Əsas məzmuna keç
3 sonuçtan 1 ile 3 arası

Meyvə şirəsi ilə işləyən batareya!

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Meyvə şirəsi ilə işləyən batareya!

    Enerji istehsalında yeni kəşflər edilir
    Yaponiyanın “Sony” korporasiyası ABŞ-da keçirilən elmi konqresdə meyvə şirəsi ilə işləyən kiçik elektrik batareya təqdim edib.
    Yaponiya alimlərinin işləyib hazırladıqları 2x4 sm. ölçülü və 10 millivatt gücə malik “biobatareya” mobil telefon, noutbuk və pleyerlərdə istifadə oluna bilər.
    Qurğunun enerji ilə doldurulması üçün buraya “yanacaq” kimi meyvə şirəsi əlavə olunur, lakin şirə üçün hansı meyvədən istifadə olunduğu hələ ki bildirilmir. 8 millilitr şirə təxminən bir saat üçün kifayət edir. Qeyri-adi enerji mənbəyi üzərində işlər ciddi məxfilik rejimində bir neçə ildir ki, aparılır. 2007-ci ildə 1,5 millivatt güclü, 2009-cu ildə isə 5 millivatt gücünə malik işlək nümunələr hazırlanıb. Şirkət budəfəki modeli kütləvi satışa çıxarmaq üçün artıq hazır olduğunu bildirib.
    Xatırladaq ki, şirə “Sony”nin enerji qida qurğularında tətbiq etmək niyyətində olduğu ilk maye deyil. Ötən ilin yaz aylarında şirkət “Coca-Cola” içkisindən enerji alan yanacaq elementi təqdim edib. Bundan əlavə, “Sony” quraşdırılmış litium-ion akkumulyatorlu metanol əsasında hazırlanan elementlərin prototipləri ilə də öyünə bilər. Alimlər heksab edirlər ki, zaman ötdükcə insanlar litium akkumulyatorları daha təhlükəsiz və rahat yanacaq elementləri ilə əvəz edəcəklər.
    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Meyvə şirəsi ilə işləyən batareya!

    indi meyvə bahadır pis vaxtda gəldi
    [

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    Türkiye
    Mesajlar
    2.269

    Re: Meyvə şirəsi ilə işləyən batareya!

    bu japonlarda ne cıxarıcagını sasırdı valla texnolojı adına ne cıxtıysa ya japonya ya da çin
    HaKKım heLaL,Sewqim haRam oLsun

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.