Hz.İBRAHİMİN GÖZƏL ƏXLAQI



Quranda Rəbbimizin insanlara xəbərdaredici, qorxuducu və müjdələyici kimi göndərdiyi qiymətli elçilərinin gözəl əxlaq özəlliklərinə dair bir çox ayə yer alır. Bütün peyğəmbərlər Allaha olan təslimiyyətləri, sədaqəti və adil, təvazökar, ləyaqətli hərəkətləri ilə son dərəcə üstün əxlaqlı insanlardır. Quranda Peyğəmbərimiz Hz.Məhəmməd (s.ə.v.) Allaha olan dərin imanı, təvəkkülü, səmimiyyəti və güclü Allah qorxusu; Hz.Süleyman hər an Allaha şükr edib Rəbbimizin şənini yüksəltməsi, dini yayma mövzusundakı qətiyyəti, güc və qüdrəti; Hz.Əyyub və Hz.Nuh səbrləri; Hz.Musa səmimiyyəti; Hz.İsa mənəvi dərinliyi və Allaha olan təslimiyyəti; Hz.Davud davranışı ilə Allaha yönəlməsi və daha bir çox üstün özəllikləri ilə bütün insanlara nümunə verilmişlər. Allah Hz.İbrahimi də Quran ayələrində öyməkdə və bütün müsəlmanlara üstün cəhətləri ilə nümunə göstərməkdədir.

Jer üzündəki bütün insanların Allahın peyğəmbərlik məqamı ilə şərəfləndirdiyi, elm və güc baxımından dəstəklədiyi, gözəl əxlaqları ilə öydüyü bu xoşbəxt insanlardan nümunə götürməsi lazımdır. Hər müsəlman Allahın aləmlərə üstün tutduğu bu qiymətli qullara bənzəməyə çalışmalı, onların tayı-bərabəri olmayan əxlaq xüsusiyyətlərini öz həyatlarına keçirməlidir. Kitabın bu bölümündə bir çox Quran ayəsində Allaha olan dərin imanı, təvəkkülü, səmimiyyəti və təslimiyyəti ilə öyülən Hz.İbrahimin üstün əxlaqı anladılır və insanlar Hz.İbrahim kimi bir əxlaq göstərməyə dəvət edilir.
(harun yahya Hz.İbrahim və hz.lut)