Günəş ən sonunda Dünyanı udacaq! Dünyanın sonu nə vaxt gələcək? Bunun qarşısının alınmasının yolu varmı?
Yer planetinin sonu 5 milyard il sonra gələcək, ancaq planet üzərindəki həyat 1 milyard il sonra günəşin şüalarıyla sona çatacaq. Okeanları buxarlaşmış planetin gördüyü son mənzərə səmasını dolduran nəhəng bir günəş olacaq. Günəş yanacaq hidrogeni bitdiyində helium yandırmağa başlayacaq. Ortaya çıxan yüksək istilik üzündən də 250 qat böyüyəcək və Merkurilə Veneranı udacaq. Mars etibarlı bir məsafədə qalsa da, dünyanın taleyi məlum deyil. 2008-ci ildəki araşdırmalar Günəşin zəifləyən cazibəsiylə Dünyanın orbitinin uzaqlaşa biləcəyini və bunun planetimizi qurtara biləcəyini düşünürdü.
Ancaq ən son edilən araşdırmalar ortaya qoydu ki, genişlənən Günəşin çox aşağı sıxlıqlı xarici layları dünyanı əhatə edəcək. Atmosfer kimi incə olan bu lay dünyanı daim buxarlaşdıracaq... Təxminən 7,6 milyard il sonra... İnsanoğlunun yalnız dünya üzərində yaşaması və yalnız Günəş Sistemində var olması bir növ olaraq həyatda qalma şansımızı olduqca aşağı salır.
Ümid 6.000 ildə bir keçən asteroiddə...
Dünya nəhəng bir çölə çevrilmədən əvvəl 1 milyard ilimiz var və elm adamları planeti necə qurtara biləcəklərini düşünür. Ortaya atılan fikirlərdən biri də Kaliforniyadakı Santa Cruz Universitetindən bir dəstədən gəlir. Dünyanın yaxınlarından keçən bir astroidin kütlə cazibə təsirindən faydalanaraq dünyanın orbitini Günəşdən uzaqlaşdırmaqdır... Hər 6.000 ildə bir dünya yaxınlarından keçəcək bir astroid dünyadakı həyata 5 milyard il qazandıra bilər.
Əlbəttə kiçik bir hesab səhvi hər şeyi məhv edə bilər. Ən yaxşı ehtimalla asteroid həlli işə yaramazsa və nəhəng bir fəlakətlə dərhal qarşılaşmazsaq, kosmosa yayılaraq koloniyalar qurmaq məcburiyyətindəyik. Astroidlərin üzərində, Günəş Sistemindəki başqa planetlərdə və hətta sistemin xaricində koloniyalar qurmaq lazım olacaq. Bir başqa alternativ isə kosmos gəmilərindən qurulacaq bir flotla sistem içərisində uyğun orbitdə gəzərək həyatda qalmaqdır.
Nəticə etibarilə başımıza gələ biləcək tək fəlakət Günəşin ölümü deyil. Buna görə 1 milyard il gözləmədən hərəkətə keçsək lap yaxşı olar.
Yer imleri