Türkiyənin Trabzon şəhərindəki Hüseyn Avni Aker stadionunda “Trabzonspor” və “İstanbul bələdiyyəspor” komandaları arasında oyundan əvvəl maraqlı hadisə baş verib. Oyunun başlamasına bir neçə dəqiqə qalmış qapalı tribunada iki gənc nişanlanıb.
“Trabzonspor”un tərəfdarı Mehmet Emin Akçan və sevgilisi Tuğçe Ferah tribunada nişan üzüklərini taxıblar. Mehmet tribunalarda şirniyyət da paylayıb.