[
Gələn ilin əvvəlində Almaniyanın “Mercedes” avtokonserni özünün yenilənmiş “C class” modelini təqdim edəcək. Bu təqdimat ABŞ-ın Detroyt şəhərində dünyanın ən iri avtosalonunda keçiriləcək. Avtomobil satışa isə 2011-ci ilin yaz aylarında çıxarılacaq. Artıq yeni model avtomobilin ikl görüntülərini Almaniyanın “Autobild” jurnalı öz səhifələrində dərc edib.

Detroyt avtosalonu gələn ilin yanvar ayının 10-da açılacaq. Elə bu zaman da avtomobilin təqdimatı olacaq. Amma bununla belə, yenilənmiş “Mercedes” haqqında artıq indidən də nə isə söyləmək mümkündür. Belə ki, avtomobilin bamperləri və radiator qəfəsinin formasında qismən dəyişikliklər edilib. Avtomobilin ön işıqları L hərfinə bənzər forma alıb. Amma avtomobilin korpusuna demək olar ki, əl dəyilməyib. Bununla belə, maşının salonu daha mükəmməl olub. “Mercedes E-Class Coupe” avtomobilinə quraşdırılan salon burada daha rahat və yüngül materiallardan istifadə olunaraq tətbiq edilib.

Avtomobil 6-silindrli benzin mühərriki ilə təhciz olunub və mühərrik 292 l/s sürəti yığa bilir. Dizel mühərrəkinin gücü 231 l/s olub. Kapotun altında ən güclü versiya - “C 63 AMG” modelindən olan yeni “V8” tipli ikiqat modullu və 500 l/s güclü mühərrik qoşulub. Bu mühərriklər avtokonsernin "C-class" modellərində də qoşulub.

Şirkət rəsmiləri deyir ki, alıcılara daha sonra avtomobilin hibrid versiyası da təqdim ediləcək. Bu model benzin və elektromühərriklə təhciz olunacaq. Avtomobilin qiymətinin o qədər də baha olmayacağı deyilir. Amma bununla belə, yenilənmiş avtomobilin qiymətinin neçəyə olacağı açıqlanmır.