4 sonuçtan 1 ile 4 arası

666 (Mifologiya)

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    666 (Mifologiya)

    666 - mİfologiyada "Heyvan rəqəmi" və ya "İblisin rəqəmi" adlanan bu rəqəm dünyanın sonuna az qaldığına işarədir.

    Həvariyun İoannın "Apokalipsis" əsərində yazılmışdır: "... Kimin əqli varsa, Heyvanın rəqəmini hesablayıb dünyanın sonuna az qalmış gələcək Antixristin adını onunla öyrənə bilər. O rəqəmsə insanidir və altı yüz almış altıya bərabərdir..."

    Təxminən 2 min əvvəl qələmə alınmış bu kəlmələri insanlar oxuyandan bəri elə hey hesablayır, hesablayır, lənətə gəlmiş 666-nı ən müxtəlif hökmdarlarla bağlayır, dünyanın sonuna az qaldığını deyirlər.

    6 rəqəmi ilə bağlı tarixi hadisələr

    Tarixi yada salanda bəlli olur ki,
    1906-cı ilin iyunun 6-da Çar Rusiyasının Dövlət Dumasının deputatları ölüm hökmünün ləğvi barədə qanun veriblər: imperiyanın çöküşü və bolşevik inqilabında bu qanun müstəsna rol oynadı.
    1996-cı ilin iyunun 6-da Kampuçiyadakı "qırmızı kxmer"lərin qanlı lideri, milyonlarla insanı kütləvi şəkildə məhv etdirmiş Pol Pot dünyasını dəyişib.
    1096-cı ilin iyunun 6-na aid olan xronikalarda isə tarixçilər yazır ki, həmin gün "ulduzlar səmada dəli kimi sayrışıb uçurdular".

    Bəşəriyyətin yaşadığı eralar ərzində dəfələrlə bu rəqəmə bərabər tarixlər olub və hələlik dünyanın sonu çatmayıb. 666 rəqəminə bərabər tarixlərdə də fəlakətlər baş verməyib. İslam və iuadizmdə 666 rəqəmi adi saydırsa, xristian aləmində məşumluq rəmzi sayılır. O da ki, məhz Müqəddəs İoannın "Açıqlama"sından sonra.

    Numerologiyada 666
    Numerologiya, yəni rəqəmlər barədə elmin kanonlarına görə əlahiddə götürülmüş 6 rəqəmi məsuliyyət rəmzidir. 666 rəqəminə gəldikdə isə, onun barədə fikir yürütmək üçün "obyekt"i parçalamaq gərəkdir. 666 rəqəmini təşkil edən 6-ları toplamaq (6+6+6), alınan 18 rəqəmini də ayırıb cəmləmək (1+8=9) lazımdır.

    Və məhz bu zaman İoannın yazdığı kimi "insani rəqəm"lə əlaqə aşkarlanır. Müxtəlif xalqlar, dönəmlər və mədəniyyətlərdə 666 fərqli məna daşıyır. Məsələn, ərəblər və yunanlar bu rəqəmi Günəş simvolu sayırdılar.
    Qədim Misirdə isə Ptolomeylər dönəmlərində 666 rəqəmi Serapis adlı tanrını təcəssüm etdirirdi.

    Bundan başqa, 666 "İblis"in yeganə yox, yalnız çoxsaylı rəqəmlərindən biridir. Belə ki, elə həmin İoannın "Açıqlama"sının qədim yiddiş və aramey dillərində yazılmış digər variantlarında "Heyvan rəqəmi" qismində 616, hətta 646 göstərilir.

    666 rəqəminin katolisizmdə digər mənası "üçqat natamamlıq"dır. Çünki müsəlmanlarda olduğu kimi, xristianlarda da 7 müqəddəs rəqəmdir: "Açıqlama"da 40 dəfə 7 rəqəminin adı çəkilir. 6 isə "natamam 7" qismində həmişə 7-nin tam əksi kimi qəbul olunub. Yəni üçqat 7-ni (777) xristianlar "tam müqəddəslik" simvolu hesab edirdilərsə, 6 isə bilaəks - natamamlıq, yaramazlıq, yarımçıqlıq simgəsi sayılıb.

    İoannın "Açıqlama"sı və ya yunanca "Apokalipsis"i yazıldığı uzaq sənələrdə rəqəmlər adətən rəqəmsal məna verilən hərflərlə göstərilirdi. Və buna görə məşhur tarixçilərin çoxu əmindir ki, "Açıqlama"da "Heyvan rəqəmi" və İblis nişanəsi kimi göstərilmiş 666 əslində kimin gerçəkdən də Məşhər günü bəşəriyyəti məhv etməyə gələcək heyvan olduğunu anlamaq üçün insanlara verilmiş tapmacadır.

    İnsan oğlu əsrlər boyu 666 rəqəmini anlamağa çalışaraq tapmacanın cavabını arayıb. Antixrist kimi müxtəlif vaxtlarda Roma imperatoru Neronun adı çəkilib və bəzi tarixçilər də düşünür ki, İoann məhz bu adamı nəzərdə tutub. Zira axtarılan rəqəmi almaq üçün latın dilindəki "Kesar Neron" kəlmələrini qədim yəhudi hərfləriylə yazmaq, sonra da onları rəqəmsal ölçülərini toplamaq gərəkdir. "Heyvan rəqəmi"nin daşıyıcısı kimi "fəxri" ada namizədlər arasında çeşidli dönəmlərdə krallar X Karl və XI Karl, Rusiya çarı I Pyotr, Napoleon, Lenin, Stalin, Hitler, Rotşild, Roma Papası II İohann, Bill Geyts və Mixail Qorbaçovun da adları çəkilmişdi. Bəzi "üləma"lar hətta İnternetdə də "Heyvan rəqəmi"ni aşkarlayıblar: əgər standart "WWW" prefiksinin hərflərində sağ "cizgi"ləri götürsək, onda Roma rəqəmləriylə "VIVIVI", yəni 666 alınır. "Dünyanın sonu" haqqında çığırtılı öngörmələrə, vahiməli təxminlərə isə inanmağa dəyməz. Məsələn, iki əsr əvvəl Almaniyada "xristian tarixi bilicisi" kimi tanınan Albrext Benql "1836-cı ildə dünyanın sonu olacaq" deyərək həşir qaldırmış, Avropa ilə yanaşı Amerikada da milyonlarla insanı qorxutmuşdu. Təxmin özünü əsla doğrultmasa da, insanlar tam 4 il xoflu qaldılar. Maraqlıdır ki, katoliklərdən fərqli olaraq Rusiya Pravoslav Kilsəsi 666-dan əsla çəkinmir və onu adi rəqəm sayır. Rus keşişləri axmaq deyillər: onlar deyirlər ki, əgər rəqəm "iblisanə" olsaydı, onda Bibliyada da 666-cı səhifə olmazdı. Keşişlər onu da söyləyirlər ki, 666 rəqəmi özlüyündə təhlükəli deyil - həvariyun İoann sadəcə olaraq həmin rəqəmdən istifadçə edib Məşhər günü İblisi tanımağı istəyib.

    FİKİRLƏRİNİZİ BİLDİRMƏYİ UNUTMAYIN!!!

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Aug 2009
    Mesajlar
    431

    Re: 666 (Mifologiya)

    Mən qorxuram şeytannan =((((

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Re: 666 (Mifologiya)

    Alıntı QuickHappy Nickli Üyeden Alıntı
    Mən qorxuram şeytannan =((((
    demeli sen qorxuncsan

  4. #4
    Senior Member
    Üyelik tarihi
    Aug 2009
    Mesajlar
    431

    Re: 666 (Mifologiya)

    Alıntı NuriyeV Nickli Üyeden Alıntı
    Alıntı QuickHappy Nickli Üyeden Alıntı
    Mən qorxuram şeytannan =((((
    demeli sen qorxuncsan
    hə çıxma qabağma görsən yuxuva girsəm qorxarsan.. .

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.