OKTYABRIN 31-DƏ SAATLAR 1 SAAT GERİ ÇƏKİLƏCƏK

Bu il oktyabrın son bazar günü - ayın 31 -də Azərbaycan ərazisində qış vaxtına keçiləcək
Həmin gün saat 05.00-da saatların əqrəbləri 1 saat geri çəkiləcək, bununla da, ölkə qış vaxtına keçəcək

Qeyd edək ki, Azərbaycan Nazirlər Kabinetinin 1997 -ci ildə verdiyi qərara əsasən, hər il oktyabr ayının son bazar günü əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir, qış vaxtına keçirilir. Hər il mart ayının son bazar günü isə əqrəblər bir saat qabağa çəkilməklə yay vaxtı tətbiq olunur

Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir