5 sonuçtan 1 ile 5 arası

İnternet qurbanları

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    İnternet qurbanları

    İnternet qurbanları 23.00
    İnternet asılılığı tipik kompulsiv-impulsiv pozulmadır və onu rəsmi olaraq psixiatriya xəstəlikləri sırasına daxil etmək lazımdır. Belə bir fikri Oreqon Sağlamlıq və Elm Universitetinin əməkdaşı Cerald Blok səsləndirib. Doktor Blok internet-asılılığa "kompüter oyunları, internet-pornoqrafiya və elektron poçtuna göstərilən həddən artıq həvəs" kimi tərif verib. Başqa fobiyalarda olduğu kimi, nəzər salının məsələdə də kompüterin istifadəçilərində internetə qoşulmaq üçün qarşısıalınmaz və mütəmadi istək yaranır. Onlar daim yeni və daha mükəmməl avadanlığa sahib olmağa, daha çox "on-line" əlaqə yaratmağa can atırlar. Blokun sözlərinə görə, internet asılılığına düçar olan şəxslər zaman anlayışını itirə, həmçinin fizioloji tələbatlarını qulaqardına vura bilərlər. Belələri yuxudan və qidadan imtina etməklə internetdə mövcudluqlarını daha çox sürdürməyə çalışırlar. Xəstəlik daha kəskin hal aldıqda isə təcili hospitallaşma tələb olunur. Aparılan müşahidələr göstərib ki, istifadəçilərin 5 - 10 faizi qeyd olunan patologiyadan əziyyət çəkir. İnternetasılılığın qurbanlarına əsasən orta yaşlı intellektual kişilər və evdar qadınlar çevrilirlər.

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: İnternet qurbanları

    Elə bir problemimiz yoxdur,istədiyim zaman uzağlaşa bilərəm.. Həm baş qarişdirmaq üçün həm də darixmani aradan götürən tək vasitədir..

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  3. #3
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Re: İnternet qurbanları

    maraqlidir, çox sagolun.

  4. #4
    Senior Member Tutu20 - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2010
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.028

    Re: İnternet qurbanları

    İnternetasılılığın qurbanlarına əsasən orta yaşlı intellektual kişilər və evdar qadınlar çevrilirlər.

    mene deyerdim ki, hamimiz ehtiyyatli olaq qaydasinda istifade edek internetden

  5. #5
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: İnternet qurbanları

    her seyi qederinde gozeldi , bir vaxtlar men de sanki asili qalmisdim ve men ancaq virtualliqla yasayirdim . indi sukur yaxsiyam , artiq o asilliqi hiss etmirem .

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.