Bu ölü körpənin ailəsi 1987-ci ildə ölən körpələrini tam 22 ildir meyitxanada gözlədirlər.

Lakin xəstəxana rəhbərliyi uşağı torpağa verməyə qərar verdi. Ailə indi bu qərarı dayandırmaq üçün var gücüylə çalışır.

Patoloqlar dörd aylıq Christopher Blumun birdən-birə inkişaf edən bir sindromdan ötəri öldüyünü demiş olsalar da yazıq körpənin ailəsi Steve və Mathilde bu ölümün səbəbini səhv edilən güclü peyvəndə bağlayırlar.

22 İyun 1987-də difteriya, tetanoz və uşaq iflici peyvəndlərini eyni anda üçlü bir şəkildə olduqdan tam 8 saat sonra həyata vida edən Christopher üzərində bir neçə dəfə araşdırma edildi. Lakin nəticələrdən əmin ola bilməyən ailə araşdırmaların davam etməsi üçün körpələrini o tarixdən bəri xəstəxananın meyitxanasında saxlayaraq basdırmadı.

Körpənin atası Steve Blum Londondakı Einfeld Xəstəxanasının verdiyi basdırma qərarını 'tam bir rüsvayçılıq' olaraq xarakterizə edir. Körpələrinin ölümünün həkim səhvi olub olmadığını bir müddət daha araşdırmaq istəyən ata 'Əgər bu cənazə mərasimi reallaşsa zorakı bir mərasim olar. Qətiliklə heç bir ailə fərdi və ya yaxın qohum bu cənazədə olmayacaq. Hətta çiçək də qəbul edilməyəcək. Çünki bu zorla təşkil edilən cənazəni qəbul etmək kimi qəbul edilə bilər. Belə başa düşülməsini istəmirik' şəklində bir fikir bildirdi.

Uşağının qətiliklə səhv edilən peyvənddən ötəri öldüyünü təkrar-təkrar dilə gətirən Blum, uzun zamandır çətin bir məhkəmə mübarizəsi verdiklərini, yoldaşının və özünün kiçik körpələrini xəstəxanaya ilk gəldiyi andan etibarən görmələrinə həkimlərin icazə vermədiyini də ifadə edir. Bu səbəblə uşaqlarına bir 'sağ ol' belə deyə bilməmənin ağrısını çəkdiklərini ifadə edir.

Steve Blum 'Christopherin hələ basdırılmamış olduğunu eşidənlər mənim başdan xarab olduğumu düşünür, amma bütün gerçəklərin ortaya çıxması üçün illərdir mübarizə aparırıq. Yoxsa mən istərəmmi uşağımın illərcə meyitxanada qalmasını?' şəklində açıqlama verir.


Ailənin bütün səylərinə baxmayaraq, bu il yəni meyitxanadakı 22-ci ildə uşağı ordan çıxararaq torpağa tapşırblar!!!