Sayfa 1/3 123 SonSon
26 sonuçtan 1 ile 10 arası

Münəccim

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Yer
    Baki
    Mesajlar
    357

    Münəccim

    [

    [
    QOÇ
    Daxili gərginliyinizi azaltmaq üçün onu başqalarına yönəltməyin. Acıdil olmaq, ətrafdakıların əməyini heçə endirmək, başqalarında qüsur axtarmaq sizə yaraşmır. Axı indi "hakim" bürc sizsiniz. Ayın 1-dən başlayaraq nüfuz dairəniz genişlənəcək. Vəzifə pilləsində ucalmaq üçün hərəkətə keçməyə dəyər.


    [
    BUĞA
    Hissləri sındırmaqdan əl çəkin, lazımsız yerlərə xərc çəkməyi dayandırın. Bir sözlə, hər bir məsələdə reallığa və məntiqə əsaslanın. Yalnız bu halda ixtiyarınızda olan həftədən razı qalacaqsınız. 1-3 iyun aralığında işgüzar sövdələşmələr xeyrinizə olacaq, amma gərək təşəbbüskarlığınızı əldən verməyəsiniz.


    [
    ƏKİZLƏR
    Iyun ərzində görəcəyiniz qlobal işləri indidən planlaşdırın. Çünki növbəti həftələrdə buna imkanınız olmayacaq. Ayın 30-dək istənilən riskli işdən, bələd olmadığınız sahələrə sərmayə qoymaqdan və ciddi məbləğdə borc verməkdən çəkinin. İstirahət günlərini daha çox doğmalarınızla münasibətləri dərinləşdirməyə həsr edin.


    [
    XƏRÇƏNG
    Əgər ruhən özünüzü haqlı sayırsınızsa, heç bir probleminiz olmayacaq. Ayın 2 və 4-nə istənilən riskiniz müvəfəqqiyyətlə nəticələnəcək. Odur ki, həmin günlərdə özünüzü aktiv göstərin. Bu həftə şəxsi büdcənizdə qismən də olsa, irəliləyişlər baş verəcək. Ailə-sevgi münasibətlərini səmimiyyət üzərində qurun.

    [
    ŞİR
    Dünyada yaxşılıq qalır. Elə isə başqalarında qüsur axtarmaqdansa savab işlərinizi daha çox artırın. Bu həftənin nəticələri ətrafdakılarla davranışlarınızdan və nə dərəcədə səmimi olmağınızdan asılı olacaq. Iyul 30-da və 4-də ulduzlar məhəbbət müstəvisində böyük gedişlər etmək üçün sizə yardımçı olacaq. Belə məqamlarda yalan vədlər verməməlisiniz.

    [
    QIZ
    Sizə birbaşa aidiyyatı olmayan məsələlərə aludə olmaqdansa, yarımçıq qalmış işlərinizlə məşğul olun. Yaxşı bilirsiniz ki, başa çatdıra bilmədiyniz öhdəliklər çoxdur. Məhz bu həftə bütün enerjinizi toplamaqla bu kimi maneələri dəf edə biləcəksiniz. İstirahət günlərində müqəddəs ziyarətgahlardan birinə baş çəkin. Bu arada səmərəli təkliflər də gözlənilir.

    [
    TƏRƏZİ
    Gözlənilməz təkliflər ala bilərsiniz. Əgər bu, ayın 30-da sonraya düşərsə, mütləq razılaşın. Məhz bu halda nəticənin uğurlu olacağına inana bilərsiniz. Şənbə günü nəqliyyatla bağlı ehtiyatlı olun, xüsusən də sükan arxasında otursanız. Şəxsi büdcənizi artırmaq üçün bu həftənin əhəmiyyəti böyükdür. Amma istənilən siyasi mübahisədən uzaq olun.

    [
    ƏQRƏB
    Daxili sabitliyinizi qorumaq üçün inandığınız insanların arasında olmağa çalışın. Dedi-qodudan, mistik düşüncələrdən uzaq olun. İnsansevər olun, hər bir sözünüzlə ətrafa nur yaymağa çalışın. Dəqiqləşdirmədiyiniz məsələlərə görə, inad etməyin. Göy qübbəsi bu həftə qidalanma zamanı tədbirli olmağınızı məsləhət görür. Ailə üzvlərinizə qarşı aqressivlik etməyin.

    [
    OXATAN
    Astroloji göstəricilər perspektivli təkliflər alacağınızı bəyan edir. Çalışın imtina etməyəsiniz. Çoxdan bəri sizə sıxıntı gətirən maliyyə problemləriniz də qaydasına düşməlidir. Bu arada doğmalarınızla münasibətlərinizin soyuqlaşmasına imkan verməyin, ələlxüsus da yaşlılarla xoşrəftar olun. Ulduzlar bu həftə uzaq yola çıxmağınızın əleyhinədir.

    [
    OĞLAQ
    28-30 iyul aralığında mənfi enerjili Ay bürcünüzdə qərar tutduğu üçün ilk növbədə yuxu və qida rejiminizə riayət edin. Bu, ilk növbədə qarşınızda duran şəxsi problemlərinizin həllində rol oynaya bilər. Ayın 29-dək bəzi sürprizlərin şahidi olacaqsınız. Fəaliyyət dairənizi genişləndirmək üçün geniş imkan qazanacaqsınız.

    [
    DOLÇA
    Ayın 29-da aldığınız təkliflərə gözüyumulu razılıq verməyin, əks təqdirdə sizi aldada bilərlər. Rəhbərliklə münasibətləri bərk-bərk qoruyun. Fəaliyyət zəminində təşəbbüskarlığı əldən verməyin. Göy qübbəsi uzaqda yaşayan qohumlarınızla əlaqələri dərinləşdirməyi tövsiyə edir. İmkan olsa səfərə də çıxın. Həftə ərzində pulsuz qalmayacaqsınız.

    [
    BALIQLAR
    Səhhətinizdəki passivlik işə ara verməyinizi diqtə edir. Heç olmasa, iyul 30-dək qayğınıza qalın. Sonrakı günlərdə isə ola bilsin ki, perspektivli sövdələşmələrin iştirakçısı olasınız. Əgər nikbin ovqat qazanmaq istəyirsinizsə, ailə-sevgi münasibətlərinə, ümumiyyətlə cəmiyyətə fərdi baxışlarınızı dəyişin.
    Zaman daralır......

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Yer
    Baki
    Mesajlar
    357

    Re: Münəccim

    05.07.2010-11.07.2010
    [
    QOÇ
    Hər şey mütəmaddi olaraq, sizin istədiyiniz kimi gedəcək. Ciddilik hər zaman sizə gərəkli olacaq. Cümə günü çalışın nəzakətli və ədəbli olasınız kolleqalarınızla və dostlarınızla. Boş yerə konflikt yaratmağa çalışmayın. Hadisələri rel qiymətəndirin. Sizi nə gözləyəcəyinə kritik yanaşın. Çalışın işdə yarana biləcək konfliktli işlərdən qaçasınız, özüzü evə kilidləməyəiniz. Yay fəslinin olmasından istifadə edib, təmiz havada çox olmağa çalışın. İdmana da vaxt ayırmağı unutmayın.
    Uğurlu gününüz -6, 7, 8 iyul. Gərgin gününüz güman edilmir.


    [
    BUĞA
    Sizin şübhələriniz və qərarsızlığıınız sizi seçim qarşısında qoyacaq. Çalışın öz yaradıcılıq potensialınızı ifşa edəsiniz. Bazar günü olan şənlik sizə xoşagəlməz xatirələr yaşada bilər. Balansı öz içərinizdə axtarmalısınız. Ancaq belə olduğu təqdirdə siz ətrafdakı insanlardan dəstək tapa biləcəksiniz. Çalışın sizə bir o qədər xoş olmayan insanlarla münasibəti kəsəsiniz. Hal hazırda siz vaxtınızı öz bacarığınızı inkişaf etdirmənizə ayırmalısınız. Tələsməyin və qorxmayın ki, siz nəyisə əldən buraxacaqsınız. Hər şeyin öz vaxtı var.
    Uğurlu gününüz - 7, 8, 9, 11 iyul. Gərgin gününüz güman edilmir.


    [
    ƏKİZLƏR
    Bu həftə partnyorlarla fikir ayrılığı yarana bilər. Bunu aradan qaldırsanız, siz çox ümidverici təklif ala bilərsiniz biznes sahəsində. Əgər kimsə sizin üçün nəsə edirsə qayğınıza qalırsa, sevinin və bunu qədirbilənlik kimi qəbul edin, belə olması lazımdır deyə yox. Əgər siz yaşayış yerinizi dəyişmək fikrinə düşsəniz, çalışın bu fikri həyata keçirərkən tələsməyəsiniz. bbu həftə sizə borcunuzu xatırlada bilərlər, bu mənəvi borc da ola bilər. İmkan verməyin ki,ikinci dəfə də xatırlatsınlar. Bazar günü unudulmaz macəra yaşaya bilərsiniz.Sizin bu həftəyə olan deviziniz tələsməmək olacaqşBütün məsələlərə ciddi yanaşın, pz gücünüzə arxayln olun və hadisələri tezləşdirməyə çalışmayın, hər şeyi öz axarına buraxın.
    Uğurlu gününüz - 5, 8, 1 iyun. Gərgin gününüz - 10 iyul.


    [
    XƏRÇƏNG
    Xırda çətinlik sizin səyiniz nəticəsində asanlıqla həll olunacaq. Uğur anını əldən buraxmayın. Çərşənbə axşamı kiminsə tövsiyyəsi ciddi sürətdə sizin vəziyyətinizi yaxşılaşdıra bilər, əlbəttə ki, əgər siz buna əvvəlcədən hazırlaşırsınızsa. Çərşənbə günü sizin əhvalınız dərəcədə dəyişiləcək. Həftənin ikinci yarısında səfərlər gözlənilir. Sizin riskli qəraralarınız, olduqca düzgün verilmiş qərar olacaq. Əgər siz işçi kimi çalışırsınızsa müdriyyətdən əmək haqqınızın qaldırılmasını tələb ed bilərsiniz. Öz dəlillərinizə və arzularınıza əsasən rəhbərlik etməyə çalışın. Heç bir təsir altına düşməyin.
    Uğurlu gününüz - 7, 9, 10 yul. Gərgin gününüz - 6 iyul.


    [
    ŞİR
    Ulduzların düzülüşü sizə öz yaxşı tərəflərinizi göstərməyə imkan yaradacaq. Çərşənbə günü işdə müdriyyətlə fikir ayrılığına görə problemlər yarana bilər. Çalışın həftənin əvvəlində başlanılmış işləri bitirəsiniz və hələki öz üzərinizə yeni işlər göterməyəsiniz. Emosiyalarınızı kontrol etməyə çalışın. Siz coşaraq nəyisə artıq deyə bilərsiniz, sonra isə uzun müddət buna görə təəssüflənəksiniz. Az həyəcanlanın, çox inanın öz gücünüzə. Yeniliklərə hazır olun. Szin həyatınızda yeni dəyişikliklər ola bilər. İşlərin bir çoxunu çalışın həftənin birinci yarsı icra edəsiniz.
    Uğurlu gününüz - 5, 6, 8, 11 iyul. Gərgin gününüz güman edilmir.


    [
    QIZ
    Çoxdan bəri müəyyənləşdirə bilmədiyiniz çətinliklər barəsində düşünmək üçün bu həftə yaxşı olacaq. Məsuliyyətli qərarları qəbul etmək üçün də əlverişli vaxtdır. İşdə yaranacaq yeni hadisələr, sizi kədərdən uzaqlaşdıracaq. Öz peşəkar dərəcənizin artımı barəsində düşünün. Köhnə dostlarınızdan aldığınız dəvətləri qəbul edin. Bu sizin üçün çox vacib olacaq. Sizdən daha təcrübəli olan kolleqalarınızın və dəyərli dostlarınızın məsləhətlərndən çalışın maksimum dərəcədə istifadə edəsiniz. Çalışın işlərin gedişatında yaranmış səhvləri tezliklə həll edəsiniz.
    Uğurlu gününüz - 6, 7, 8 iyul. Gərgin gününüz - 10 iyul.


    [
    TƏRƏZİ
    Sizə elə gələcək ki, siz hadisələrin törəməsində dolaşmısız. Sizə dinclik və sakitlik lazımdır ki, özünüzü dərk edə biləsiniz. Vəzifənizdə irəliləyiş və ya xarici səfər gözlənilir. Çalışın yaxınlarınızla mübahsə yaranması üçün şərait yaratmayasınız. Həftə içində günlər arasında cümə axşamı siizn üçün bir qədər müvəffəqiyyətli gün olacaq. Bu həftə sizə köhnə həyat fazasını tamamlayıb, yenisinə keçməyinizə şans yaradacaq. Köhnə layihələri tamamlayın, özünüzü və planlarınızı dəyişməyə çalışın.
    Uğurlu gününüz - 5, 8, 9 iyul. Gərgin gününüz - 7 iyul.


    [
    ƏQRƏB
    Karyerada yüksəlməniz üçün sizə şans yarana bilər. Siz istəyinizə çatmaq üçün bir çox şanslar meydana gələcək. Bazar ertəsi bir çox şeyi öz zəhbətinizin bəhrəsilə əldə edəcəksiniz. Çərşənbə axşamı konflikt və mübahisə yaratmamağa çalışın. Bazar günü evdən kənar yerdə istirahət etməyə çalışın, ən yaxşısı isə kardinal olaraq vəziyyətinizi dəyişməlisiniz. Əqrəblər üçün müvəffəqiyyətli dövr olacaq, məhz bu vaxt əziyyətlərinin bəhrəsini görə bilərlər. Əqrəblər bu həftə əhatələrindəki insanlarla çox asanlıqla ünsiyyətə giribi, yola gedəcəklər. Rəhbərliklə ümumi dil tapacaqlar.
    Uğurlu gününüz - 6, 9, 10 iyul. Gərgin gününüz - 8 iyul.


    [
    OXATAN
    Ehtiyyatlı olun, özünüzü ələ almağa çalışın - bu zaman etdiyiniz hərəkətlərdən peşmanlıq duymayacaqsınız. Sizə maraqlı və məqamında olan informasiya daxil ola bilər. Siz buna düzgen göstəriş verməlisiniz. Çalışın aldanmayasınız və illuziyalarınıza inanmayasınız, bu zaman sizin müvəffəqiyyətiniz artacaq. Həm də işdə müvəffəqiyyətiniz artacaq. Cümə axşamı işgüzar görüşlər uğurlu olacaq. Qohumlarınızla olan qarışıq əlaqə sizi rahatsız edəcək və təşvişə salacaq.
    Uğurlu gününüz - 5, 9, 10, 11 iyul. Gərgin gününüz güman edilmir.


    [
    OĞLAQ
    Özünüzə nəsə yeni bir şey açın və bununla siz özünüzü müdrik hiss edəcəksiniz. Həftə sonu istirahət etməyə çalışın. Öz üzərinizə bacardığınız qədər çoxlu müxtəlif işlər götürün. Siz bu işlərlin öhdəsindən tez və uğurla gələcəksiniz. Hətta əlavə zamanınız da qalacaq.
    Bir qədər gərgin həftə olacaq, sizə xeyli problem gətirə bilər. Buna görə də emosional cəhətdən çətin dövr olacaq . Həftə sonunu yaxşı olardı ki, təbiət qoynunda keçirəsiniz.
    Uğurlu gününüz - 5, 7, 9, 11 iyul. Gərgin gününüz - 10 iyul.


    [
    DOLÇA
    Bu həftə yaradıcılıq və onun təzahürü üçün yaxşı həftədir. Siz öz əhatə dairənizi dəyişə bilərsiniz. Bazar ertəsi və çərşənbə axşamı siz öz şəxsi nəaliyyətləriniz haqqında düşünə bilərsiniz. Çərşənbə günü yüklülüyünüzü minimuma endirin və istirahətə vaxt ayırmağa çalışın. Cümə axşamı dostlarınıza kömək etməkdən boyun qaçırmayın. Bu həftə maliyyə məsələlərinə olduqca ciddi yanaşın. Siz işinizin hər xırdalıqlarına qədər diqqətli olmalısınız ki, problemdən və artıq pul xərcindən uzaq olasınız. Vacib müqavilə imzalamalarını həftənin sonuna saxlayın.
    Uğurlu gününüz - 5, 7, 9, 11 iyul. Gərgin gününüz - 10 iyul.


    [
    BALIQLAR
    Bu həftə siz sevdiyiniz insanların sədaqətindən əmin olmaq üçün sizə şans yaranacaq. Bazar ertəsi siin planlarınız dəyişilə bilər. Çərşənbə axşamı köhnə problemləri düşünənlər üçün müvəffəqiyyətli olacaq. Bazar günü ətrafınızdakı insanların əhval-ruhiyyəsi sizin əhval-ruhiyyənizin necəliyindən aslı olacaq. Siz bir çox şeyi keçmişdə qoymalısınız. Nə vaxtkı yığılıb qalan problemləri həll etdiniz, o zaman siz yeni maraqlı iş təkliflərini qəbul edə bilərsiniz.
    Uğurlu gününüz - 5, 9, 10 iyul. Gərgin gününüz - 6 iyul.
    Zaman daralır......

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    Türkiye
    Mesajlar
    2.269

    Re: Münəccim

    ƏKİZLƏR
    Bu həftə partnyorlarla fikir ayrılığı yarana bilər. Bunu aradan qaldırsanız, siz çox ümidverici təklif ala bilərsiniz biznes sahəsində. Əgər kimsə sizin üçün nəsə edirsə qayğınıza qalırsa, sevinin və bunu qədirbilənlik kimi qəbul edin, belə olması lazımdır deyə yox. Əgər siz yaşayış yerinizi dəyişmək fikrinə düşsəniz, çalışın bu fikri həyata keçirərkən tələsməyəsiniz. bbu həftə sizə borcunuzu xatırlada bilərlər, bu mənəvi borc da ola bilər. İmkan verməyin ki,ikinci dəfə də xatırlatsınlar. Bazar günü unudulmaz macəra yaşaya bilərsiniz.Sizin bu həftəyə olan deviziniz tələsməmək olacaqşBütün məsələlərə ciddi yanaşın, pz gücünüzə arxayln olun və hadisələri tezləşdirməyə çalışmayın, hər şeyi öz axarına buraxın.
    Uğurlu gününüz - 5, 8, 1 iyun. Gərgin gününüz - 10 iyul.
    bunlar aylık yorumlar mı ??
    HaKKım heLaL,Sewqim haRam oLsun

  4. #4
    Senior Member
    Üyelik tarihi
    Jun 2010
    Mesajlar
    594

    Re: Münəccim

    Forumumuzun munəcciminə eşq olsun. Bu gündən sonra burda da izləyə bilərik. Təşəkkürlər .
    Maragli idi oxudum, Bəlkə də həqiqət var..! Amma başqalarinin bürclərini də oxuyuram onlar da mənə aiddi axi. Bu haqda dində yoxdu...ona görə də belə şeylərə inanmiram.
    Amma bu gündən sonra izləyim görək yazilanlar doğru olacaq.!

  5. #5
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    701

    Re: Münəccim

    TwK ARavizda Kim Ekizler Burcudu??
    [

  6. #6
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Yer
    Baki
    Mesajlar
    357

    Re: Münəccim

    Ruzgar_Gulu
    bunlar aylık yorumlar mı ?? Haftalik
    Zaman daralır......

  7. #7
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    Türkiye
    Mesajlar
    2.269

    Re: Münəccim

    cok sagol cannn
    HaKKım heLaL,Sewqim haRam oLsun

  8. #8
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    701

    Re: Münəccim

    ƏKİZLƏR
    Bu həftə partnyorlarla fikir ayrılığı yarana bilər. Bunu aradan qaldırsanız, siz çox ümidverici təklif ala bilərsiniz biznes sahəsində. Əgər kimsə sizin üçün nəsə edirsə qayğınıza qalırsa, sevinin və bunu qədirbilənlik kimi qəbul edin, belə olması lazımdır deyə yox. Əgər siz yaşayış yerinizi dəyişmək fikrinə düşsəniz, çalışın bu fikri həyata keçirərkən tələsməyəsiniz. bbu həftə sizə borcunuzu xatırlada bilərlər, bu mənəvi borc da ola bilər. İmkan verməyin ki,ikinci dəfə də xatırlatsınlar. Bazar günü unudulmaz macəra yaşaya bilərsiniz.Sizin bu həftəyə olan deviziniz tələsməmək olacaqşBütün məsələlərə ciddi yanaşın, pz gücünüzə arxayln olun və hadisələri tezləşdirməyə çalışmayın, hər şeyi öz axarına buraxın.
    Uğurlu gününüz - 5, 8, 1 iyun. Gərgin gününüz - 10 iyul



    Gorekde Duz Cixacaq Yoxsa Yox
    [

  9. #9
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Yer
    Baki
    Mesajlar
    357

    Re: Münəccim

    11.07.2010-18.07.2010
    [
    QOÇ
    Astroloji göstəricilərə əsaslansaq, bu həftə darıxdırıcı məqamlarınız xeyli səngiyəcək. Ətrafınızda olanlar tədricən sizi anlamağa başlayacaqlar. Amma ayın 13-nə qədər qeyri-adi işlərə başlamaq, riskli addımlar atmaq, ciddi məsələlərə girişmək yolverilməzdir. Yaxşı olar ki bunu sonrakı günlərə saxlayasınız.


    [
    BUĞA
    Bəri başdan nəzərinizə çatdıraq ki, bu aralıq sizin üçün daha çox maraqlı görüş və xoş təsadüflərlə yadda qalacaq. Çalışın hər bir ünsiyyətdə mədəni davranış və zəkalı gedişlər edəsiniz. Gələcəyiniz üçün bu şanslardan yaxşı istifadə edin. Bacardığınız qədər əsas vaxtınızı istirahətə və ailə-sevgi münasibətlərinə həsr edin.


    [
    ƏKİZLƏR
    İxtiyarınızda olan bu həftədə savab işlərinizin sayını artırmağa çalışın. Ələlxüsus da böyüklərin ağıllı məsləhətlərinə əməl edin. Bu, sonrakı proseslərin həllində sizə köməklik edəcək. Mövcud problemlərə görə isə narahat olmayın. Çünki istənilən sıxıntı bir imtahandır, ondan qorxmaq yox, ona hazırlaşmaq lazımdır. İmanınızı kamilləşdirin.


    [
    XƏRÇƏNG
    Bu həftə ətrafınızda lazımi adamların olmaması, həmçinin əsəbi situasiyalar ovqatınızı korlasa da, özünüzü təmkinli aparmağa çalışın. Ağıllı riskdənsə qorxmayın. Məhz bu yolla vaxtilə sizə inamsız yanaşanlar fikir və düşüncələrinizi anlayacaqlar. Bu isə həyatınızın sonrakı mərhələsi üçün müsbət rol oynayacaq. Ailə üzvlərinizlə xoş davranın.


    [
    ŞİR
    Təəssüf ki, "hakim" olsanız da, bu ərəfə bürcünüz üçün hansısa uğur vəd etmir. Bu səbəbdən də əsas diqqətinizi səhhət və mənzillə bağlı problemlərin həllinə yönəltməlisiniz. Qeybət və yalandan uzaq olun. Heç olmasa, günlərinizin maraqlı olması üçün müəyyən tədbirlər görün. Ayın 13-dən sonra fəaliyyətə ara verib bir qədər istirahət etmək olar. Doğmalarınızla tez-tez əlaqə yaradın.


    [
    QIZ
    İxtiyarınızda olan həftənin əsas vaxtını istirahətdə keçirmək lazımdır. Ən azı ona görə ki, ulduzların düzümü darıxdırıcı bir ərəfə yaşayacağınızdan xəbər verir. Bir tərəfdən maliyyə problemlərinin qabarması, digər tərəfdənsə münasibətlərdə anlaşılmazlıqlar belə bir vaxtda sizi yora, eyni zamanda hər şeyə inamsız yanaşmağınız süstlüyünüzü daha da artıra bilər.


    [
    TƏRƏZİ
    Yaxşı olar ki, bütün vacib işlərinizi iyul 18-nə qədər başa çatdırasınız. Çünki sonrakı ərəfədə bütün cəhdləriniz boşa çıxa bilər. İnsanlarla xoş davranın. Ümumiyyətlə, çox məsələlərə görə, uğurlu ərəfə hesab etmək olar. Hansısa ciddi gərginlik və ya münaqişə gözlənilmir. Həmişə olduğu kimi indi də ulduzlar maliyyə məsələlərində qənaətcil olmağınızı məsləhət görür.


    [
    ƏQRƏB
    Sürprizlərlə rastlaşma ehtimalınız böyükdür. Bu, daha çox şəxsi zəmində baş verə bilər. 14-15 iyul aralığında şəxsi büdcənizin durumunu dəyişmək üçün gözəl imkanlarınız olacaq. Ulduzlar mülayim günlərdə uzaq yola çıxmağı, ələlxüsus da füsunkar ərazilərə getməyi məsləhət görür. Sükan arxasında oturmağı isə minimuma endirin. Bu həftə sevgidə də bəxtiniz gətirməlidir.


    [
    OXATAN
    Bütün enerjinizi işə salıb qarşıda duran maneələri bir-bir dəf etməlisiniz. Düzdür, həmişə olduğu kimi, indi də yaxınlarınız, dostlarınız hər vəchlə sizə mane olmaq istəyəcəklər, buna baxmayaraq, belə hallar qlobal işlərinizin gedişatına pis təsir etməyəcək. Bu arada nüfuzlu və dəyərli insanlarla görüşmək, müqavilələr bağlamaq sizə böyük səmərə verəcək.


    [
    OĞLAQ
    Ümumi məziyyətlərinə görə, uğurlu ərəfə hesab etmək olar. Konkret hansısa işə keçməzdən qabaq danışıqlar aparmaq, vacib adamları tapmaq, dönə-dönə ölçüb-biçmək lazım gələcək. Hətta ola bilər ki, buna görə aldığınız dəvətləri də təxirə salasınız. iyul 14-dən sonrakı müddət müəyyən gərginliklə müşahidə olunsa da, bu hal itkilərlə nəticələnməyəcək.


    [
    DOLÇA
    Bu zaman kəsiyini bir qədər süst şəkildə başa vuracaqsınız. Düzdür, ciddi probleminiz olmayacaq, amma maraqlı bir hadisənin də iştirakçısı olmayacaqsınız. Ulduzlar yeni əlaqələrə can atmamağı tövsiyə edir. Ən azı ona görə ki, bu cəhdlərin nəzərəçarpacaq perspektivləri olmayacaq. Sizə konkret addım atmaq yox, yalnız götür-qoy etmək lazım gələcək.


    [
    BALIQLAR
    Göy qübbəsi ürəyinizi sevgisiz qoymamağı tövsiyə edir. Ən azı ona görə ki, bu qarışıq dünyamızda ən güclü himayədarınız yalnız məhəbbət ola bilər; növlərini isə özünüz təyin etməlisiniz. Əgər ixtiyarınızda olan bu müddətdən zövq almaq istəyirsinizsə, oturaq işləri məhdudlaşdırın. Çünki ulduzlar bürcünüzə olduqca romantik məqamlar bəxş edəcək.
    Zaman daralır......

  10. #10
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    Türkiye
    Mesajlar
    2.269

    Re: Münəccim

    ƏKİZLƏR
    İxtiyarınızda olan bu həftədə savab işlərinizin sayını artırmağa çalışın. Ələlxüsus da böyüklərin ağıllı məsləhətlərinə əməl edin. Bu, sonrakı proseslərin həllində sizə köməklik edəcək. Mövcud problemlərə görə isə narahat olmayın. Çünki istənilən sıxıntı bir imtahandır, ondan qorxmaq yox , ona hazırlaşmaq lazımdır. İmanınızı kamilləşdirin.
    insallah
    HaKKım heLaL,Sewqim haRam oLsun

Sayfa 1/3 123 SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.