Çikaqoda qaradərili bir kişi Klifton Uliyamsı məhkəmədə əsnədiyi üçün hakim Daniel Rozak tərəfindən 6 aylıq həbs cəzasına məhkum edilib. Hakim onun bu hərəkətini məhkəməyə hörmətsizlik kimi qəbul edərək bu qərarı verdiyini açıqlayıb. Hadisə Klifton uilyamsın qardaşının məhkəməsi zamanı baş verib. Klifton uilyamsın qardaşı narkotik satışında təqsirli bilinib. Hakim: “Kliftonun bu hərəkətini məhkəmənin gedişini pozmaq istəyi kimi qəbul etdim və bu qərarı verib. O, bu hərəkətinə görə üzr istəsə onun cəzasını yüngülləşdirə bilərəm” deyib.