İraqda gözlərini itirən ingilis əsgər dili ilə görəcək. Bu xüsusi cihaz vasitəsilə mümkün olacaq. "Daily Mail"in məlumatına görə, Amerikada hazırlanan və İngiltərə Müdafiə Nazirliyinin dəstəyi ilə təcrübədən keçirilən cihaz kor olan insanların dillərinin üzərinə yerləşdiriləcək və onların cisimləri görməsi təmin ediləcək.
"BrainPort" adlı cihaz günəş eynəyində yerləşdirilən kameradan və dilə qoymaq üçün kiçik hissədən ibarətdir. Eynəkdəki kamera ilə əldə edilən görüntülər elektron siqnallara çevrilərək dilin üzərindəki cihaza ötürülür. Buradan isə siqnallar beyinə verilir və beyin bunları görüntüyə çevirərək istifadəçinin zehni ilə görməsini təmin edir. Hələlik təcrübə mərhələsində olan cihaz görüntüləri ağ-qara göstərir.
"BrainPort"un ilk istifadəçisi olan 24 yaşlı keçmiş əsgər cihazın köməyi ilə hətta bəzi yazıları belə oxuya bildiyini deyib.
Qeyd edək ki, cihazın dəyəri istifadə qaydaları öyrətmək daxil olmaqla, 18 min funt sterlinqdir (təqribən 23 min AZN).
Yer imleri