“Facebook” 24 saat açıq olacaq bir polis xətti açır
Uşaqlara qarşı cinsi təcavüz hallarının artmasına çözüm arayan şəbəkə rəhbərliyi çarəni 24 saat aktiv polis xətti açmaqda gördü
Dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook” 24 saat açıq olacaq bir polis xətti açır.
Məqsəd yetkinlik yaşına çatmamış gəncləri hədəf alanların və uşaqlara cinsi təcavüz edənlərin qarşısını almaqdır.
“Facebook”un 23 milyon uşaq istifadəçisi var. Son 1 ildə sosial şəbəkədə uşaqlara qarşı seksual cinayətlərin sayı 3 dəfə artıb. “Facebook”un planı “Sosial ağ təhlükəsizlik çevrilişi” adlanır və uşaqları qorumaq üçün birliklər yaradılacaq. Polis 24 saat ərzində telefon xətlərinin başında fövqəladə durumlara və təhqiqatlara dəstək verməyə hazır olacaq.
Planın həyata keçirilməsi üçün 5 milyon dollar büdcə ayrılıb.
Yer imleri