Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Meyvə suyu nələrə dərmandır

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Apr 2009
    Yer
    Azərbaycan,Odlar Yurdu Bakı
    Mesajlar
    668

    Meyvə suyu nələrə dərmandır

    Meyvə sularının tərkibindəki vitamin və antioksidantlar bir çox xəstəliklərin qarşısını alaraq, sağlamlığımızı qoruyur.
    Bunlar hansılardır?..
    1. Portağal suyu immunitet sistemini gücləndirərək orqanizmi soyuqlamadan və qripdən mühafizə edir. Tərkibindəki C vitamini və turşular öskürəyi azaldır. Antioksidant kimi kapilyarları gücləndirərək ürəyin zərər görməsinin qarşısını alır, təzyiqi aşağı salır, dərini təravətli saxlayır, qanın laxtalanmasının, mədə və mədəaltı vəzi xərçənginin əmələ gəlməsinin qarşısını alır, əziklərin daha tez sağalmasını təmin edir.
    2. Albalı şirəsi qızdırmanı aşağı salır, qanı təmizləyir, bədəndə yığılıb qalan artıq suların ifraz olunmasına kömək edir, mədə və qaraciyərin fəaliyyətini artırır, sidikqovucu xassəyə malikdir.
    3. Alma şirəsi də immunitet sistemini gücləndirir, qanda şəkərin miqdarını normaya salır, başağrılarını kəsir, böyrəkləri təmizləyir, xolesterolu aşağı salır, bağırsaqlardakı parazit qurdlarının tökülməsini təmin edir, ürək və ağciyər xəstəliklərinə yoluxma ehtimalını azaldır, damar sərtliyinin qarşısını alır.
    4. Şaftalı şirəsi tərkibində A, B3 və C vitaminləri, həmçinin betakaroten olduğu üçün qripə qarşı bədənin müdafiə mexanizmini artırır, yuxusuzluğu aradan qaldırır, həzmi asanlaşdırır, böyrəklərin və öd kisəsinin normal fəaliyyətinə kömək edir, sidikqovucudur.
    5. Üzüm şirəsi müalicəvi əhəmiyyətinə görə mütəxəssislər tərəfindən “bitki südü” kimi də adlandırılır. Tərkibində bol miqdarda A və C vitaminləri, minerallar, əsasən də dəmir və kalium çox olduğu üçün orqanizmin xəstəliklərə qarşı daha müqavimətli olmasına səbəb olur.
    Bədənin enerji ehtiyacını təmin edir, bağırsaqları yumşaldır, sidikqovucu xassəyə malik olduğu üçün orqanizmi toksinlərdən təmizləyir.
    Üzüm şirəsi fiziki və zehni yorğunluqları aradan qaldırır, ürəyin fəaliyyətini normallaşdırır, dərinin yaşlanmasının qarşısını alır. Portağal suyu immunitet sistemini gücləndirərək orqanizmi soyuqlamadan və qripdən mühafizə edir. Tərkibindəki C vitamini və turşular öskürəyi azaldır. Antioksidant kimi kapilyarları gücləndirərək ürəyin zərər görməsinin qarşısını alır, təzyiqi aşağı salır, dərini təravətli saxlayır, qanın laxtalanmasının, mədə və mədəaltı vəzi xərçənginin əmələ gəlməsinin qarşısını alır, əziklərin daha tez sağalmasını təmin edir.

    ♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥
    ♥----==-♥°° ♥°°♥montin♥°°♥°°♥suzi333♥°° ♥°°-===----♥
    ♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.