Əsas məzmuna keç
Sayfa 3/3 İlkİlk 123
22 sonuçtan 21 ile 22 arası

MARAQLI FAKTLAR

  1. #21
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Izahi olmayan tebiet hadiseleri

    Izahi olmayan tebiet hadiseleri

    HƏRƏKƏT EDƏN DAŞLAR:

    ABŞ-ın Kaliforniya ilə Nevada ştatlarının sərhədində olan Death Valley (Ölüm Vadisi), "hərəkət edən daşları" ilə illərdir elm adamlarının marağına səbəb olur. Günlərlə aparılan müşahidələrə baxmayaraq daşların necə yer dəyişdirməsi izah oluna bilmir.
    Bəzilərinin fikrincə külək, daşların qum üzərində sürüşmələrinə səbəb olur.
    Ancaq yüzlərlə kiloluq daşları hərəkət etdirəcək gücdə küləyin burada olmaması alimləri yenidən araşdırmalar aparmağa sövq edir. Həmçinin eyni nöqtədən hərəkət etməyə başlayan daşların necə olub da fərqli istiqamətlərə yönəldiklərini kimsə açıqlaya bilmir


    QARA GÜNƏŞ:


    Danimarkada hər yazda, günəşin batmasına təxminən yarım saat qalmış, milyonlarla quş bir yerə yığışıb, səmada inanılmaz şəkillər yaradaraq uçurlar.
    Mart ayından aprelin ortalarına qədər, hər axşam günün batmasına yarım saat qalmış bir yerə yığışan milyonlarla quşun hansı səbəbdən belə davrandığını elm adamları tam olaraq açıqlaya bilmir.



    DAYANMAYAN FIRTINA:

    Digər adıyla "Katatumba şimşəkləri" dünyada bənzəri olmayan bir təbiət hadisəsidir.
    Venesuelada Katatumba Çayı ilə Marakaibo Gölünün birləşdiyi yerdə havadakı buludların toqquşması nəticəsində şimşək fırtınası meydana gəlir. 5 kilometr yüksəklikdə baş verən bu nadir təbiət hadisəsi 140-160 gün müddətində, hər gecə 10 saata yaxın şimşəklərin çaxması ilə müşahidə edilir.
    Qeyd edək ki, inanılmaz "şimşək fırtınası" 400 kilometr məsafədən də izlənilə bilir. Uzaqdakı gəmilərin işinə yarayan bu şimşəklər onlara istiqaməti təyin etməkdə kömək edir.


    YANAN GÖY QURŞAĞI:

    Dünyanın hər yerində göy qurşaqları meydana gələ bilər. Amma ABŞ-ın İdaho ştatında (Vaşinqton yaxınlığında) yaranan göy qurşaqları bir başqadır.
    Görənləri həm təəccübləndirən, həm də ovsunlayan bu göy qurşaqları bildiyimiz göy qurşaqlarından çox fərqlidir. Dağılmış kimi görünən və bir alovu xatırladan bu göy qurşağını araşdıran elm adamları burada meydana gələn fenomeni açıqlamaqda çətinlik çəkirlər.


    QIRMIZI YAĞIŞLAR:

    2001-ci ildə, 25 iyuldan 23 sentyabra qədər Hindistanın Kerala bölgəsinə yağan hər yağış qırmızı rəngdə oldu.
    Bölgə xalqının ənənəvi olaraq geyindiyi ağ rəngdəki paltarlarda isə yağış qan qırmızısına yaxın bir rəngə çevrildi. Hindistan hökumətinin göstərişi ilə hadisənin səbəbləri araşdırılmağa başlanıldı.
    İlkin fərziyyələrə görə, Hind okeanında yaranan mikroskopik qırmızı yosunların buna səbəb ola biləcəyi açıqlandı. Ancaq 2006-cı ildə hadisələrlə əlaqədar araşdırmalarını davam etdirən Mahatma Qandi Universitetindən 2 alim Godfrey Luis və Santhosh Kumar belə nəticəyə gəldilər ki, bizim dünyadan xaric hüceyrələrin atmosferdə yaratdığı izotopik reaksiyornların buna səbəb olması məlum olub.


    MAMMATUS BULUDLARI:

    Meteorologiyada "mammatokumulus buludları" olaraq da tanınır. Buludların altında yumru çıxıntıların meydana gəlməsi insanların, o cümlədən alimlərin marağına səbəb olub. Çox geniş sahələri örtə bilən bu tip buludlar hərəkətsiz kimi görünsə də ekstrem hava şəraitinin yaranacağına işarə edir. Ancaq, alimlər buludların bu cür yaranmasına səbəb olacaq amillərin tapılmasına hələ də nail ola bilməyib.



    ŞEYTAN ALOVU:

    Ya da alov xortumları. Bir neçə metr yüksəkliyə qədər çata bilən alovlardan ibarət xortum bir neçə dəqiqə davam edir.
    Alimlərin fikrinə görə isti hava axınları nəticəsində meydana gəlir, ancaq buna hansı amillərin səbəb olduğu hələ də sual altındadır. Daha çox meşə və samanlıqda çıxan yanğınlarda meydana gəlir, amma çox nadir hallarda müşahidə etmək olur


    BUZ HALQALARI:


    Sibir kimi soyuq bölgələrdə yaranır. Bəzən səviyyəsi çox aşağı olan sularda da meydana gəlir.
    Alimlər bunun hansı şərtlərdə meydana gəldiklərini araşdırır.
    [

  2. #22
    Senior Member
    Üyelik tarihi
    Jun 2010
    Mesajlar
    594

    Re: MARAQLI FAKTLAR

    Maragli məlumatlarcun Təsəkkürlər!
    Heç daşin hərəkətli oldugu haqda eşitməmişdim möcüzədir lap.

Sayfa 3/3 İlkİlk 123

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.