1 sonuçtan 1 ile 1 arası
-
12-05-2007, 08:50 PM #1Moderator
- Üyelik tarihi
- Feb 2007
- Mesajlar
- 6.163
Yaponların yeni ixtirası - evdar robot
Yaponlar söhbət edən, insanlara yemək süfrəsində xidmət göstərən yeni robot ixtira ediblər.
Əllərinin yumşaqlığı insan əllərini xatırladan yeni robot bu günə kimi hazırlanmış insana ən çox bənzəyən cihazdır. Bundan əvvəlki - “Wendy” versiyasının 21-ci əsr variantı sayılan “Twendy-One” qarşısındakı insanlara mədəni davranışı və müraciətləri ilə fərqlənir. Robotun əllərinə insanın oturub-qalxmasına yardım edə biləcək qədər güc də verilib. Bundan əlavə “Twendy-One”-ın çörəyi yerə salmadan almaq, soyuducudan istənilən yeməyi götürmək, hər hansı bir qidanı boşqaba yerləşdirərək səliqəli şəkildə insanlara təqdim etmək, insanları yataqdan qaldırmaq kimi xüsusiyyətləri də var. “Twendy-One” layihəsini həyata keçirən Vaseda Universitetinin mexanika mühəndisliyi fakültəsinin professoru Şiqeki Suqano bu layihənin özündə bir çox sistemi birləşdirdiyini söyləyib: “Bu robotun ortaya çıxarılmasında bütün robot sistemlərindən istifadə olunub. Onun elastikliyini və güc tətbiq etmək bacarığını bir araya gətirmək çox çətin oldu”. 7 il davam edən tədqiqatlar nəticəsində ərsəyə gətirilən robotun boyu 1,5 metr, çəkisi isə 111 kiloqramdır. Professorun sözlərinə görə, robotun ixtirasına milyonlarla dollar xərclənib. Robotun batereyasının yalnız 15 dəqiqəlik olduğunu deyən alim 2015-ci ilə qədər yaşlı insanlara yardım edə bilən və ev işlərini görə bilən 200 min dollarlıq yeni robotların istehsalın başlayacaqlarına deyib.[
Ya da
[


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri