2 sonuçtan 1 ile 2 arası

“Quş və donuz qripi”ni “keçi qripi” əvəz edir

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Nov 2009
    Yer
    Naxçıvan
    Mesajlar
    546

    “Quş və donuz qripi”ni “keçi qripi” əvəz edir


    “Donuz qripi” adı ilə məşhurlaşan A/H1N1 virusu epidemiyası davam edir. Amma xəstəliyin yayılma sürəti azalıb. İndi isə onu yeni xəstəlik əvəz edib. Lent.az-ın “Die Presse”yə istinadən verdiyi məlumata görə, “quş və donuz qriplərindən” sonra indi də “keçi qripi” yayılmağa başlayıb.

    Qəzetlər xəstəliyin Hollandiyada yayılmağa başladığını bildirirlər. Xəstəlik hələlik ancaq heyvandan insana keçir. Avstriya qəzeti yazıb ki, artıq Hollandiyada bu xəstəliyə 2300 adam yoluxub və onlardan 6 nəfərə ölüb.

    Hollandiya hökuməti epidemiyanın miqyasından qorxaraq on minlərlə keçi və qoyunu məhv etməyi tələb edir. Hazırda epidemiya ölkənin şərq və cənub hissəsində yayılır. Ölkənin bu hissəsində ən azı 375 min keçi saxlanılır. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, epidemiya ölkədəki 350 fermadan 55-də qeydə alınıb.

    “Keçi qripi”nin simptomları digər qriplərdə olduğu kimidir: boğaz və baş ağrısı, burun axması, əzələlərin və oynaqların ağrısı, halsızlıq, yüksək hərarət. Xəstəlik müalicə olunmasa, pnevmoniya əlamətləri başlayır və xəstə ölə bilər.

    Mütəxəssislər bildirirlər ki, “keçi qripi”ni müasir antibiotiklərlə müalicə etmək olar. Bundan əlavə, təmiz və quru hava da xəstəliyin müalicəsinə kömək edir.
    Dısımda kahkaLardan bi Suuret... İcimde Kan agLayan bi VeLet

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: “Quş və donuz qripi”ni “keçi qripi” əvəz edir

    Caaan keci bala indi de sene sher atdilar?

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.