3 sonuçtan 1 ile 3 arası

Bizim ölkədə əsgər olmaq...

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Bizim ölkədə əsgər olmaq...

    Əsgər - ən kiçik hərbi rütbədir.
    Əsgər sözü latınca, exercitus - ordu sözündən yaranmışdır və bütün türkdilli xalqlarda eyni ilə işlənir.Əsgər deyəndə ilk ağlımıza gələn nədir?Ümumiyyətlə bizim ölkədə əsgər olmaq,vətənin keşiyində durmaq nə dərəcədə vacibdir?Əsgər əslində bir ölkənin gücünü göstərən insanlardan biridir.Hər kəs əsl əsgər ola bilmir.Əsl əsgər olmaq özündən əvvəl vətənini düşünmək,yeri gəldiyində isə canından keçməyə hazır olmaqdır.Hal -hazırda neçə oğlanlarımız buna hazırdırlar?Hərbi xidmətdə olmaq artıq vətən borcumu ödəmişəm demək deyil.Çünki yetkinlik yaşına çatmış bütün əsgərlər hərbi xidmətə çağrılır.Bəziləri könüllü iştirak etsədə bir çoxu məcburiyyət qarşısında qalaraq hərbi xidmətə yola düşür.Ancaq əsgərlərimdə həvəsin ölməsinə səbəb nədir?Nə üçün əsgərlikdən yayınmaq istəyən gənclərin sayı çoxdur?Bəzi yerlərimiz var ki,həqiqətəndə əsgərlər üçün şərait olduqca çətindir.Əgər hərbi xidmətə yollandığın zaman sənin vətənin keşiyində durduğun kimi sənə qayğı göstərilməsə çətin ki,əsgər öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirsin.
    Əsgərlik bir zaman sözün əsl mənasında kişilik məktəbi idi bəs indi?əsgər getmiş ancaq vətənin keşiyində durmayan saysız sayda əsgələrimiz var.Onlarla əsl əsgərlik edən gənclərimizə eyni adı vermək nə dərəcədə ədalətli olardı?Əsgərlik yetkinlik yaşına çatmış bütün oğlanlarımıza kişilik dərsindən əvvəl həyat dərsi verir.Tək olduğun zaman artıq nəyin düz nəyin səhv olduğunu fikirləşib tapmaq çətin olmur.Hər şeyi özün edirsən.Beləliklədə itirdiklərinin,incitdiklərinin dəyərini anlayırsan.Əsgər var əsgərliyə gününü keçirmək üçün gedir əsgərdə var vətəni üçün canından belə keçmək üçün əsgərliyə gedir.Vətən yolunda şəhid olan heç bir oğullarımız ölmür.Ancaq nə dərəcədə dəyər verilir?O qədər vətən yolunda oğullarımızı itirmişik.Onlar vətəni qarşılıqsız olaraq seviblər.Onlar bizim üçün,gələcəyimiz üçün canlarından,yaxınlarından,gələcəklərindən keçiblər.

    ƏSGƏRLƏRİMİZ
    Həyatını verdi bizim üçün
    Canını verdi bizim üçün
    Vətənini verməmək üçün
    Sözüm bəzi oğullarımızadır:Gəlin əsgər adını ləkələməyək.

    Əsgər sözü sizin üçün nə məna kəsb edir?Əsgər getmək nə dərəcə vacibdir?
    Bu sualım isə əgəlikdə olmuş oğlanlaradır:Sizi ikinci dəfə hərbi xidmətə çağırsaydılar cavabınız nə olardı?Razılaşardınız yoxsa etiraz edərdiniz?

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Dec 2006
    Yer
    Baki
    Mesajlar
    1.089

    Re: Bizim ölkədə əsgər olmaq...

    qiz olsamda,fikrimi bildirmek istedim.hemise arzulayirdimki,kaski qizlarada herbiolardi,mende gederdim deye. qardasim gecen il qayitdi esgerlikden.esgerliq giragdan gorunduyu kimi deyildir,o esgerlerin elinde deyil,gerek dovlet o sistemi ele quraki hami gede,qacib gizlenmeye,hamisini demirem,ama cox herbi castlarda nece esgerimiz xestelik tapip gelir.rusvetle,yaltagligla,xestelik agriyla.yalanciliqla.. bele esgerlikmi olar? esgerlik ksiilik mektebidir deyirler.onu kisi kimi idare etmekde onlarin borcudur.bizde uzde,tvide ele gosterirlerki snaki hersey qayda qanunladi,kimi aldadiriqki?
    gulumse bir az gulsun gozlerin,gulumse bir az getsin kederin.

  3. #3
    Senior Member owen20 - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Yer
    baki
    Mesajlar
    315

    Re: Bizim ölkədə əsgər olmaq...

    movzu gozeldi bu msji yeke qarin toppush reislerin ushaqlari oxusun esgerlik her bir azerbaycan vetandashinin borcudu en azindan elinize silah deysin.men fexr edirem ki 365 gun fizuli rayonu en sayli herbi hissesinda qulluq etdim.hemde hec yorulmadan
    calishin ki,sevilesiniz.....

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.