2 sonuçtan 1 ile 2 arası

Qızlar .. Oğlanlar ..

  1. #1
    Junior Member
    Üyelik tarihi
    Sep 2009
    Mesajlar
    27

    Qızlar .. Oğlanlar ..

    Qızlar var ki ürəkdən sevərlər, qızlar da var ki ürəklərdə olmağı sevər.

    Qızlar var ki, işinin professionalıdır, qızlar da var ki, yalan danışmağın professionalı.

    Qızlar var ki, "HEÇ BİR QIZ OĞLANIN DİQQƏTİNİ HİSS ETMƏYƏCƏK QƏDƏR DƏLİ DEYİL,ONU BİRUZƏ VERMƏYƏCƏK

    QƏDƏR AĞILLIDIR" prinsipinə əsaslanaraq QIZLA OĞLANIN DOSTLUĞU MÜMKÜNDÜR deyərlər.

    Qızlar var ki,dəblə forslanarlar, qızlar da var ki,forslarından dəb yaradarlar.

    Qızlar var ki, "HEYİF QIZLAR ƏSGƏRLİYƏ GETMİR" desələr də adi qan şəkillərindən belə qorxarlar.

    Qızlar var ki, göz yaşları onlar üçün zəiflik əlaməti, qızlar da var ki, göz yaşları onların müdafiə silahıdır.

    Qızlar var ki, "PAXILLIĞIM TUTUR" ifadəsi əvəzinə, "MƏNƏ PAXILLIQ EDİRLƏR" ifadəsini işlədərlər.

    Qızlar var ki,onlar üçün digər qızın gözəlliyini qəbul etmək faciə, dilə gətirmək isə ölümə bərabərdir.

    Qızlar var ki,imtahanlarının nəticələri ilə fəxr edərlər, qızlar da var ki, onlara söz atan oğlanların sayı ilə.

    Oğlanlar var ki ,gözlərdəki gözəlliyi sevərlər,oğlanlar da varki gözəllikləri gözlərlə sevərlər.

    Oğlanlar var ki, günü-gündən artan hörməti, işi onu profesionallığıdır,oğlanlar da varki günü-gündən artan qızları, sevgililəri onun profesionallığıdır.

    Oğlanlar var ki, dostluğu dostunun pis günündə ona sahib çıxmağında görür, oğlanlarda var ki dostluğu dostunun cibində görür.

    Oğlanlar var ki, cəmiyyətdə qiymət verilmək üçün geyinir,oğlanlar var ki , cəmiyyətdə dəyər qazanmaq üçün geyinir.

    Oğlanlar var ki əsgərliyi hər gecə yatacağı kazarmada təsəvvür edir, oğlanlar da var ki , əsgərliyi Bodrumda təsəvvür edir.

    Oğlanlar var ki, göz yaşı onlar üçün ölüm, oğlanlarda varki gözyaşı onlar üçün çıxış yoludur.

    Oğlanlar var k, paxıllıq sözünü hələdə kiminsə maşınında, telefonunda axtarır, oğlanlar da var ki , paxıllığı əldə edə bilmədiyi savadın və itirdiyi vaxtında görür.

    Oğlanlar varki, gözəllikləri ilə qızların qəlbini fəth etmək istər, oğlanlar da varki ,bir qızın qəlbinə sahib çıxmağı gözəllik bilər.

    Oğlanlar var ki, ins-tut oxuyub ali savad qazanır,amma ona qoyulan hörmət elə eynidir,oğlanlar da var ki ,məktəbi bitirib fəhlə işləyir amma onun hörməti günü gündən artır.

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    1.955

    Re: Qızlar ..Oğlanlar ..

    hmm maraxlidi tsk

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.