tesekkur edirem, duzgun ve deyerli dushuncelerdir![]()
5 sonuçtan 1 ile 5 arası
-
06-09-2010, 12:55 PM #1
7 Gerçək
Neçə ildir mənim yanımdasan? - 20 ildir əfəndim.
- Bu zaman müddətində məndən nə öyrəndin?
- Heç bir şeylə dəyişməyəcəyim yeddi gerçək öyrəndim.
- Ömrüm səninlə keçdiyi halda elə 7 gerçəkmi öyrəndin?
- Bəli.
- Elə isə söylə baxaq nələr öyrəndin?
- Baxdım ki hər kəs bir şeyi özünə dost edir, ona könül verib bağlanır.
Ancaq bunlardan dərhal hamısı insanı yarı yolda buraxır. Mən isə, məni heç buraxmayacaq, ölümdən sonra belə mənimlə gələcək şeyləri axtardım. Və dost olaraq yaxşılıqları seçdim özümə. Ki onlar sonsuz bir yüksəlmə səfərinə çıxmış insanoğlunun heç tükənməyəcək azuqəsi və ən gerçək dostlarıdır.
- Çox gözəl, ikincisi nə?
- Baxdım ki, insanların bir çoxu keçici dünya dəyərlərinə dörd əllə sarılmış, onları qoruyur, kassalarda saxlayır, itməməsi üçün hər çarəyə müraciət edir. Kimi zənginliyinə, kimi gözəlliyinə, kimi səsinə sıx yapışmış, onları əldən çıxarmamaq üçün çırpınıb dayanır. Halbuki mən varlığımı və bütün istəklərimi Ona satıb, könülümü tək Onun sevgisinə açdım.
- Davam et!
- İnsanların üstün olmaq üçün bir-birləriylə yarışdıqlarını gördüm. Ancaq bir çoxu üstünlüyü səhv yerlərdə axtarır və bir-birinin üstünə basaraq yüksəlmək istəyirdi. Bunun üzərinə üstünlüyü keçici dünya dəyərlərində deyil, ağıl və əxlaq tərəfindən yüksəlməkdə, pisliklərin hər növündən əl ətək çəkib, yaxşılıqlara vasitə olmaqda axtardım.
-Davam et övladım.
- Yenə baxdım ki, insanlar səhərdən axşama bir-birləriylə məşğul olur, boş yerə həyatı zəhər edirlər özlərinə. Bütün bunların mənlik, eqoizm və çəkə bilməməzlikdən irəli gəldiyini gördüm. Və könülümü bu çirklərdən uzağ tutaraq, hər kəslə dost olub, dinclik və güvən içində yaşamanın yolunu tapdım.
- Sonra?
- Nədənsə hər kəs səhvinin səbəbini həmişə ətrafda axtarır və başqalarını günahlandırmaq yoluna sapırdı. Beləcə günahlarının örtüsü altında gizlənirdi. Halbuki insanın başına nə gəlirsə öz üzündən və öz əliylə gəlirdi. Bunu bilib tək özümlə cəngə girərək, nəfsimin iradəsinə uyğun gəlməməyə və vəsvəsə verənin tələsinə düşməməyə çalışdım.
- Doğru...
- Baxdım ki insanlar bir loxma çörək və dünya dolanışığı üçün halal haram demədən, hər cür haqqı tapdalamaqdan çəkinmirlər. Həm başqalarının haqqını götürüb onları yoxsul buraxmaqla, həm də bu haqsızlığın əzabını ağır bir yük kimi vicdanlarında daşımaqla iki dəfə pislik etmiş olurlar. Halbuki doğru yaşanıldığında və haqq tərəfindən bölüşüldüyündə dünya nemətləri insanlara yetər də, artar da belə.
- Və yeddinci?
- Yeddinci olaraq bunu gördüm ki, insanlar bir şeyə söykənmək və güvənmək ehtiyacındadırlar. Kimi zənginliyinə, kimi gözəlliyinə... Bunların hamısı da bir müddət sonra yıxılacaq süni dəstəklərdir. Mən isə tək Ona sığınıb tək Ondan kömək dilədim. Və bunun qarşılığı sonsuz bir güvən oldu.
- Səni təbrik edirəm övladım. Mən də illər boyu bütün din kitablarını araşdırdım.
Hamısının bu 7 gerçək ətrafında toplaşdığını təsbit etdim.[
-
06-09-2010, 01:13 PM #2Moderator
- Üyelik tarihi
- Dec 2006
- Mesajlar
- 2.721
Re: 7 Gerçək
-
06-09-2010, 07:58 PM #3
Re: 7 Gerçək
Çox sağ ol Emin
[
-
06-09-2010, 08:57 PM #4
-
06-09-2010, 09:18 PM #5Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Dec 2009
- Yer
- Türkiye
- Mesajlar
- 2.269
Re: 7 Gerçək
cok guzel sag ol aldım ben bunu haberin olsun
HaKKım heLaL,Sewqim haRam oLsun


LinkBack URL
About LinkBacks





Alıntı ile cevapla
Yer imleri