6 sonuçtan 1 ile 6 arası

Hikmətli Sözlər

  1. #1
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Hikmətli Sözlər

    • Amal uğrunda ölmək-əbədi yaşamaqdır.

    Ş. M. Xiyabani

    ***

    • Bir mərd ilə ağı yesən şirindir
    • Yüz namərdlə şəkər yesən dad olmaz.

    Aşıq Ələsgər

    ***

    • Döyüş meydanında can versə insan
    • Xoşdur, namərdliklə qoyub qaçmaqdan.

    Sədi

    ***

    • Ölümdən qorxmayan millətə ölüm yoxdur.

    Ş.M.Xiyabani

    ***

    • Vəfasız dost kölgə kimidir. İşıqlı gündə səni izləyər, buludlu gündə gözdən itər.

    M. Beyləqani

    ***

    • Çox gözəl olsa da eybi gizlətmək
    • Dost dostun eybini örtməsin gərək.

    Nizami

    ***
    • Bacarsan hamının yükünü sən çək
    • İnsana ən böyük şərəfdir əmək.
    • Sən də əldən düşüb yorulsan əgər
    • Sənin də yükünü bütün el çəkər.

    Nizami

    ***
    • Bir İnci saflığı varsada suda
    • Artıq içiləndə dərd verir suda.

    Nizami
    ***

    Sonsuzluq dərinlik varsa dəryada
    Arxların suyundan yaranmış o da,
    Başında buludlar oynayan hər dağ
    Torpaq zərrəsindən yaranmış ancaq.

    Nizami
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  2. #2
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: HİKMƏTLİ SÖZLƏR

    ANA

    1.Cənnət anaların ayaqları altındadır(Hadis-i Şerif)
    2.Qadınlar zəifdir amma analar qüvvətlidir. (Victor Hugo)
    3.Anaları islərine qarışmağı davam etdikcə,heç kim yaşlı deyil..(E.Paul Hovey)

    ATA

    1.Insan atasına borclu olmağını ancaq özü ata olduqdan sonra bilər. (Goethe)
    2.Bir ata yüz müəllimə bərabərdir.. (George Herbert)
    3.Ata olandan sonra görə biləcəysiniz ki, öz xoşbextliyinizden çox ,uşağınızın xoşbəxtliyi ilə xoşbəxt ola biləcəksiniz.(Balzac)
    4.Yaxşıların ən yaxşısı insan atasının dostlarına yaxşılıq etməkdir..(Hadis-i Şerif)

    DOST

    1.Dostluğu isbat edənə qədər heç kim gərçək dost deyil. (Beaumont Fletcher)
    2.Dostluq hər zaman kölgə verən bir ağacdır(Calvin Coleridge)
    3.Insan dostu ilə ölçülür. (Hz.Ali r.a.)
    4.Insan dostunun dini və ehlaqı üzərindədir. (Hadis-i Şerif)
    5.Günahlarınızı sizə deyə biləcək dost tapın. (Nicolas Boileau)
    6.Günahsız dost tapmaq,dost edilməyi istəməmək deməkdir. (De Sacy)
    7.Ana və atamızı taleh,dostumuzu isə özümüz seçirik. (Jacgues Delille)

    Qiybət

    1.Qiybət çirkin ruhlu insanların əyləncəsidir.. (Corneille)
    2.Bəziniz bəzinizin qiybətini etməsin ,hansı biriniz ölü dostunuzun ətini yeməkdən xoşunuz gələr? (Hucurat Suresi 12)
    3.Başqalarının sizin haqda qiybət etmələrindən pis olmayın,bəlaları özlərinin xəbəri olmadan sizə yaxşılıq etmiş olurlar.. (Ata-el)
    4.Qiybət edən və dinləyən günahda ortaqdılar.. (Hadis-i Şerif)
    5. üç insanın qiybəti olmaz:bunlar:nəfsinin arzularına uyanlar,fiskini ilan edənlər,zalim hökümdarlar. (Hasan-ı Basri)

    SEVGI

    1.Sevginin gözü kordur.. (S.A.Propertius)
    2.Sevgi iki olarkən bir olmaq deməkdir. (Victor Hugo)
    3.Sevgi utanma və çəkinmənin yanında vardır. (Montaigne)
    4. ən davamlı sevgi,qarşılıq gözləmədən duyanlardır. (W.Somerset Maugham)
    5.Sevgi gözlə deyil ruhla görülür. (William Shakespeare)

    QADINLAR

    1.Qadınlar gül kimidir, bir dəfə açılandan sonra yarpaqları tökülməyə başlar. (Shakespeare)
    2.Qadin saçı uzun ağlı isə qısa bir varlıqdır. (Schopenhauer)
    3.Qadin dəniz kimidir,heç güvənmək olmaz . (Tevfik Fikret)
    4.Havanı gəldiyi,rüzgarı eşitdiyi.qadını da olduğu kimi qə’bul edin.. (Alfred de Musset)
    5.Qadınlar qədər intiqam almaqdan zövq alan yoxdur. (Juvenal)
    6.Qadınların ən səhv nöqtələri kişilərə oxşamaq istəməkləridir. (De Maistre)
    7.Arvad alacağın qadını gözünlə seçmə,qulağınla seç . (Thomas Fuller)

    Gülmək

    1.Gözəl bir gülüş qaranlıq evə girən günəş işığına bənzər. (Tolstoy)
    2.Hərkəsin sizi sevməsini istəyirsinizsə,gülümsəyin. (Dale Carnegie)
    3.Gülərək üsyan edən,ağlayaraq cəhənnəmdə yanır. (İbn-i Abbas)
    4.Agər mənim bildiyimi siz bilsəydiniz,az gülər, çox ağlardınız. (Hadis-i Şerif)

    Şükür:

    1.Mənə şükür edin,amma mənə nankorluq etməyin. (Bakara Suresi 152)
    2.Biz sükür edənləri mükafatlandıracayiq. (Al-i İmran Suresi 145)
    3.Allahın ne’mətlərindən bəhs etmək şükür, şükür etməmək nankorluqdur.Aza şükür etməyən çoxa da etməz
    4.Insanlara şükür etməyən,Allahada şükür etməz. (Hadis-i Şerif)
    5. Şükür ne'məti deyil,ne'məti verəni görməktir. (Şibli)
    6. Şükür Haqqın quluna verdiyini, Onun yolunda kullanmaktir(Abdülhakim Arvasi)

    ölüm

    1. ölümü istəmək gözəl deyil, ölümə hazır olmaq gözəldir(Mehmet Feyiz Efendi)
    2. üç şey ölümün dalınca qəbrə gedər,bunlar;ailəsi,malı və əməlleridir.bunlardan ikisi dönər biri isə qalar.Dönənlər:ailəsi və malı.Qalanlar: əməlləri. (Hadis-i Şerif)
    3. ölümün bizi harda gözləməyi bəlli deyil,gəlin biz onu hər yerdə gözləyək. (Montaigne)
    4.Ayaqda ölmək,dizüstü yaşamaqdan yaxşıdır. (Tactius)
    5. ölənin qiyaməti qopmuşdur. (Hadis-i Şerif)
    6.Insanlar yuxudadıröldükləri vaxt ayılırlar. (Hadis-i Şerif)
    7. ölüm çoxdandır,amma hamıya yeni görünür. (Turgenyev)
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  3. #3
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: HİKMƏTLİ SÖZLƏR

    Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun. Elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin.

    Ə. H. Bəhmənyar

    ***

    • Bədii əsərin ömrü onun xalq tərəfindən bəyənilməsindən asılıdır.

    S. Vurğun

    ***

    • Kişi bir sənəti bilər xalis
    • Çoxuna meyl edən qalar naqis

    Seyid Əzim

    ***

    • Yaxşı kitab çox qiymətli xəzinədir.

    H. Zərdabi

    ***

    • Axmaqlarla oturub-durmaqdansa, kitabla tənha oturmaq yaxşıdır.

    Q. Zakir

    ***

    • Bilik öyrənməyi ar bilən hər kəs
    • Dünyada mərifət qazana bilməz.

    Nizami

    ***

    • Bir elm öyrənmək istədikdə sən

    • Çalış ki, hər şeyi kamil biləsən
    • Kamil bir palançı olsa da insan
    • Yaxşıdır yarımçıq papaqçılıqdan.

    Nizami

    ***

    • Dünyada nə qədər kitab var belə
    • Çalışıb əlləşib gətirdim ələ
    • Oxudum, oxudum, sonra da vardım
    • Hər gizli xəznədən bir dürr çıxardım.

    Nizami

    ***

    • Elmi bələkdən qəbrədək öyrənmək lazımdır.

    Sədi

    ***

    • Oxuduğuna əməl etməyən alim məşəl gəzdirən kora bənzər.

    Sədi

    ***

    • Bu günü daha yaxşı görmək üçün keçmişi bilməliyik.

    Ömər Xəyyam

    ***

    • Yarat bir əsər ki, adın ucalsın
    • Sən ölüb gedərkən yerində qalsın

    Ə. Cami

    ***

    • Lazım olan bir sənəti axtar sən
    • Veyil-veyil dolanmaq çox yamandır.
    • Lazım olan bir sənəti tapdınmı
    • Möhkəm yapış, əldən vermə, amandır.

    Ə. Cami

    ***

    • Hər millətin tərəqqisi və fəaliyyətinin başlıca amili elm və əxlaqdır.

    A. Şaiq

    ***

    • Müdrik şəxs vəzifəli adamlara möhtac olmaya bilər. Amma vəzifəli şəxslər müdrik adama möhtacdırlar.

    M.Ş.Vazeh

    ***

    • İnsan qılıncının kəskinliyi ilə qəhrəman ola bilməz, ağlın kəskin olması lazımdır.

    M. S. Ordubadi

    ***

    • Sözün də su kimi lətafəti var
    • Hər sözü az desən daha xoş olar
    • Bir inci saflığı varsa da suda
    • Artıq içiləndə dərd verir su da.

    Nizami

    ***

    • Ədəb sayılsa da məclisdə susmaq
    • Məsləhət zamanı danışmaq gərək
    • İki şey ağıla nöqsan sayılır
    •Yersiz susmaq ilə yersiz söz demək

    Sədi

    ***

    • Gil qabın möhkəmliyini səsi ilə yoxlayan kimi, insanı da ağzından çıxan söz ilə yoxlayırlar.

    Əbül Fərəc

    ***

    • Elə cinayət var ki, bağışlanmır, bu vətənə xəyanətdir.

    Ə. H. Bəhmənyar

    ***

    • Vətənin sevməyən insan olmaz
    • Olsa, o şəxsdə vicdan olmaz.

    A. Səhhət

    ***

    • Bir yoxsul qürbətdə şah olsa əgər
    • Hər axşam o vətən deyib ah çəkər.

    Əssar Təbrizi

    ***

    • Milli qüsurlara görə millətə nifrət edən alçaqdır.

    Y. V. Çəmənzəminli

    ***

    • Amal uğrunda ölmək-əbədi yaşamaqdır.

    Ş. M. Xiyabani

    ***

    • Bir mərd ilə ağı yesən şirindir
    • Yüz namərdlə şəkər yesən dad olmaz.

    Aşıq Ələsgər

    ***

    • Döyüş meydanında can versə insan
    • Xoşdur, namərdliklə qoyub qaçmaqdan.

    Sədi

    ***

    • Ölümdən qorxmayan millətə ölüm yoxdur.

    Ş.M.Xiyabani

    ***

    • Vəfasız dost kölgə kimidir. İşıqlı gündə səni izləyər, buludlu gündə gözdən itər.

    M. Beyləqani

    ***

    • Çox gözəl olsa da eybi gizlətmək
    • Dost dostun eybini örtməsin gərək.

    Nizami

    ***

    • Bacarsan hamının yükünü sən çək
    • İnsana ən böyük şərəfdir əmək.
    • Sən də əldən düşüb yorulsan əgər
    • Sənin də yükünü bütün el çəkər.

    Nizami

    ***

    • Kim ana qəlbinin telini qırar
    • Tanrının qəzəbi belini qırar.
    • Sənin arsızlığın-xəyanət ona Vüqarın, təmkinin dəyanət ona.

    M. Bahar

    ***

    • Adın şərəflidir sənin ey qadın
    • Dahilər anası çağrılır adın.

    S. Vurğun

    ***

    • Qadına əsas şey həya, ismətdir
    • Bunlar qadın üçün böyük sərvətdir.

    M. Əvhədi

    ***

    • Bir ürəkdə olmaz iki sevgili
    • İki ürəklinin düz olmaz dili.

    Nizami

    ***

    • Məhəbbət odur ki, odu sönməsin
    • İnsan yaşadıqca üzü dönməsin

    Nizami

    ***

    • Xəstəlik törədən amilləri sən
    • Çalış ki, özündən kənar edəsən
    • Uzaq ol dərmandan, acmamış yemə
    • Doymamış əlini götür süfrədən.

    Ə. Cami
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  4. #4
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: HİKMƏTLİ SÖZLƏR

    1. Sevgi tikanlı kollarda doğular, arzuların himayəsi ilə böyüyər, hörmətlə yaşamağa davam edər və qısqanclığın zəhəri ilə ölər (Calderon)
    2. Bizi fəlakətə aparan şeylər bildiyimizi sandığımız şeylərdir (S.Johnson)
    3. Almaz yonulmasa, insan yanılmasa mükəmməlləşməz (Konfusi)
    4. Paylaşılan sevinc 2 dəfə artar, paylaşılan dərd yarıya enər (Alman atalar sözü)
    5. Hamı bir şəkildə doğular amma hərə bir şəkildə ölər (Yuqoslaviya atalar sözü)
    6. Başqalarını tanıya bilən savadlı, özünü tanıya bilən isə ağıllıdır (Lao Tzu)
    7. Başqalarını tez-tez bağışla, amma özünü əsla! (Syprus)
    8. Hər zaman inamsızlıq göstərmək, hər zaman inanmaq kimi yanlışdır (Goethe)
    9. ədalət topaldır. Ağır-ağır yeiyər, amma gedəcəyəi yerə gec-tez çatar (Mirabean)
    10. "Bitdi" deyə üzülmə, "yaşadım" deyə sevin! (Gabriel Garcia Marguez)
    11. Heç kim görəmək istəmədiyi qədər kor deyil (Ibn Sina)
    12. Qədəh içində, dənizdə boğulanlardan daha çox insan boğular (Alman atalar sözü)
    13. Sərvətin batırdığı insan kütləsi, xilas etdiyindən daha çoxdur (Namelum)
    14. Sən nəyə hazırsansa, o da sənə hazırdır (Marc Victor Hensen)
    15. Heç kim keçmişini satın alacaq qədər zəngin deyil (Oscar Wilde)
    16. Oyun bitəndə şah da, piyada da eyni qutuya yığılır (İtaliyan atalar sözü)
    17. Düşməninizin nədən qorxduğunu bilmək üçün, onun sizi nə ilə qorxutduğuna baxın (Eric Hoffer)
    18. Bir insanı tanımaq üçün başqalarının onun haqqında dediklərinə yox, onun başqaları haqqında dediklərinə bax (Leo Alkman)
    19. Heyatın ən böyük faciəsi tez qocalmaq deyil, gec ağıllanmaqdır (Benjamin Franklin)
    20. Həqiqətə ancaq 1 yoldan gedilər, amma səni o yoldan uzaqlaşdıran minlərcə yol var (La Bruyere
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  5. #5
    Senior Member
    Üyelik tarihi
    Dec 2006
    Yer
    Baki
    Mesajlar
    1.089

    Re: Hikmətli Sözlər

    cox gozel sozlerdi,onu anlayib,basa dusmek emel etmekse artiq bize qalib.
    gulumse bir az gulsun gozlerin,gulumse bir az getsin kederin.

  6. #6
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Hikmətli Sözlər

    Emeye qiymet cox sag ol

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.