bilmiyordum ögrendim cox sag ol![]()
6 sonuçtan 1 ile 6 arası
-
04-14-2010, 07:43 PM #1
Bilirsinizmi ????

Bilirsinizmi quşlar necə danışa bilir?
Hər insan ağızıyla danışar amma danışa bilməyi təmin edən əsl orqan beyindir. Beyində yaranan düşüncələr dilimizə və dodaqlarımıza köçürülər. Heyvanlar bu səbəblə danışa bilməz. Tutuquşu və bənzəri quşların etdikləri danışma deyil, mükəmməl bir səs tınısı əzbəri və təkrardır. Səsləri əzbərləyər və təqlid edərlər. Quşların səs orqanları məməli heyvanlardan fərqli olaraq qırtlaqda deyil sinə qəfəslərinin dibində, qarın boşluğunun dərinliklərindədir. Quşların təbiətində səs təqlid qabiliyyəti vardır. Təbiətlə iç-içə yaşayarkən digər quşların səslərinitəqlid edərək bir növ ünsiyyət təmin edərlər.

Xoruzlar nə üçün səhərlər tezdən banlayirlar?
Səhər günəş doğularkən banlamaq tək xoruzlara xas deyil. Qulağa ən çox
xoruzun səsinin gəlməsi, onun səsinin digərlərindən daha güclü olmasıdır. Quşların böyük əksəriyyəti
də eyni saatlarda ağaclarda xor halında ötürlər. Gün boyu həm xoruzlar həm quşlar bu ötüşü davam etdirirlər
amma səslərinin ən güclü çıxdığı zaman səhər saatlarıdır. Xoruz və quşların səhər gün
doğularkən ötmələri bioloji saatlarıyla nizamlanmışdır[
-
04-14-2010, 07:46 PM #2Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Dec 2009
- Yer
- Türkiye
- Mesajlar
- 2.269
Re: Bilirsinizmi ????
HaKKım heLaL,Sewqim haRam oLsun
-
04-14-2010, 07:52 PM #3Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2009
- Mesajlar
- 1.955
Re: Bilirsinizmi ????
tsk


-
04-15-2010, 11:44 AM #4Senior Member
- Üyelik tarihi
- Mar 2010
- Mesajlar
- 1.376
Re: Bilirsinizmi ????
bir shey de men elave edim,deyilene gore xoruzlar seher seher subh namazi vaxtinda goyden yere enen melekleri gorur ele ona gore de bashlayirlar banlamaga.
movzuya gore tsk

Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır
-
06-09-2010, 01:12 AM #5
Re: Bilirsinizmi ????

Nə üçün şəkil çəkdirən zaman bəzən gözlərimiz qırmızıdüşür?
Gecələr flaşla çəkilən fotoşəkillərdə ümumiyyətlə gözlər qırmızı düşür. Bəs fotoşəkildəki gözəlliyi pozan bu hadisə necə olur? Nə üçün həmişə olmur? Nə üçün gündüzlər flaşla çəkilən fotoşəkillərdə bu baş vermir?
Gözümüz iç içə keçmiş üç təbəqədən meydana gəlir. Çöldəki gözümüzü qoruyan və göz ağı da deyilən sərt təbəqədir. İkincisi qan damarlarından meydana gəlmiş və ortasında göz bəbəyinin olduğu damar təbəqədir. Bu damarlar sayəsində çox işıqda göz bəbəyimiz kiçilir, qaranlıqda isə daha çox işıq ala bilmək üçün böyüyür amma bu hərəkəti olduqca yavaş olur. Üçüncü təbəqə də retina adı verilən, işığa həssas damar şəbəkələrindən ibarət olan retinasıdır.
İt, pişik, maral, cüyür kimi hayvanlann gözlərinin arxasında, yəni retinalarında ayna kimi, əks etdirici xüsusi bir təbəqə vardır. Əgər qaranlıqda gözlərinə əl lampası və ya avtomobil farası kimi bir işıq yönələrsə, bu işıq gözlərinin içindən əks olunar və gözləri qaranlıqda parlayar. İnsanların gözlərinin retinasında isə belə bir əks etdirici təbəqə yoxdur.
Fotoaparatın flaşı çox qısa bir zamanda çox qüvvətli bir işıq verir. Göz bəbəyimiz isə bu qədər qısa zamanda kiçilməyə fürsət tapa bilmir. İşıq birbaşa retinaya çatır və oradan da birbaşa damarların görünüşü əks olunur. Bax flaşla çəkilən fotoşəkillərdə görülən bu qırmızılıq retina təbəqəsindəki damarların görünüşüdür.
İndi çox fotoaparatda gözün bu qırmızı görünüşünü azaldacaq tədbirlər görülmüşdür. Bu maşınlarda flaş iki dəfə yanır . Birinci flaş yanarkən şəkil çəkmir və göz bəbəyinin yığılmasına fürsət veririr. İkincisi də fotoşəkil çəkilərkən olur ki,bu zaman göz bəbəyi lazım olacaq yerdə olur.

İnək südü olmaz.!! Nəyə görə?
Bir yaşından əvvəl inək südü istifadəsi körpənin fiziki inkişafında ciddi problemlərə yol aça bilər. Ölkəmizdə isə körpələrin 44% inək südüylə bəslənir. Ana südünün körpə bəslənməsində əvvəlcə iştirak etməsi lazım olan qidadır. Ana südünün olmadığı ya da qeyri-kafi olduğu vəziyyətlərdə isə 1 yaşından əvvəl körpələrə inək südü qətiliklə verilməməlidir.
Körpələrə 1 yaşına qədər inək südü verilməsi sağlamlıq nüfuzları tərəfindən də təklif edilmir. Ana südünün olmadığı vəziyyətlərdə körpənin ehtiyac duyduğu vitamin və minerallarla təmin edilmiş qidalardan istifadə edilməlidir. Körpələrin ehtiyacı olan bütün vitamin və mineralları qarşılaya bilmək üçün inkişaf etdirilən südləri, körpələrin əskiksiz bəslənməsində əhəmiyyətli bir yerə malikdir. İnək südü ilə bəslənən körpələrdə; gündəlik ehtiyacı olan əhəmiyyətli minerallar (dəmir, yod, sink kimi) əskik qalır və böyümə və inkişaf geriliyinə səbəb olur.
Yenə 1 yaşından əvvəl inək südü istifadəsi; qəbizlik, dəmir əskikliyi nəticəsində qansızlıq, bağırsaq içi qanamalara və inkişaf geriliyinə yol aça bilir. Araşdırmalar inkişaf etməkdə olan ölkələrdə 5 yaş altı uşaq ölümlərinin 60% - nın səbəbinin əskik bəslənmə olduğunu və bu ölümlərin çoxunun ilk 1 il içərisindəki əskik bəslənməklə əlaqəli olduğunu ortaya qoyur. Əmizdirmə müddəti 6 ayın altında olan körpələrdə dəmir əskikliyinin çox olduğu daima müşahidə edilir.[
-
08-26-2010, 03:24 AM #6Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: Bilirsinizmi ????
Maraqli idi


LinkBack URL
About LinkBacks





Alıntı ile cevapla

Yer imleri