1 sonuçtan 1 ile 1 arası
-
08-27-2009, 07:28 PM #1
Qəribədir...
Maraqlıdır
İnsan 10 manatı sədəqə verəcək olsa bu miqdar ona çox gələr, amma 10 manatla magazadan birşey almağa getsə alacaq heçnə tapa bilməz...
Maraqlıdır
İnsan 10 dəqiqə zikr edəcək olsa bu zaman on çox gələr, amma bir film və ya futbol olsa bir saat yarım onun üçün dərhal keçər...
Maraqlıdır
Bir futbol oyununun uzanmasi insanın xoşuna gələr, amma Cümə namazında xütbənin bir neçə dəqiqə uzanması heç də xoşuna gəlməz...
Maraqlıdır
İnsan eşitdiyi dedi-qoduya dərhal inanar və qəbul edər, amma qəti doğru olduğunu bildiyi bir şeyi tərslik edərək dərhal qəbul etməz...
Maraqlıdır
İnsan məsciddə bir saat ibadət edərək vaxt keçirəcək olsa onun üçün zaman keçmək bilməz, amma televiziyaya baxarkən zaman onun üçün tez keçər...
Maraqlıdır
İnsan namaz qılarkən, ibadət əsnasında dünyəvi mövzuları düşünməyi sevər, amma normalda Islamiyyəti düşünməkdən qaçar...
Maraqlıdır
İnsana bir surəni və ya surənin mənasını oxumaq çətin gəlir, amma bir romanı oxumaq onun üçün asandır...
Maraqlıdır
İnsan konsertdə ön sıralarda olmaq üçün əlindən gələni edər, amma məsciddə ilk sıralarda olmaq üçün heçnə etməz.
Maraqlıdır
Əksinə namazın sonunda dərhal çıxıb gedim deyə son sıralarda olmaq istəyər.
Maraqlıdır
Bir ayə və ya hədis əzbərləmək insana çətin gələr, amma musiqi siyahısı top 10-da olan mahnıların hamısını əzbər bilər...
Maraqlıdır
İnsan gündəliyində bir dini toplantı üçün zaman tapa bilməz, amma dünyalıq işlər üçün çox vaxt tapar.
Maraqlıdır
İnsana Islami mövzuları dinləmək və danışmaq çətin gələr, amma dedi-qoduları dinləməyi və danışmağı çox sevər.
Maraqlıdır
İnsan CƏNNƏTə getmək istəyər, amma heç bir şey etmədən...
Maraqlıdır
İnsan hər gün birilərinin ölüm xəbərini alar, amma yenə də özünün də bir gün öləcəyini düşünməz...
Maraqlıdır
İnsan hər gün nə vaxtsa çürüyəcək bədənini daha da formada tutmaq üçün yediklərinə diqqət yetirər, dərisinə maskalar etdirər, amma əsla çürüməyən ruhu və qurtuluşu üçün heç diqqət etməz...
Maraqlıdır, insan hər gün lazımsız xəbərləri oxuyub şərhlər yazar, amma bunun kimi düşündürücü bir yazıya fikrini bildirməz...?


LinkBack URL
About LinkBacks




Alıntı ile cevapla
Yer imleri