Hz.İbrahim Allaha şükr edəndir

Allah insanlara çoxlu nemət vermişdir. Öz qüsursuz bədənlərindən kainatdakı bənzərsiz canlılara qədər ətrafdakı bütün gözəlliklər insanların Rəbbimizə səmimiyyətlə şükr etməsi üçün bir vəsilədir. Allah "Bəqərə" surəsində bu şəkildə buyurur:

"Həmçinin sizə ayələrimizi oxumaq, sizi təmizləmək, Kitabı, hikməti və bilmədiklərinizi öyrətmək üçün sizə öz içərinizdən bir peyğəmbər göndərdik. Belə olduqda siz Məni xatırlayın ki, Mən də sizi yada salım! Mənə şükr edin, Məni danmayın! Ey iman gətirənlər! Səbr və dua ilə kömək diləyin. Çünki Allah səbr edənlərlədir" ("Bəqərə" surəsi, 151-153).

Hz.İbrahim Rəbbimizin ona bəxş etdiyi nemətlərə daim şükr edən bir qul olaraq Allahın bütün müsəlmanlara nümunə göstərdiyi saleh bir mömindir. "Nəhl" surəsində Hz.İbrahim barədə "O, nemətlərinə şükr edən idi. Allah da onu seçdi və düz yola yönəltdi" ("Nəhl" surəsi, 121) şəklində bildirilir.



"Göyləri və yeri yoxdan yaradan Odur. Bir işin yaranmasını istədiyi zaman, ona yalnız: "Ol!" - deyər, o da olar" ("Bəqərə" surəsi, 117).

Quran ayələrində qissələri xəbər verilən peyğəmbərlərin əxlaqına baxanda isə onların hər işlərində hər an Allaha yönələn, Allahın nemətlərinə daim şükr edən, Allahı zikr edib Rəbbimizin şöhrətini ucaldan iman sahibləri olduqlarını görürük. Peyğəmbərimiz Hz.Məhəmməd (s.ə.v.) də bir duasında "Həmd Allahadır, Ona sığınır, Ondan bağışlanma diləyirik" şəklində buyurur və həmd etməyin önəminə diqqət çəkir.15

İman sahibləri də Allahın mübarək elçilərinin bu şükranlığını özlərinə nümunə götürməli, həyatlarının hər anında daim Allaha həmd etməlidir. Allah ayələrində şükrün daimi olmasının vacibliyini də bizə xəbər verir. Bir sıxıntı olanda, hər hansı bir çətinlik ya da xəstəliklə qarşılaşanda, bir haqsızlıqla ya da zülmlə üzləşəndə mömin dərhal Rəbbimizə şükr etməlidir. Rəbbimizin bu hadisələri də mütləq bir xeyir və hikmətlə yaratdığını görməlidir. Çünki Allah dünya həyatında hər insanın çətinlik və sıxıntılar qarşısında necə bir əxlaq göstərəcəyi ilə sınayır. Gözəl əxlaq göstərənlərin isə həm dünyada, həm də axirətdə çox üstün bir əvəz görəcəyini vəd edir. Ayələrdə Rəbbimiz bu şəkildə bildirir:

"Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlıqı ilə imtahan edərik. Səbr edən şəxslərə müjdə ver!" ("Bəqərə" surəsi, 155).

"Hər bir kəs ölümü dadacaqdır. Joxlamaq məqsədilə Biz sizi şər və xeyirlə imtahana çəkərik. Və siz ancaq Bizim hüzurumuza qaytarılacaqsınız!" ("Ənbiya" surəsi, 35).
(harun yahya Hz.İbrahim və hz.lut)