Dağılmaqda olan Rusiyanın rəhbəri olduqdan sonra qısa müddət ərzində ölkəni yenidən AB və ABŞ-la rəqabət apara biləcək səviyyəyə çatdıran, hətta Rusiyanın NATO-ya üzvlüyünü belə gündəmə gətirən məhz Vladimir Putindir.



Şübhəsiz ki, Rusiya dünyanın ən böyük, ən güclü və ən mürəkkəb ölkələrindən biri olub təlatümlər, qeyri-müəyyənliklər və sürprizlər ölkəsidir. Belə bir ölkənin taleyi bir gecədə və o vaxta qədər bir o qədər də tanınmayan Vladimir Putin adlı bir şəxsə həvalə edildi. Bəs Vladimir Putin kimdir? Necə oldu ki rus xalqı yaxşı tanımadığı bir şəxsə etibar etdi?
Rusiyanın gələcəyini əllərində saxlayan şəxsin həyatına səfər... Bir DTK xəfiyyəsinin Rusiyanın zirvəsinə yüksəlişinin tarixçəsi... Əvvəlcə məchul bir xəfiyyə... Boris Yeltsin rəhbərliyə gətirənədək əsrarəngiz (sirli) bir siyasətçi...
Nəhayət Putini gizlədən pərdə aradan qalxır. Bu pərdənin arxasında müvəffəqiyyət və mübarizə ilə dolu çox maraqlı bir həyat yolu var. Bütün dünyanın marağına səbəb olan bir ömür...


“Əsas məqsəd Rusiyanın tənəzzül etməsinin qarşısını almaqdır!”
Putin kimdir, nə istəyir, nə edə bilər? Bir o qədər də tanınmayan bir hüquqşünas və DTK xəfiyyəsi olan Putin 3 il ərzində Sankt Peterburq bələdiyyə sədrinin vəkilliyindən dünyanın ən böyük ölkəsinin zirvəsinə yüksəlməyə müvəffəq oldu. Ondan həm Rusiya, həm də Qərbə münasibətdə hansı siyasəti yeridəcəyi gözlənilir? Sovetləri və Rusiyanı ən yaxşı tanıyanlardan biri Sovet Xarici Məxfi Xidmət İdarəsinin bir üzvü olaraq 15 il Almaniyada yaşamışdır.


Kimdir Putin?
Kremldən əcnəbi səfirliklərə göndərilən açıqlamalarda 1975-ci ilədək olan müddət barədə ətraflı məlumat əldə edə bilməyən jurnalistlər siyasi səhnədə birdən məşhur olan (adı parlayan) Putinin kifayət qədər məlum olmayan həyatıyla maraqlanmağa başladılar.
Vladimir Putin 1952-ci il, oktyabrın 7-də Leninqrad (indiki Sankt Peterburq) şəhərində anadan olmuşdur. 1975-ci ildə Leninqrad Dövlət Universitetinin Hüquq fakültəsinin məzunu olan Putin iqtisadiyyat üzrə aspirantura təhsilini tamamladı.
1975-ci ildən DTK-nin xarici kəşfiyyatında və xüsusilə Almaniyada çalışdı. Putin ömrünün 15 ilini Almaniyada keçirdi. Leninqrada qayıtdıqdan sonra universitetin rəyasətində vəzifə sahibi oldu. Bununla yanaşı, Leninqrad Dövlət Universiteti rektorunun beynəlxalq əməkdaşlıq üzrə müşaviri vəzifəsini icra etdi.
1990-cı ildə DTK-nın sıralarını tərk edərək Leninqrad bələdiyyə sədri Sobçakla yaxın münasibət qurdu. Əvvəlcə, merin xarici əlaqələr komitəsinin sədri oldu. 1994-cü ilin martından mer köməkçisi və bələdiyyə şurası xarici əlaqələr komitəsinin sədri vəzifələrini icra etdi. “Evimiz Rusiya”nın yerli şöbəsinin də sədri olan Putin 1996-cı ilin sentyabrında Sankt Peterburqda müxtəlif vəzifələrin icrasından sonra Sobçakın məğlubiyyətinin ardından vəzifəsindən istefa verərək Moskvaya getdi.
1996-cı ildə rəhbərlik idarəsində Kreml sarayı Əmlak idarəsinin sədri P.Borodinin köməkçisi vəzifəsinə təyin olundu. 1997-ci ilin martından 1998-ci ilin may ayına qədər Dövlət İdarəçiliyi və Dövlət İdarəçiliyi Nəzarəti İdarələrinin Əsas Nəzarət şöbəsinin sədri vəzifələrini icra etdi. 1998-ci ilin mayında Regionlarla Əlaqələr İdarəsində sədr müavini, 1998-ci ilin avqustunda FTX-nin direktoru təyin olundu. Həmin ilin oktyabrından etibarən Təhlükəsizlik Şurasının üzvü seçildi.
1998-1999-cu illərdə Putin Rusiya Daxili kəşfiyyat xidməti FTX-nin rəhbəri olarkən eyni zamanda, yeni Rusiyanın siyasi bürosu olaraq adlandırılan Rusiya Təhlükəsizlik Şurasının katibi vəzifəsini də icra etdi. 1999-cu il 9-16 avqust tarixləri arasında baş nazirin köməkçisi və baş nazirin vəkili, 16 avqustdan etibarən də Yeltsin tərəfindən yeni baş nazir olaraq təqdim edildi və baş nazir olaraq vəzifəsini icra etməyə başladı.
Dövlət rəhbəri Boris Yeltsin 31 dekabr 1999-cu ildə istefaya getdikdən sonra konstitusiyaya uyğun olaraq üç ay ərzində prezident seçkiləri keçirilənə qədər bu vəzifəni icra etdi. Putin Rusiyada keçirilən prezident seçkilərində səslərin 50%-indən çoxunu qazanaraq ilk turdaca qələbə qazanaraq Rusiyanın prezidenti seçildi.


Vera Putinanın dedikləri:
“Mən Ural bölgəsində doğulub boya-başa çatmışam. Orada texnikumda bir gənclə tanış oldum. Həmin şəxs də Vovanın atası oldu. Adını belə xatırlamaq istəmirəm. O, məni aldatdı. Hamilə olduğum zaman onun evli olduğunu öyrəndim.Yoldaşından məktub alınca hər şeyi başa düşdüm və ondan ayrıldım. Vova isə valideynlərimlə birlikdə yaşayırdı.
Sonra Daşkənddə təhsil aldım. Daşkənddə Georgi Osepaşvili ilə tanış oldum. Osepaşvili Sovet ordusunda xidmət edirdi. Evləndikdən sonra Metehi kəndinə gəldik. Sonra anam Vovanı Metehiyə gətirdi. O zaman Vovanın 3 yaşı vardı. Ərim Vovanı istəmirdi. Onun öz uşaqları vardı. Mən oğlumla birlikdə Rusiyada yaşamaq istəyirdim, ancaq mənim digər uşaqlarım da vardı. Onun üçün qaynanam mənim Gürcüstana qayıtmağımı təkid etdi. Gürcüstana qızlarım üçün qayıtdım, qızlarımı Vovadan üstün tutdum.
Atam xəstələnincə anam Vovanı uşaq evinə verdi. Onu Rusiyada tərk etdiyim üçün məndən incimişdi. Qardaşlarım da Vova barədə xəbər vermirdilər. Ərim də Rusiyaya getməyə icazə vermirdi. Ərimin bacısı Vovanı Tiflisə apardı və bir yüzbaşının arvadına verdi. Mən Tiflisə gedərək Vovanı onlardan geri götürdüm. Ərim və onun bacısı Vovanı mənim əlimdən almaq üçün əllərindən gələni etdilər və nəticədə buna nail oldular.”
Putinin anası daha bir maraqlı bir məlumat da bildirir: “DTK-dan gəlib Vovanın fotoşəkillərini istədilər. Mənə də oğlum barədə heç nə söyləməməyi tövsiyə etdilər”.


Putin İmperatorluğu
Ruslar üçün savaşların və daxili-xarici düşmənlərin birləşdirici rol oynadığı görülür. Daxili və xarici düşmənlər ifadəsi Rusiyada tez-tez istifadə olunur. “KQB”-nin davamı olan FSB rəisi hər dekabr ayında sadəcə rus müxbirlərin iştirak etdiyi bir mətbuat konfransı təşkil edərək daxili və xarici düşmənlərə qarşı aparılan mübarizənin nəticələrini açıqlayır.
Buşun son zamanlarda yürütdüyü qorxu üzərində iqtidar inşa etmək siyasətini əslində ruslar uzun zamandır tətbiq edirlər. İnsanları bir yerə toplamaqla hələlik dondurulmuş olan savaşlar və terrorla hədələmə mövcud durumda Çeçen məsələsində istifadə olunur. Beləliklə, cəmiyyət ortaq düşmən qarşısında dövlət ətrafında birləşə bilir. Bu nöqtədən baxdıqda Çeçen müharibəsində məqsədə çatılıb. Rus birliklərinin orada əldə etdikləri nəticə bu təhlildə ikinci ən önəmli yeri tutur. Putin iqtidara gəldiyi zaman söz verdiyi kimi korrrupsiyanın və bir qisim oliqarxiyanın üzərinə getdi. Beləliklə, vətəndaşın dövlətə olan güvənini təzələdi. Putinin ilk sözləri rus xalqının genetik kodlarına uyğun idi. O, Rusiyanın bir imperatorluq olduğunu və keçmiş gücünü təkrar qazanaraq super güc olmasının lazimi olduğunu söyləyirdi. Putin bunu imperatorluq düşüncəsi adlandırdı. Bir anda xalqın Putinə etimadı artdı. Deyəsən, Putin çox gərəkli olan milli ideologiyanı tapmışdı.


Müqəddəs Putin
1917-ci il bolşevik inqilabından sonra ayrılan Rus ortodoks kilsələri Putinin təşəbbüsü nəticəsində yenidən birləşdi. Birləşmənin memarı Rusiya prezidenti üçün media: “2000 il sonra müqəddəs elan edilir” şəklində açıqlama verir.
2000-ci ildən bəri dini bütün bir Ortodoks olduğunu hər fürsətdə dilə gətirən Putinin bu təşəbbüsünü şərh edən Pravda qəzeti: “Ortodoks kilsələrinin birləşməsi Rusiyadakı siyasi rolunu gücləndirərkən, ölkə xaricində də Rusiyanın fəallığını artıracaq” deyə yazdı. Vedomosti qəzeti isə olayın Putinin zəfəri olduğunu bildirdi. Qəzet daha da irəli gedərək “Putin kilsələrin birləşməsinə öndərlik edərək, böyük bir tarixi rol oynadı. 200 il içində müqəddəs belə elan edilə bilər” dedi.


Rusiya NATO-da
Putinin idarə etdiyi Rusiya ilə NATO arasındakı əlaqələr yeni bir şəkil aldı. Bunun nəticəsi olaraq Rusiyanın ehtimal olunan NATO üzvlüyü problemi yenidən siyasi gündəmə gətirildi. Bununla birlikdə Rusiya prezidenti Putin bu ssenarinin vaxtını yenidən ortaya qoydu. Rusiya prezidenti mənanı başqa yerə yönləndirmək məntiqi ilə mövzunu əgər NATO-nun inkişaf etməsi ilə Qərblə Şərq arasındakı mövcud sərhədlərin qaldırılması məqsədi güdür. Şübhəsiz, Rusiyanın NATO-nun istəklərinə tabe olmaq üçün müstəqil xarici siyasətdən vaz keçməsi çox çətin görünür. Rusiya Kabilə yerləşdirdiyi hərbi birlikləri ilə hal-hazırda Əfqanıstanda “fürsət gözləmə” strategiyası izləyir. Bu da göstərir ki gələcəkdə özünü hələ də super bir dövlət olaraq zənn edən Rusiya ilə bu ölkəni super bir güc olaraq görməyən NATO arasında bir çox anlaşılmazlıq olacaqdır.
Rusiya prezidenti olaraq Vladimir Putinin NATO ilə ortaqlığı uğurlu bir şəkildə qoruyub-qoruya bilməyəcəyi də bəlli deyil. 11 sentyabr hadisələrindən əvvəl çox sayda şərhçinin ortaq qənaəti Vladimir Putin Rus hökumət qurumları üzərində Rus daxili kəşfiyyat təşkilatı FSB (keçmiş KQB-nin davamı) ilə terror əsdirirdi.
Putinin terrorizmlə mücadilədə ABŞ ilə əməkdaşlıq etmək qərarı bu əməkdaşlığa qarşı çıxan yerli komandanlar və dövlət səlahiyyətlilərində narahatlıq yaratdı. Rus cəmiyyəti ilə hərbi və sivil bürokratiya içərisindəki bir çox ünsür ABŞ və NATO ilə yaxınlaşmağa qarşı çıxmağı davam etdirir. Bu da Putinə qarşı ciddi bir mənada meydan oxumaqdır.
Rusiyadaki hökumət qurumlarının zəifliyi nəzərə alındığı zaman bu durum, unitar bir dövlət olaraq Pusiyanın gələcəyi üçün təhlükə törədir. Bu son “mənfəət evliliyi”nin Rusiya ilə ABŞ arasında uzun müddətli dostluq əlaqələrinin qurulmasına yol açıb açmayacağını ya da bu münasibətə xas maneələrin bunu məhv edib etməyəcəyini sadəcə zaman göstərəcək.


Qərb mənbələrinə görə Putin və Çeçenistan
Rusiya prezidenti Vladimir Putin ABŞ-a aid Quantanamo hərbi bazasının ortaya çıxmasının 15-ci ilində insan haqları vəkilləri ilə bir araya gəldi.
Toplantıda bu düşərgələrin hüquqa zidd olduğunu vurğulayıb diqqətləri düşərgədə baş verənlərə çəkdi. Putin bu və bunun kimi düşərgələrin ləğv olunmasının gərəkli oduğunu qeyd edərək ABŞ-ı sərt bir dillə tənqid etdi. Putinin çıxışı əsnasında, “Ümid edirəm ki, Rusiyada Quantanamo tipli düşərgələr əsla olmayacaq” ifadəsi diqqət çəkdi. Çünki, Putinin dünya ictimai rəyinə mediya vasitəsi ilə bu mesajı göndərdiyi vaxt Çeçenistanda gizli nəzarət mərkəzlərində məsum insanlar rus əsgərlərinin, ya da müttəfiqlərinin işkəncələrinə məruz qalmaqda davam edirdilər.
Putinin ifadələrinin əksinə bir dəlil olaraq, 2006-cı ilin may ayında Beynəlxalq Helsinki Federasiyasının gizli işgəncə mərkəzləri ilə bağlı təhqiqat aparan avropalı müfəttişlərdən Çeçenistandakı gizli həbsxanaların araşdırılmasını tələb etməsi misal olaraq gösərilə bilər. Beynəlxalq Helsinki Federasiyasının Avropa Şurası təhqiqat komissiyasının sədri senator Dik Martiyə açıq məktubunda Çeçenistandakı rus təhlükəsizlik qüvvələri tərəfindən idarə olunan gizli həbsxanaların mövcudluğu ilə bağlı dəlil tapıldığı bildirilirdi. Helsinki Federasiyası bu həbsxanaların Rus qanunlarının və Rusiyanın Avropa İnsan Haqları konsepsiyası ilə Beynəlxalq Siyasi və Mədəni Haqlar Konsepsiyasından qaynaqlanan öhdəliklərin yerinə yetirilməməsi mənasına gəldiyi bildirilmişdir. Hətta Federasiyanın İcra Müdiri Aaron Rhodes qanundankənar gizli həbsxanaların işkəncə və hətta Çeçenistanda qaçırılan şəxslərin öldürülməsində də istifadə edildiyini söylədi.
Memorial İnsan Haqları saytındaki xəbərə görə, 2006-cı ilin iyun ayında Çeçenistanın paytaxtındakı Coharqalada gizli bir həbsxananın dağıdıldığını və dağıdılmadan qabaq insan haqları müdafiəçilərinin edilən işkəncəni açığa çıxaran şəkillər çəkə bildiyini bildirdi. Nəzarətdə saxlanılan və məhbusların saxlanıldığı zirzəmidə qan izləri və divarlara yazılmış yazılarla yanaşı içində 104 şəkil və ad siyahısı olan bir jurnal tapıldı. İnsan haqları müdafiəçilərinin bildirdiyinə görə zirzəmidə saxlanılan insanlar işkəncə edilərək öldürülmüşdülər. Coharqalanın Oktyabr səmtindəki gizli həbsxana 2006-cı ilin may ayına qədər fəaliyyət göstərdi. Son zamanlarda bu binada Hanta-Manski bölgəsi OMON birlikləri yerləşirdi və bu günlərdə Ramazan Qədirovun əmrinə əsasən binanı tərk etdilər. Qədirovun binanın təmirinə ehtiyac olunduğunu söyləməsinə qarşılıq olaraq Rusiya Federasiyası Daxili İşləri Xüsusi Komissiyası tərəfindən binada təcili olaraq bəzi dağıntılar həyata keçirildi. Nəzarət altında saxlanılanların və məhbusların olduğu hücrələr və divarlara yazılan yazılar yox edildi. Inşaat işçiləri isə həbsxanaya, xüsusi qrupun binanı tərk etməsindən sonra gəldi.
Kremlin başçısı Vladimir Putin “Çeçenistanda savaş yoxdur” düşüncəsi ilə bağlı qərarını yayınladığından bəri Rusiya mediyası da Çeçenistanda işğalçıların verdiyi itkilərlə bağlı gerçək bilgilər müəyyən bir şəkildə rus mediasına sızır.
Digər tərəfdən Çeçenistanın təqribən 10 ildir ki, adam qaçırma sahəsindəki taleyi də dəyişmədi. Insan haqları təşkilatlarının fəaliyyətləri nəticəsində qaçırılma hadisələrində azalma olsa da problemin xroniki bir şəkildə davam etdiyini göstərərkən, Moskva Helsinki Komissiyası sədri Lüdmila Alekseyeva Çeçenistanın hələ də ən böyük probleminin insanların yoxa çıxması olduğunu açıqladı.
Bu arada Çeçenistandakı ruspərəst hakimiyyətin açıqladığı bir statistikanı təkrar xatırlatmaq lazımdır. Çeçenistanın Baş Nazirinin müavini Dukvaha Abdurrahmanaov 1994-cü ilin axırlarında başlayan savaşda 300000 nəfərin öldüyünü, təqribən 200000 nəfərin də itgin düşdüyünü açıqlamışdı. Müharibədən əvvəl Çeçenistan əhalisinin 1 milyondan bir az artıq olduğu diqqətə alınarsa, bir millətin əhalisinin demək olar ki yarısını 12 ildə itirdiyi ortaya çıxar.

Müharibədən ən çox əziyyət çəkənlər uşaqlardır. Sosial tabular və iqtisadi ümidsizlik ölkədə uşaq al-verini qızışdırır. Analar uçaqlarına baxmadıqları üçün onları vəziyyətləri daha yaxşı olan insanlara satırlar.
Qərb təşkilatlarının Çeçenistandakı insan haqlarının pozulması ilə bağlı vəzifələrini yerinə yetirməmələrinə baxmayaraq, bu məsələyə birbaşa olaraq müdaxilə edilməsi sadəcə xüsusi hallarda icazə verildiyi üçün məsələnin həlli daha çox beynəlxalq normlarla mümkün deyil. Bundan başqa Qərbin tənqidləri o qədər yumşaq idi ki, rus hökuməti etdiklərinə görə əsla narahat olmadı.