüpürməkdir.Hətta belə bir deyim var-“Üç dəfə tüpürmək pis baxışın qarşısını alar”.Bu üsul hətta yunanlar,romalılar,türkmənlər arasında da geniş yayılıb.
    dede baba adetiyle qaşıyın olsun bitsin

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Baki
    Mesajlar
    188

    Re: Nəzərdən necə qorunmalı?

    tesekkurler evde cox vaxt uzelik yandirilar amma men bir nece defe Ayeti - Kursunu oxuyuram sonra elimi uzume cekirem her kesede bunu etmesini meslehet gorerdim xeyrini goreceksiniz.
    sen kimsen? Ana qucagında dunyaya goz acan korpe usaqmi, caylar kimi caglayan cosgun bir gencmi, beli bukulmus zavallı qocamı, yoxsa mezara gomulmus meyidmi.

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Re: Nəzərdən necə qorunmalı?

    göz deyenin gözü çıxsın en gözel üsul

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Nəzərdən necə qorunmalı?

    Hamisini bilirem amma yumurta menim ucun cox maraqlidir .

  5. #5
    Member
    Üyelik tarihi
    Aug 2009
    Mesajlar
    59

    Re: Nəzərdən necə qorunmalı?

    Goz deymesine inaniram(
    Her zaman uzerimde gozmuncugu olur)
    Gozu goturmek ucun pambiqda yandirmaq olar!
    Həyat gözəldi!!!
    Həyatda nə baş verirsə yaxşılığa doğru baş verir.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.