2 sonuçtan 1 ile 2 arası

Astana sammiti

  1. #1
    Member
    Üyelik tarihi
    Aug 2010
    Mesajlar
    60

    Astana sammiti

    ATƏT-in 1-2 dekabr tarixlərində Qazaxıstan paytaxtı Astanada keçiriləcək sammitində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi fonunda kiçik bir işartı görünür. Bu işartı itəcəyi təqdirdə müharibə ehtimalı daha yüksək qiymətləndirilir, daha doğrusu bu, qaçılmaz olacaq.
    Azərbaycanda bu prosesi diqqətlə izləyən siyasi ekspert və politoloqların verdikləri açıqlamalardan belə bir qənaətə gəlmək olar.

    Politoloq Vəfa Quluzadə Astana sammitində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir irəliləyiş gözləmədiyini bildirib:

    “Bildiyiniz kimi ermənilərin mövqeyi yenə qeyri-konstruktiv olaraq qalır. Onlara heç kim təzyiq etmir. Rusiya təzyiq göstərməli olduğu halda, bunu etmək istəmir. Buna görə Astanada Qarabağ məsələsi ilə bağlı heç bir irəliləyiş gözlənilmir”.

    Astana sammitində münaqişə tərəfləri arasında heç bir razılaşmanın əldə edilməyəcəyi təqdirdə müharibə ehtimalının daha yüksək olacağına dair fikirlərə aydınlıq gətirən politoloq müharibə ehtimalının həmişə olduğunu hesab etdiyini bildirib.

    “Buna görə, indi nə olacağını demək çətin olacaq. Əgər müharibə ehtimalı olacaqsa, bizə hücum edəcəklər, biz yox. Çünki bizim qarşımızda duran Ermənistan deyil, Rusiyadır. Mən Rusiyanın ermənilərin bayrağı altında Azərbaycana hücumundan narahatam. Rusiya artıq öz gücünü bir dəfə göstərdi. O, Gürcüstana hücum edərək ölkənin yarısını işğal etdi. Bizim də eyni zamanda 20 faiz torpağımızı onlar işğal edib. Ermənilərin də bütün mövqelərini onlar təyin edir. Bu 18 ildə Rusiya səbəbindən sülh əmələ gəlməyib. Səbəb budur”, - deyə Vəfa Quluzadə bildirib.

    Politoloq bildirib ki, bu sammitdə böyük dövlətlər öz məsələlərinə aydınlıq gətirəcək, mövqelərini möhkəmləndirməyə çalışacaqlar: “O ki qaldı ATƏT-ə, bu qurumun heç bir icra aparatı yoxdur. Bu təşkilat heç kəsə güc göstərə, nə də ki, təzyiq edə bilər. Heç nəyi həll edə bilməz. Lakin Rusiya da daxil olmaqla dünyanın bir sıra güclü ölkələri bu kimi sammitlərdə öz mövqelərini nümayiş etdirir və gücləndirir”.

    Politoloq Rasim Musabəyov isə Astana sammiti çərçivəsində aparılacaq danışıqlarda hansısa məsələnin ortaya çıxmalı olduğunu hesab edir:

    “Bu sammitdə nə isə bir irəliləyiş qeydə alınacaq. Ancaq bu irəliləyişin nə dərəcədə nəzərə çarpan olub-olmayacağını öncədən demək çətindir. Hər halda burada nikbinlik azdır. Bu görüşün nəticəsi kimi sülh istiqamətində heç bir addım atılmasa, gərginlik artacaq və tərəflər müharibəyə daha yaxın olacaqlar”.

    Rasim Musabəyov sammitdə heç bir irəliləyiş əldə olunmayacağı təqdirdə belə bunu bir nəticə hesab etdiyini bildirib. Onun sözlərinə görə, bundan sonra Azərbaycan öz işini bilməlidir, yəni sammitdə buna bir aydınlıq gələcək.

    Ekspert Mübariz Əhmədoğlu açıqlamasında bildirib ki, bu sammit Dağlıq Qarabağ münaqişəsinin nizamlanması baxımından Afina sammitindən daha üstün və daha kəsərli olacaq:

    “Lakin mən şübhə edirəm ki, bu sammitdə daha kəsərli yazılan formul münaqişənin tənzimlənməsinin praktiki başlanmasına imkan verəcək. Serj Sarkisyan Türkmənistanda səfərdə olarkən bildirdi ki, o, üç prinsip - güc tətbiq etməmək, ərazi bütövlüyü və xalqların öz müqəddəratlarını təyin etməsi əsasında nizamlanmaya razıdır. Yəni Sarkisyan Afina sammitində rədd etdiyi prinsipləri Astana sammitində qəbul edə bilər. Lakin o, “Yol xəritəsi”nə razılıq verməyəcək. Yəni “Yol xəritəsi” nizamlanma prosesinin kağız üzərindən artıq həyata keçirilmə mərhələsinə keçməsinə imkan verir”.

    Münaqişə tərəfləri arasında müharibənin olub-olmayacağına dair ehtimallara münasibət bildirən Mübariz Əhmədoğlu bunun bizdən asılı olmadığını və Ermənistan bizi müharibə etməyə məcbur edəcəyini söyləyib.

    “Ermənistan hazırda müharibə yolunu tutub. İrəvan hətta Qarabağı bizə qaytarmaq belə istəsə, bunu müharibə yolu ilə edəcək. Bu səbəbdən münaqişənin danışıqlar yolu ilə nizamlanması faizi 10-dursa, müharibə ilə tənzimlənmə 90 faizə bərabərdir. Yəni müharibə Astananın astanasındadır. Müharibəsiz, bu münaqişəni tənzimləmək mümkün deyil”, - deyə siyasi ekspert bildirib.Mənbə:ANS PRESS
    Vətən bizi səsləyir

    Kölə sahibləri çörək dərdi çəkmədikləri üçün filosofluq edirdilər, çünki çörəklərini kölələr verirdi onlara. Kölələr çörək dərdi çəkmədikləri üçün filosofluq etmirdilər, çünki çörəklərini kölə sahibləri verirdi onlara. Kölələr fəlsəfə dərdi çəkmədikləri üçün çörək bişirirdilər, çünki fəlsəfələrini kölə sahibləri verirdi onlara. Fəlsəfə sahibləri kölə dərdi çəkmədikləri üçün çörək bişirmirdilər, çünki kölələrini fəlsəfə verirdi onlara. Fəlsəfənin çörəyi yoxdu, çörəyin fəlsəfəsi var. Və sahibsiz fəlsəfənin çörəyini, sahibsiz çörəyin fəlsəfəsi yedi. Çünki, çörəyin sahibsiz fəlsəfəsi, fəlsəfənin sahibsiz çörəyini yedi.

  2. #2
    Member
    Üyelik tarihi
    Dec 2010
    Mesajlar
    42

    Re: Astana sammiti

    israil ve ermenileri hem amerika hem rusya destekliyor.ermenistanda 29 tane rus askeri üssü var.allah yardımcınız olsun kardaşlarım.selamlar

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.