Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Kürəyində güllə gəzdirən azərbaycanlı uşaq

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Kürəyində güllə gəzdirən azərbaycanlı uşaq

    10 yaşlı uşaq silahla ehtiyatsız davranmanın qurbanı olub
    Türkiyədə yaşayan azərbaycanlı Nihad Xalid silah ehtiyatsızlığının qurbanına çevrilib.
    Xalidin ailəsi Azərbaycandan İstanbula 2000-ci ildə köçüb. Hazırda 10 yaşı olan Nihad 2009-cu il mayın 3-də küçədə topla oynayarkən qəflətən yerə yıxılıb və kürəyindən qan axmağa başlayıb. Xəstəxanaya aparıldıqdan sonra isə onun 7,65 mm-lik gülləylə vurulduğu məlum olub.
    Polis güllə atanın kimliyini də üzə çıxarıb. Bu, təqaüddə olan 57 yaşlı R.Ö. (adı tam göstərilməyib) adlı polisdir. Onun hadisə vaxtı spirtli içki qəbul etdiyi məlum olandan sonra sərbəst buraxılıb.
    Hazırda keçmiş polisin atdığı güllə Nihad Xalidin kürəyindədir. Hadisədən bir il keçməsinə baxmayaraq, həkimlər onun sinirini zədələməkdən ehtiyat edərək və nəticədə iflic ola biləcəyi ehtimalını nəzərə alaraq, gülləni hələ də çıxarmayıblar.
    Buna baxmayaraq, Nihad hələ də əməliyyat ediləcəyi günün xəyalıyla yaşayır. Çünki bu cür yaşamaq ona çox əziyyət verir: 10 yaşlı uşağın kürəyi tez-tez sancılanır...


    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.