5 sonuçtan 1 ile 5 arası

Maraqlı həbs səbəbləri

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Maraqlı həbs səbəbləri

    1. Bir amerikalı çox bahalı və nadir tapılan siqar alır. Onlar o qədər bahalı və nadir olur ki, o hətta onları sığorta da edir, eləcə də yanğından. Bir müddət sonra bu siqarları çəkib qurtaran bu şəxs sığorta şirkətinə müraciət edib, kompensasiya istəyir. Bildirir ki, sigarlar kiçik yanğın nəticəsində məhv olub. (yəni onları yandırıb çəkməyi nəzərdə tuturdu). Sığorta şirkəti təzminat ödəməkdən imtina edib. Amma məhkəməyə müraciət edən bu insan qələbə qazanıb və sığorta şirkəti ona 15000$ ödəməyə məcbur olub. Çünki yanğından sığorta bəndində sigarların hansı yanğından məhv olması bəndi qeyd olunmurdu. Yəni onları çəkərkən də yandırıb çəkib deyə bu da yanğın sayılıb. Lakin bu şəxs bu prosesi hec də sona kimi qazanmayıb. Ona 15000$ məbləğində çek varilən kimi o həbs edilib. Sığorta olunmuş obyekti qəsdən məhv etdiyinə görə. Cərimə 24 ay həbs və 24000$

    2. Detroiddə 2 nəfər oğru dükana daxil olurlar. Biri "Heç kim tərpənməsin, yoxsa vuracam deyir." Bu zaman digər oğru kassaya tərəf hərəkət etmək istəyir. Öz sözünə sadiq qalan həmkarı isə onu gülləylə vurur. Yaralını polislər ələ keçirir.

    3. Mağaza oğurluğunda təqsirləndirilən şəxs məhkəmədə öz vəkilini qovub, özü özünü müdafiə edəcəyini bildirir və bu onda doğurdan da yaxşı alınır. Bu zaman məhkəməyə həmin dükanın meneceri olan xanım şahid dəvət olunur və o, oğrunun bu şəxs olduğunu bildirir. Əsəblərini cilovlaya bilməyən təqsirləndirilən xanımın üstünə hücüm çəkib onu yalan danışmaqda günahlandlrlr. Lakin sözlərinə fikir verməyərək "Gərək onda mən sənin boş başını güllələyərdim" deyir. Və bundan sonra həbs edilir.

    4. Yüksək sürətə görə radara düşən ingilis, bir müddət sonra poçtla radara düşmüş avtomobilinin şəklini və 40 funt cərimə olunduğu barədə kvitnsiya alıb. Cəriməni ödəmək əvəzinə isə o, 40 funtun şəklini çəkib poçtla polisə yollayır. Cavabında isə daha bir şəkil alan bu şəxs dərhal cəriməni ödəyir. Çünki polisdən gələn bu şəkildə qandal şəkli çəkilmişdi.

    5. Bank oğurlamaq istəyən bir nəfər Bank of Amerikaya daxil olub, bu bankın blankına "Bu oğurluqdur, xəzinədəki pulları paketə qoyun." yazıb növbəyə dayanır. Lakin növbədə durmağa səbri çatmır və o, yaxınlıqdakı Fargo Bankına gedir. Burada növbə az olur. O, blankı operator qıza təqdim edir. Xanım isə belə bir oğrunun axmaq olduğunu anlayır və ona bildirir ki, bu blank Bank of Amerikaya aiddir. Onlar bunu qəbul edə bilməzlər. Ya bizim blanka yazın, ya da Bank of Amerikaya müraciət edin. Məyus olan oğru bankı tərk edir. Bundan sonra həmin xanım dərhal polisə zəng vurur və oğru, həbs edilir. Təsəvvür edirsiz harda? Bank of Amerikada növbədə!

    6. Bir xanım maşınının oğurlanması barədə polisə şikayət edir və bildirir ki, telefonu da maşında qalıb. Polis dərhal həmin nömrəni yığır və bu maşını elanda gördüyünü, almaq istədiyini bildirir. Oğurladığı maşına alıcı tapdığını düşünən oğru dərhal razılıq verir və görüş yerində həbs edilir.

    7. Mağaza oğurlayan şəxs pulları aldıqdan sonra piştaxtadakı viskiyə gözü düşür. Viskini də tələb edən oğru satıcıdan rədd cavabı alır. Səbəb kimi isə satıcı oğrunun azyaşlı olduğunu bildirir. Təngə gələn oğru öz sürücülük vəsiqəsini cığarıb satıcıya göstərir və viskini alır. Lakin tezliklə o həbs edilir. Çünki satıcı onun adını, soyadını və yaşadığı ünvanı polisə bildirir.
    [

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Maraqlı həbs səbəbləri

    movzularin yeddisi de maraglidi.amma 7-ci movzu gulmelidi.Ay ogru pullari ogurlamisan get deee.Viskini neynirdin bu arada

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Maraqlı həbs səbəbləri

    qadasi movzu acilib tekrar movzudur
    [

  4. #4
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Maraqlı həbs səbəbləri

    Tekrar igidin yarashigidi

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  5. #5
    Member
    Üyelik tarihi
    Aug 2009
    Mesajlar
    41

    Re: Maraqlı həbs səbəbləri

    salam her kese

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.