Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Ən bədbəxt peşə sahibləri

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.788

    Ən bədbəxt peşə sahibləri

    Rusiyanın aparıcı işədüzəltmə saytlarından biri Superjob-un araşdırma mərkəzi 5000 nəfər arasında "Ən bədbəxt peşə sahibi kimdir?" adlı sorğu keçirib. Respondentlər 50 müxtəlif peşəni təmsil edən işçilər arasından 100 nəfər olmaqla seçilib.

    Sorğunun nəticələrinə görə, psixoloq və satış menecerləri özlərini xoşbəxt, sistem administratorları isə bədbəxt hesab edirlər.

    "Bəxtəvərsənmi?" sualına psixoloqların 89%-i, satış menecerlərinin 83%-i, memar, auditor və marketinq menecerlərinin 82%-i müsbət cavab verib.

    Xoşbəxtliyin əsas dayağı kimi onlar möhkəm ailələrinin, dostlarının və həyatda bəlli məqsədlərinin olduğunu göstəriblər. Onların fikrincə, daim özünütəkmilləşdirməyə can atmaq və həyata müdrik yanaşmaq da insana xoşbəxtlik hissi bəxş edir.

    Fərdi yaşayış yerinin olmaması, ailənin yoxluğu və ya ondakı uyğunsuzluqlar, kollektivlə bağlı problemlər və arzularındakı işi tapa bilməmək – özlərini bədbəxt sayanların əsas səbəbi olub.

    "Bədbəxtlər" sırasına sistem administratorları 24%-lə başçılıq edirlər. İkinci yerdə 22%-lə layihəçilər, üçüncü yerdə isə 21%-lə mühafizə işçiləridir.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.