ujas
Rikki Martin homoseksual olduğu ilə qürur duyur...
Puertorikalı müğənni Rikki Martin “mavi” olduğunu elan edib. Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, bununla da o, seksual yönümü ilə bağlı şayiələrə son qoyub.
Müğənni rəsmi saytında yerləşdirdiyi bəyanatında homoseksuallığı ilə qürur duyduğunu bildirib: “Mənim bəxtim gətirib ki, olduğum kimi varam”.
Martin əlavə edib ki, son günlərə qədər seksual orientasiyasını gizlətməsinin bir səbəb olub – onu inandırırlarmış ki, həqiqətin açıqlanması onun karyerasına zərbə vura bilər.
Müğənni onu da qeyd edib ki, daxilində gizlətdiyi hissləri saxlamaq çox çətin olduğundan, həqiqəti ortaya qoymaq və bunun üçün memuarlar yazmaq qərarına gəlib.
Qeyd edək ki, Rikki Martinin 30 illik karyerası boyunca bütün dünyada 60 milyon diski satılıb. Onun karyerası 1980-ci illərdə “Menudo” qrupunda başlayıb. Martinin ən məşhur mahnısı isə 1999-cu ilin hiti olan “Livin La Vida Loca” sayılır. Bu mahnı dünyanın 20 ölkəsində hit-paradın zirvəsinə qalxıb.
38 yaşlı Rikki Martinin 2 oğlu var. Onlar 2008-ci ildə surroqat ananın köməyi ilə dünyaya gəliblər.
[
.:: Şeytan Ayrıntılarda Gizlidir ::.
ujas
ohaaa
[
Yer imleri