2 sonuçtan 1 ile 2 arası

Kişilərə aid araşdırma

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Kişilərə aid araşdırma

    Kişilər dünyasına aid maraqlı bir araşdırma daha. İngiltərədə edilən bir anketdə kişilərin ömürləri boyunca ortalama bir il qadınlara baxdıqları ortaya çıxdı.

    Edilən araşdırmalara görə kişi bir gündə 43 dəqiqəsini 10 ayrı qadına baxmaqla keçirir. Toplandığı zaman bu müddət 259 saata yəni 11 günə eyni düşür. Yaşları 18 ilə 50 arasında dəyişən kişilərin bu zaman dilimində cəmi 11 ay 11 gün qadınlara baxdığı təsbit edildi.

    Ancaq anketin nəticələri yalnız kişilər üzərinə deyil. Yalnız qarşı cins deyil qadınlar da bir gündə altı kişiyə 20 dəqiqə boyunca baxır. Yəni kişilərə heyran heyran baxmanın müddəti də bir qadının həyatında tam olaraq 6 aya bərabər gəlir.

    Kodak Lens Vision Mərkəzindən Mark Ireland "Kişilər baxışları qaçırmadan qadını izləməyi sevir. Ömürlərinin bir ilini baxaraq keçirirlər. İşin maraqlı yanı kişilər bir qadını təsir edə bilmək üçün əllərindəki işi buraxa bilir" şəklində danışır.

    Araşdırma barlarda gecə klublarında və marketlərdə 3 min insan üzərində edildi.

    KİŞİLƏRİN QADINLARI İZLƏMƏYİ SEVDİKLƏRİ 5 YER:

    *Market
    *Bar
    *Gecə klubu
    *İş
    *Alış-veriş mərkəzləri

    SualıM Azeri.NET-ın oğlanlarınadır:
    Bəs siz qızları harda izləməyi sevirsiz?

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Aug 2009
    Mesajlar
    431

    Re: Kişilərə aid araşdırma

    Qadınlar barda gece klubunda nə gəzirlərki kişilər də onları orda axtarır..Məncə ağıllı qadın elə yerlərə getməz...

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.