Əsas məzmuna keç
2 sonuçtan 1 ile 2 arası

Boşanma rekordu qıran məşhurlar

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Boşanma rekordu qıran məşhurlar

    Məşhurların şəxsi həyatları hər zaman diqqət mərkəzində olub.

    Onların ailə həyatı pərəstişkarlarını maraqlandırıb. Buna görə, maqazin mətbuatı da həmişə məşhurların ailə sirlərini tapmağa çalışıb.

    Müğənni Səda Sayan 6 dəfə nikah masasına oturub. Keçmiş həyat yoldaşları Rıdvan Kılınc, Sinan Engin, Soner Yapcacık, Tuncay Kıratlı, Gökhan Şükür olub. Səda sonuncu həyat yoldaşı Onur Şandan da boşanıb.


    Müğənni Sibel Can iki dəfə ailə qurub. Hakan Uraldan boşandıqdan sonra evləndiyi Sülhi Aksüt ilə də boşanmaq üzrədir.


    Müğənni Ebru Gündeş üç dəfə ərə gedib. Hamdi Vardar, Ömər Durakdan sonra azərbaycanlı iş adamı Rza Zərrabla üçüncü evliliyi hazırda davam edir.


    Bəstəkar Gönül Yazar - beş dəfə nikahda olub. O, Necdet Yazar, Bedii Çata, Özden Çelik, Ercan Akın, Sinan Birsel, Fahrettin Akçınar ilə evlilik həyatı yaşayıb.


    Esra Akkaya - beş dəfə evlənib. Keçmiş həyat yoldaşları Arda adlı bir həkim, Yetkin Dikinciler, Fırat adlı bir təhsil işçisi, Kudret Sabancı, Haldun Uyqural olub.


    Müğənni Sezən Aksu dörd dəfə nikahda olub. Həsən Yüksektepe, Engin Aksu, Sinan Özer, Əhməd Utlu keçmiş həyat yoldaşlarıdır.


    Hülya Avşar iki dəfə - Mehmet Tecirli, Kaya Çilingiroğlu ilə ailə qurub.

    Zuhal Olcay Selcuk Yöntem, Zafər Olcay, Haluk Bilginərlə nikah masasına oturub.

    Seren Serengil də üç dəfə ailə qurub. Ozan Kaçmaz və Çingiz İmrə keçmiş həyat yoldaşlarıdır. Hazırda evli olduğu Musa Aytun ilə də boşanma ərəfəsindədir.


    Yeşim Salkım beş dəfə evlənib. Mustafa İmre, Hakan Uzan, Arben İçli, İlker İnanoğlu ilə boşanıb. Hakan Eratiklə bağladığı beşinci nikah davam edir.


    Lisa Marie Presley üç dəfə evlənib boşanıb. Bir dəfə nişanlanıb. Bu aralar Maykl Lokvud ilə ailəlidir.

    Demi Mur iki dəfə gəlinlik geyinib. Bir dəfə nişanlanıb. Aşton Katçer isə üçüncü həyat yoldaşıdır.


    Pamela Anderson üç dəfə ailə qurub, bir dəfə nişanlanıb.


    Uma Turman Qary Oldman və Ethan Havk ilə nikaha girib, sonra da boşanıb.


    Con Collins dörd dəfə evlənib ayrılıb. Bir dəfə nişanlanıb. Hazırda beşinci yoldaşı ilə birgə yaşayır.

    Elizabet Teylor isə düz yeddi dəfə evlənib boşanıb.
    [

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Boşanma rekordu qıran məşhurlar

    Onlarda evlilik su icmek kimi bir sheydi

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.