Hz.İbrahimə gələn elçilər



Allahın Hz.İbrahimə verdiyi ən böyük nemətlərindən biri onu mələkləri ilə dəstəkləməsidir. Rəbbimizin Quranda xəbər verdiyinə görə, Hz.İbrahimə insan surətində gələn mələk elçilər onun evində qonaq olmuşdular:

"İbrahimin möhtərəm qonaqlarının söhbəti sənə gəlib çatdımı? Onlar yanına gəlib salam verdikdə salamı alıb: "Bunlar tanımadığın kimsələrdir!" - dedi" ("Zariyat" surəsi, 24-25).

"Həqiqətən, elçilərimiz İbrahimin yanına müjdə ilə gəlib: "Salam!" - dedilər. İbrahim də: "Salam!" - deyə cavab verdi və dərhal qızarmış bir buzov gətirdi" ("Hud" surəsi, 69).

Göründüyü kimi, Hz.İbrahim gələn qonaqların fərqli adamlar olduğunu dərhal başa düşmüşdür. Cavabında heç tanımadığı bu qonaqlara çox üstün bir qonaqpərvərlik nümunəsi göstərmiş, dərhal çox gözəl hədiyyə etmişdir. Hz.İbrahimin tanımadığı qonaqlarına dərhal hədiyyə etməsi onun üstün əxlaqının daha bir təzahürüdür. Hədiyyə etməyin qonaqlardan bir tələb gəlməmiş edilməsi müsəlmanların nümunə almalalı olduğu incə düşüncə xüsusiyyətlərindən biridir. Hz.İbrahimin göstərdiyi incə düşüncə nümunələrindən digəri də bu hədiyyəni hiss etdirmədən hazırlamasıdır:

"O ailəsinin yanına getdi və bir buzov gətirdi. Onu qabaqlarına qoyub: "Bəlkə, yeyəsiniz!" - dedi" ("Zariyat" surəsi, 26-27).

Hz.İbrahim qonaqlarından ac olub-olmadıqlarını soruşmamış, yemək hazırladığını belə onlara hiss etdirməmişdi. Çünki insanın evinə gələn bir qonaq yeməyə ehtiyacı olduğunu deməkdən utana və izzəti-nəfsi ucbatından bunu dilə gətirməyə bilər. Hz.İbrahimin yeməyi sezdirmədən hazırlatması qonaqlara göstərilən hörmətin və qayğının bir nümunəsidir.

Hz.İbrahim qonaqlarına "kök, qızardılmış bir buzovu" hədiyyə etmişdi. Bu da verilən yeməyin son dərəcə ləzzətli və gözəl olduğunu göstərir. Onlara ən ləzzətli, ən təzə və ən dadlı yeməklərdən birini hazırlamışdır. Hz.İbrahimin hədiyyə edərkən "yeməzmisiniz" deyə soruşması da yenə Allahın bütün inananlara nümunə göndərdiyi bu xoşbəxt elçisinin üstün əxlaqının və incə düşüncəli davranışının çox gözəl nümunələrindən biridir.
(harun yahya Hz.İbrahim və hz.lut)