2 sonuçtan 1 ile 2 arası

Göydən balıq da yağdı!

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Göydən balıq da yağdı!

    Avstraliyada çöllük ərazidə yaşayan insanlar şokdadırlarAvstraliyada çöllük ərazidə yerləşən və 650 nəfər sakini olan Lajamanu qəsəbəsində qəribə hadisə baş verib. Qəfil göy üzündən yerə balıq yağmağa başlayıb. Bir anda yüzlərlə balıq yerə düşüb. Balıqların əksəriyyəti canlı olub. Qəsəbə sakinləri evlərindən çıxaraq balıq yığmağa başlayıblar. Qəsəbə sakini Christine Balmer deyib ki, Avstraliyanın digər şəhərlərində yaşayan qohumlarına zəng açıb, göydən canlı balıqların düşdüyünü söyləsə də, onu dəli sayıblar. O, göydən timsah düşmədiyinə görə sevindiyini də bildirib. Metroloqlar isə bu olayın güclü hava burulğanı nəticəsində baş verdiyini bildiriblər. Çünki bu zaman okean və dəniz üzərində olan burulğan suyu canlılarla birlikdə havaya qaldırıb, quru üzərinə gətirə bilir. Bir müddət sonra isə burulğan zəifləyir və havaya qalxan su və canlılar yerə düşür.
    [

  2. #2
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Re: Göydən balıq da yağdı!

    beh, beh orada olmaq isterdim

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.