1 sonuçtan 1 ile 1 arası
-
06-04-2010, 01:47 PM #1Senior Member
- Üyelik tarihi
- Mar 2010
- Yer
- Baki
- Mesajlar
- 357
Gənclər və cəmiyyət arasındakı uçurum
Son dövrlər Azərbaycanda şagird və tələbələr arasında baş verən intihar və intihara cəhd halları artmaqdadır. “Təmiz dünya” Qeyri Hökumət Təşkilatının apardığı statistik təhlillərə görə, 2010-cu ilin ilk üç ayında yeniyetmələr arasında 17 intihar hadisəsi baş verib ki, özünə qəsd edənlərin də 10 nəfərini gənc qızlar təşkil edib.Təşkilatın rəhbəri Mehriban Zeynalova intiharların əsas səbəbini ailələrdə yaşanan problemlərdə gördüyüünü bildirib.
“İntihara səbəb sevgi uğursuzluğu, ailədə yaranan münaqişələr, sosial-iqtisadi problemlər, ümidsizlik, qorxu və zorlanma amilləri ola bilər. Özünə qəsd hallarının əsas səbəbini ailə problemlərində görürəm”,-söyləyən Mehriban Zeynalova intiharın əsas günahını valideynlərin məsuliyyətsizliyində görür.
Gənclər arasında intihar halları məsələsinə münasibət bildirən Regional Psixologiya Mərkəzinin baş psixoloqu Dəyanət Rzayev uşaq və gənclər arasında intihar hallarının təkcə Azərbaycan deyil, bütün dünya üçün xarakterik olduğunu bildirib.
“Son zamanlar gənclər arasında intihar hallarında artım müşahidə olunur. İntihar hallarının artım səbəbləri müxtəlifdir. Yeni texnologiyalar, kompüterlər, internet, telefonlar və s. insan psixologiyasına bəzi hallarda mənfi təsir edən amillər kimi qiymətləndirilir. Bu kimi texnologiyalar insanları bir-birindən uzaqlaşdırır, ünsiyyəti azaldır. Bu gün insanlar arasında canlı ünsiyyət çox azdır və bu da əsasən özünəqapanmaya səbəb olur”,-söyləyən D.Rzayev yeniləşən texnologiyanın özü ilə müsbət cəhətlərlə yanaşı mənfi hallar da gətirməkdə olduğunu vurğulayıb.
İntihar səbəblərindən birini də hazırda gənclərin öz gələcəkləri ilə bağlı qeyri-müəyyənlik içərisində olmasında görən ekspert burada təhsilin mühüm rol oynadığını bildirib. “Uşaq məktəbdə oxuduğu zaman öz gələcəyini planlaşdıra bilmir. Çox mühim amillərdəndir ki, insanlar kiçik yaşlarından hansısa bir peşəyə maraq göstərsinlər və gələcəkdə bu peşəyə yiyələnməküçün səy göstərsinlər. Lakin indiki dövrdə uşaqlar gələcəklərini müəyyən edə bilmirlər. Hansısa ali məktəbdə təhsillərini qurtardıqdan sonra iş tapmaq, karyera qurmaq kimi problemlərlə rastlaşırlar və vəziyyətə tam hazır olmadıqları üçün qalırlar çarəsiz. Bu səbəbdən uşaqlarda yaranan qorxular, fikir pozuntuları onların həyata olan marağının azalması ilə nəticələnir. Bu səbəbdən onlarda gələcəyə ümid azalır. Məktəblilərə öz yaxınlarının və tanışlarının bu kimi problemləri çox mənfi təsir edir və həyata olan sevgi qorxu ilə əvəz olunur. Burada təhsil sistemində olan böhran əsas rol oynayır. Məktəbdə təhsil proqramlarının ağır olması, imtahanlara düşəcək sualların keçirilən dərs proseslərində tam əhatə olunmaması, uşaqların imkansız ailədən çıxaraq maddi cəhətdən varlı olan uşaqlarla bir əhatədə olması intihara səbəb olan faktorlardır”.
İntihara səbəb olan əsas amillərdən birinin ailə problemləri ilə bağlı olduğunu vurğulayan Dəyanət Rzayev ailədə olan zorakılığın, məcburiyyətin uşaqlarda dözümsüzlük yaratdığını və intiharla nəticələndiyini bildirib. “Bəzi ailələrdə uşağa zor tətbiq edərək onun uşaqlıq illərini əlindən alırlar. Bəzən ailədə münaqişə halları, valideynlərin davası, uşağın döyülməsi onları bütün bu problemlərdən çıxış yolu kimi intiharı seçməyə vadar edir. Uşaq intiharı məsələlərinə kompleks yanaşmaq lazımdır. Bunu qarşısını almaq üçün profilaktik tədbirlər görülməlidir". İntihara səbəblərdən birini də erkən nikahlarla bağlayan ekspert, bu zaman uşağın özünü alçalmış, zorlanmış hiss etdiyin bildirib.
Gənclər arasında intihar məsələsinə münasibət bildirən təhsil naziri Misir Mərdanov bu məsələ ilə bağlı açıqlamasında problemlərin əsas ailədən qaynaqlandığını bildirib. Təhsillə bağlı problemlərə gəlincə nazir bu amilin də müəyyən qədər səbəb olmasını inkar etmədi. Lakin problemin kökündə valideynlərin məsuliyyətsizliyinin olduğunu göstərib.
Məsələyə münasibət bildirən Hacı Şahin Həsənli açıqlamasında intiharın bütün dinlərdə pisləndiyini qeyd edib. “İntihar bütün dinlərlə yanaşı, İslamda da böyük günahlardan sayılır. Qurani-Kərimin “Bəqərə” surəsində də var ki, Allah ağır əzab vədəsi verir intihar edənlərə. Özünü öldürməyin kökündə inamsızlıq dayanır. İnsan ən çətin məqamlarda belə Allaha inamını itirməməlidir. Əgər insan əbədiyyətə inanırsa dünyanın bütün məhrumiyyətlərinə, sınaqlarına dözməli və bütün çətinlikləri keçici hesab etməlidir. İslam dininə görə, həm intihar edən, həm də intihara sövq edəneyni məsuliyyəti daşıyır”,-deyən Şahin Həsənli bu məsələdə valideynlərin birbaşa məsuliyyət daşıdığını bildirib.
Hər bir halda, gəncliyimizi - gələcəyimizi qorumaq, psixoloji cəhətdən yardıma ehtiyacı olan gənclərə yardım etmək, onların problemlərinə yardımçı olmaq bütün cəmiyyətin üzərinə düşən bir vəzifədir.Zaman daralır......


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri