Allah sonsuz ədalət sahibidir

İnsan həyatı boyu bir çox insanın ədalətsiz davranışına şahid olur. Kimi ticarətində, kimi şahidliyində, kimi də bir söhbət haqqında qərar verərkən adil davranmır, öz mənafeyini qoruyur və ya ədalətli davranmağı ağlına gətirmir. Ədalət bir insanın ali əxlaq sahibi, dürüst və səmimi olduğunun ən mühüm göstəricilərindən biridir. Cəmiyyətdə öz mənafelərinə ziyan dəyməsini belə dərk edərək adil və haqlı davranan insanlara qarşı sevgi və hörmət hiss edilir. Cəmiyyət içində bu cəhətləri ilə tanınan insanlar fərqli dünyagörüşünə malik olsalar da hörmət görürlər, hətta qəhrəman elan edilirlər.

Allah isə sonsuz ədalət sahibidir. Allah hər hökmünü ədalətlə verir. Bütün insanlar tarix boyu Allah yanında layiq olduqları əvəzi almışlar və bundan sonra da mütləq mütləq alacaqlar. Hər insan Allah yanında etdiklərinin tam əvəzini tapacaq. Allah ədalətinin axtirət günündə necə qüsursuz bir tərzdə təzahür edəcəyini ayələrində belə bildirir:

«Bir gün bütün insanları öz imamları ilə birlikdə çağıracağıq. Əməl dəftərləri sağ əllərinə verilənlər onu oxuyar şad olarlar. Onlara tük qədər haqsızlıq edilməz» («İsra» surəsi, 71).

«De: «Rəbbimiz bizi toplayacaq və aramızda ədalətlə hökm edəcəkdir. Ədalətlə hökm edən, bilən ancaq Odur!»« («Səba» surəsi, 26).

Allahın ədalətinə əmin olmaq isə insanın Allaha məhdudiyyətsiz bir sevgi və etibarla təslim olmasına vasitə olur. Belə bir insan hansı hadisə ilə qarşılaşarsa-qarşılaşsın, Allahın ədalətinin daima təzahür edəcəyindən əmin olaraq, Rəbbimizin onun üçün yaratdığı hər hadisəni sevinclə qarşılayar.
(harun yahya Allah ağılla bilinir)