3 sonuçtan 1 ile 3 arası

Tarixin ən çox oxunan məktubu

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Tarixin ən çox oxunan məktubu

    Hər düşmənə qarşılıq olaraq bir dost olduğunu öyrət ona.
    Zaman lazımdır bilirəm,
    Lakin əgər öyrədə bilsən ona,
    Əziyyətinlə qazandığın bir dolların, yerdən tapılan beş dollardan daha qiymətli olduğunu öyrət.
    İtirməyi öyrənməsini öyrət ona və həm də qazandıqca sevinməyi...
    Qısqanclıqdan uzaqlara yönəlt onu,
    Ona kitabların möcüzələrini öyrət.
    Lakin ona səssiz zamanlar da tanı.
    Səmadakı quşların, arıların və yamyaşıl yamacdakı çiçəklərin əbədi sirrini düşünə biləcəyi...
    Məktəbdə səhv etməyin hiylə etməkdən çox daha şərəfli olduğunu öyrət ona.
    Öz fikirlərinə inanmasını öyrət,
    Hər kəs ona səhv olduğunu söyəyəndə də.
    Nəzakətli insanlara qarşı nəzakətli, sərt olanlara qarşı sərt olmağı öyrət ona.
    Bütün insanları dinləməsini öyrət ona.
    Lakin bütün dinlədiklərini həqiqətin ələyindən keçirməsini də öyrət.
    Əgər edə bilsən,
    Kədərləndiyində belə necə gülümsəyəcəyini öyrət ona.
    Göz yaşlarında heç bir utanc olmadığını öyrət.
    Ona qüvvətini və beynini ən yüksək qiyməti verənə satmasını,
    Lakin heç bir zaman ürəyi və ruhuna qiymət qoymamasını öyrət.
    Bezdirən insan kütləsinə qulaqlarını tıxamasını öyrət ona,
    Və əgər özünün haqlı olduğuna inanırsa,
    Ayaqda dayanıb döyüşməsini öyrət.
    Ona nəzakətli davran, lakin onu qucaqlama.
    Çünki ancaq atəş poladı saflaşdırar.
    Burax səbirsiz olacaq qədər cəsarətə sahib olsun.
    Burax cəsur olacaq qədər səbri olsun.
    Ona, hər vaxt özünə qarşı dərin bir inanc daşımasını öyrət.
    Beləcə insanlığa qarşı da dərin bir inanc daşıyacaq.
    Bu böyük tələbdir.
    Nə qədər yaxşılıq edə bilərsən bir bax....

    (Bu məktubu ABRAHAM LINCOLN öz oğluna yazmışdı)
    [

  2. #2
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: Tarixin ən çox oxunan məktubu

    Agillli bir adamdan agilli sozler.
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Tarixin ən çox oxunan məktubu

    Ibret goturmek olar

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.