3 sonuçtan 1 ile 3 arası

SENSASİYA! Dünyanın ən yaşlı qadınının 108 yaşında qızı var

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    SENSASİYA! Dünyanın ən yaşlı qadınının 108 yaşında qızı var

    157 yaşlı qadın yemək bişirir, yaxşı yaddaşa və görmə qabiliyyətinə malikdir
    İndoneziya Statistika İnstitutu keçən ay aparılan əhali sayımı zamanı Sumatra adasındakı kiçik bir qəsəbədə yaşayan Turinah adlı bir qadının 157 yaşında olduğunu iddia etdiyini bildirib.
    Turinah 1853-cü ildə anadan olduğunu söyləyib.
    Statistika İnstitutunun rəsmisi Conni Sardcono qadının yaşını sübut edəcək rəsmi sənədlər olmadığını, ancaq Turinahın 108 yaşlı qızının olması və söylədikləri fonunda onun 157 yaşlı olmasına şübhə etməyin çətin olduğunu bildirib. Bu qadın yaşına baxmayaraq, yaxşı yaddaşa, görmə qabiliyyətinə malikdir, eşitmə sahəsində problemi yoxdur, gündəlik işlərini görür, holland dilində səlis danışır, mətbəxdə yemək bişirir. Onun hələ illərlə yaşayacağına da şübhə edilmir.
    Qeyd edək ki, Hollandiyanın müstəmləkəsi olan İndoneziya 1945-ci ildə müstəqilliyini elan edib. Turinah deyib ki, 1965-ci ildə İndoneziyada dövlət çevrilişi olan zaman həmin olaylar vaxtı şəxsiyyətini təsdiq edən sənədlərini itirib.
    İndoneziyada başqa bir qadın da 145 yaşında olduğunu deyib.
    Bu vaxta qədər dünyanın ən uzunömürlü insanı Fransada yaşamış Ceanne Calment sayılıb. O, 1997-ci ildə öləndə 122 yaşında olub.



    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: SENSASİYA! Dünyanın ən yaşlı qadınının 108 yaşında qızı var

    Maşallah Anasının yolunu gedir.Uğurlu yollar
    [

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Nov 2009
    Yer
    Naxçıvan
    Mesajlar
    546

    Re: SENSASİYA! Dünyanın ən yaşlı qadınının 108 yaşında qızı var

    Allah uzun ömür versinn
    Dısımda kahkaLardan bi Suuret... İcimde Kan agLayan bi VeLet

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.