Elektron ünvanlarda @ işarəsini tez-tez işlədirik. Kiməsə e-ünvan verəndə və ya məktub göndərəndə @ işarəsi mütləq yazılır. Bəs bu işarənin mənası nədir, tarixi haradan başlayır?
@ işarəsindən 473 il əvvəl indikindən fərqli məqsədlər üçün istifadə edirdilər. @ işarəsinin məlum olan ilk istifadəsinə 4 May 1536-cı ildə Francesco Lapi adlı Florensiyalı bir tacirin yazdığı məktubda rast gəlinir. Lapi yazdığı məktubunda İspaniyadakı şərab qiymətlərindən bəhs edərkən @ işarəsindən istifadə etmişdi. O vaxtlarda, bir çəlləyin 13-də birinə bərabər olan ticari ölçü kimi işlənən @ işarəsi sonralar kompüterlərdə istifadə edilir. İstifadəsi zamana görə dəyişən işarə bir müddət sonra müəyyən bir məhsulun vahid qiymətini ifadə etmək üçün işlədilməyə başlanılır. İnsanlar 'dənəsi 10 qəpikdən 5 məhsul' kimi tarifi işlətmək əvəzinə 5 məhsul @ 10 qəpik deməyə başlayıblar.

1971-ci ildə Ray Tomlinson @-nın istifadəsinin e-poçt serverlərindəki istifadəçiləri təyin etmək üçün uyğun olduğuna qərar verdi. 1980-ci ildə isə @ işarəsi beynəlxalq standart kimi qəbul edilib. Həmin illərdən etibarən isə bu işarə kütləvi şəkildə istifadə edilir.