1.Mənim Allaha və qiyamət gününə inamım o dərəcədədir ki,Allahla bəndə arasındakı hicab (pərdə) götürülsə inamımda zərrə qədər dəyişiklik olmaz.(Yəni Allahı və qiyaməti neçə düşünürdümsə,pərdənin ardından da elə o cür görünəcək.)

2.İnsanlar bu dünyada yatmışdırlar.Öldükləri zaman hər şeydən xəbərdar olurlar.

3. Yalan olan yerdə məhəbbət olmaz.

4.Öz qədrini bilən hər bir kimsəyə ölüm qorxulu deyil.

5.Hər bir insanın qiyməti onun etdiyi yaxşılıqlarla ölçülür.

6.Özünü tanıyan hər bir şəxs Allahını da tanıyar.

7.Hər bir adam öz dilinin arxasında gizlənir.

8.Dili şirin olan kimsənin qardaşları çox olar.

9.Yaxşılıqla azad adamları da qul etmək olar.

10.Paxılın malına bir hadisə üz verməsi və ya vərəsəyə yetişməyə tarac olmasını müjdə ver.

11.Danışanın özünə yox,sözünə daha çox diqqət et.

12.Bəla vaxtı qorxuya düşmək möhnti artırır və insanı savabdan məhrum edir.

13.Zülümlə qələbə əldə etmək olmaz.

14.Təkəbbürlü adamı heç kəs tərif etməz.

15.Simicliklə ehsan bir yerə sığmır.Yəni paxıl kimsə ehsan edə bilməz.

16.Bədənin sağlamlığını çox yeməklə deyil.

17.Əxlaqsız adamın şərəfi olmaz.

18.Tamahkar adam haramdan əl çəkməz.

19.Paxıl adamın rahatlığı olmaz.

20. İnsanların öz ata-babalarından zamanələrinə daha artıq oxşarlıqları var