Həqiqi Sevgi Quran Əxlaqı İlə Birlikdə Yaşanar

Allaha qəlbən bağlanan və Allahı çox sevən insan Onun yaratdığı bütün gözəlliklərə qarşı qəlbində sevgi hiss edir. Çiçək, kəpənək, quş, pişik və ya gözəl mənzərə belə bir insanın içində böyük həyəcan oyadır. Eyni şəkildə gözəl xasiyyətli, gözəl sifətli insan da ürəkdə səmimi heyranlıq doğurur. Çünki insanın bütün bu gördükləri Allahın təzahürləridir. Allaha olan səmimi sevgi, Onun sonsuz gözəlliyinin, sənətinin, ağlının və gücünün təzahür etdiyi hər şeyə qarşı insan ruhunda təbii sevgi və məhəbbət meydana gətirir. Bu səbəblə Allaha ürəkdən bağlanan insanlar həqiqi sevgini yaşaya bilən yeganə adamlardır.

Quran əxlaqı isə həqiqi sevginin təməlini əmələ gətirir. Bir nəfəri əxlaqı ilə, insanlığı ilə və malik olduğu bütün xüsusiyyətləri ilə dərin sevgi ilə sevmək ancaq insanın Qurana itaət etməsi ilə mümkün olur. Çünki Qurana itaət edən insan Allahın bəyəndiyi əxlaqı yaşamaqla, bir çox seviləcək gözəl xüsusiyyət qazanmış olur. Allahın «Allah doğru yolda olanların doğruluğunu artırar. Əbədi qalan yaxşı işlər isə Rəbbinin yanında savab etibarilə daha xeyirli, nəticə etibarilə daha yaxşıdır!» («Məryəm» surəsi, 76) hökmünü bilərək bütün bu gözəl əxlaq xüsusiyyətlərində bir ömür boyunca səbr və qərarlılıq göstərir; vəfa, sədaqət, hörmət, sevgi, təvazökarlıq, fədakarlıq, dürüstlük, mərhəmət, mülayimlik, cəsarət, qərarlı olmaq kimi xüsusiyyətlər ancaq Allah qorxusunun və Quran əxlaqının yaşanması ilə əbədilik qazana bilər. Bu əbədilik möminin sevgidə də bir ömür boyunca səbirli və qərarlı olmasını təmin edər. Sevginin təməli iman Allah qorxusu və Quran əxlaqına əsaslandığı və Allah rizası üçün sevdiyinə görə möminin sevgisi çox güclü və dərin olur. İman edənlərə yaşadığı dostluğun axirətdə sonsuza qədər davam edəcəyini bilməsi də sevgini güclü və daimi edən başqa bir səbəbdir.

Qurana itaət edən bir insanın yaşadığı bu yüksək əxlaq onu həm Allah yanında, həm də möminlərin gözündə çox dəyərli bir varlığa çevirər. Qurana tabe olan, təqva sahibi olan bir möminin hər şeydən öncə Allahın sevgisini və rizasını qazanacağını umar. Allah sevdiyi bəndəsini digər möminlərə də sevdirir, ona bir nur, gözəllik verir və insanların qəlblərini isindirən xüsusiyyətlər qazandırır.

Quran əxlaqını yaşamayan insanların yanlış sevgi anlayışı

Quran əxlaqından uzaq olan bir həyat yaşayan insanlar, bir çox mövzuda olduğu kimi, sevgi mövzusunda da yanlış bir anlayışa malikdirlər. Bu kimsələr hər nə qədər öz aralarında sevgini və hörməti yaşadıqlarını düşünsələr də, əslində bunlar yanlış təməllər üzərində qurulmuş olan əlaqələrdir.

Aşağıda Quran əxlaqını yaşamayan insanların bəzilərinin sevgilərini əsaslandırdıqları dəyərlər araşdırılır.
(harun yahya Allah ağılla bilinir)